FHN gəmi dayanacağı bazasının fəaliyyətini dayandırdı VİDEO FOTO
Digərləri 03 May 2023 17:58:00 242 0
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində kiçikhəcmli gəmi və su nəqliyyat vasitələrinin dayanacağı üçün bazaların təhlükəsiz istismarının təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu xəbəri də oxu: Novruz çərşənbələrinin tarixi açıqlandı
FHN-dən verilən məlumata görə, bu çərçivədə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkında - Kür çayının sahilində inşa edilmiş kiçikhəcmli gəmilərin dayanacağı üçün bazaya baxış zamanı çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- dayanacaq bazasının istismarı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə razılaşdırılmayıb;
- avarların, asma mühərriklərin, yelkənlərin və digər avadanlıq və qurğuların saxlanma anbarı mövcud deyil;
- texniki sənədlər, sahil və üzən qurğuların texniki vəziyyəti, xilasetmə avadanlığı, buraxılış rejiminin təşkili, kiçikhəcmli gəmilərin təhlükəsiz dayanması üçün təchizat, yanğından mühafizə avadanlığı, bazada qeydiyyatdan keçməmiş gəmilərin dayanması və dayanan gəmilərin sayının yanalma normalarına uyğunluğu təmin edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, bazanın istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək bədbəxt hadisə faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən müvafiq təhlükəsizlik və mühafizə norma və qaydalarına dair tələblərin kobud pozulması faktları aşkar edilmiş Mingəçevir şəhəri, Nigar Rəfibəyli küçəsində yerləşən kiçikhəcmli gəmilərin dayanacağı üçün bazanın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınsöndürən təyyarələri
NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü və
Cənubi Koreyanın paytaxtı Seulda muzeyi ziyarət edərkən ac tələbə 120 m
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kən
Türkiyə və Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakterini he
"Oqtay əgər bir insanı sevirdisə, sona kimi yanında olurdu. Hara gedir
Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsi
Serbiyanın Belqrad şəhərində məktəbdə baş verən dəhşətli atışma x
Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim m�
Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının ke
Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi
Xəbər verdiyimiz kimi, gecə saatlarında Ukraynanın Kremlə pilotsuz uçuş
"Son günlər və son aylar ölkə yollarında qəzaların, buna uyğun ola
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 46 yeni yolux