“Yeni rəhbərlik məni təhqir edir, deyirlər, get həyətdə otur”
Digərləri 03 May 2023 13:42:00 243 0
"2009-cu ildən Elmi-Tədqiqat Pediatriya İnstitutunda işləyirəm. Bu ilin mart ayından xəstəxanada rəhbərlik dəyişib. Yeni rəhbərlik işə başlayandan məni sıxışdırır, təhqir edir, işdən çıxarmaq istəyirlər".
Bu xəbəri də oxu: Türkiyədə çovğun Yüzlərlə insan yardım gözləyir
Bu iddia ilə "Qafqazinfo"ya "OMD" adı ilə tanınan tibb müəssisəsinin xəstə qəbulu şöbəsinin müdiri Səriyyə Quliyeva müraciət edib.
O şikayət edir ki, artıq əyləşdiyi otaqdan məcburi şəkildə çıxarılıb: "Bu il martın 1-də Elmi-Tədqiqat Pediatriya İnstitutuna Lətif Zeyniyev direktor, Aynur Poluxova isə baş həkim təyin olunub. Həmin tarixdən 10 gün sonra bütün vəzifə səlahiyyətlərim əlimdən alınıb. Yeni rəhbərlik dəfələrlə məni otağına çağıraraq təhqir edib, öz ərizəmlə işdən çıxmağımı tələb ediblər.
Problemlə bağlı Səhiyyə Nazirliyinə və Əmək Müfəttişliyinə şikayət etdikdən sonra isə məni daha çox sıxışdırıb təhqir ediblər. Hətta bununla bağlı iclas təşkil olunub və bir neçə şöbə müdiri ilə birləşərək məni şərləyib işdən çıxmağıma məcbur edirlər. Əslində mənim əmək müqaviləm müddətsizdir. Buna baxmayaraq, vəzifəmin ixtisara düşdüyünü deyirlər. Artıq əyləşdiyim otaqdan da çıxarılmışam, deyirlər ki, get həyətdə otur, səninlə işləmək istəmirik".
S. Quliyeva deyir ki, onunla yanaşı daha 30 nəfər işdən çıxarılır: "Xəstəxananın yeni Kadrlar şöbəsinə direktor təyin olunan Vəfa Məmmədovaya dəfələrlə vəzifə səlahiyyətlərinin aşılması ilə bağlı yazılı müraciət etsəm də, nəzərə almayıb. O, mənə izahat yazdırmadan, heç bir təqdimat olmadan töhmət yazıb, L. Zeyniyev və baş həkim də təsdiq edib. Azyaşlı uşağım epilepsiya xəstəsidir, onun müalicəsi üçün poliklinikadan bülleten açdırmışdım, qanunsuz olaraq poliklinikaya zəng edib onu bağladıblar. İndi uşağımı müalicə etdirə bilmirəm. Bu vəziyyətdə olan tək mən deyiləm, mənimlə eyni vəziyyətdə 30-a yaxın işçi var".
Problemlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət etdik. Xəstəxanadan sorğumuza cavab olaraq bildirildi ki, Səriyyə Quliyevaya öz əmək funksiyalarını yerinə yetirmədiyinə görə töhmət verilib: "Səriyyə Quliyeva əmək müqaviləsi şərtlərini kobud şəkildə pozduğuna görə son 6 ay ərzində ona iki dəfə vəzifə öhdəliklərini yerinə yetirmədiyinə üçün (göndərişli xəstələrin klinikaya elektron qəbuluna mane olması) Azərbaycan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilib.
Qurd ləqəbi ilə tanınan reper Fərid Eminov kliplərinin çox müzakirə olu
Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iy
Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəx
Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan
Azərbaycan - Ermənistan münasibətlərində problemlərin aradan qaldırılma
"Bilsəydim ki, indiki musiqilərə, mahnılara rast gələcəm, heç vaxt
Türkiyənin məşhur alış-veriş saytı olan "Trendyol"a daxil olar
Ukraynanın NATO üzvlüyünün Rusiyanı provokasiyaya təşviq edəcəyi ilə
Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və bir
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan Dubayda istirahətdə olarkən
2023-cü ildə Türkiyədə hava yolu sahəsi üzrə 47 layihə həyata keçiril