KİV: “Ermənilər Rusiyadan üz döndərərək Qərblə münasibətləri dərinləşdirirlər”
Dünya 03 May 2023 13:40:00 208 0
Bu xəbəri də oxu: Səhvən sevgilisinin milyonlarını
Erməni cəmiyyəti getdikcə daha çox Rusiyadan üz döndərərək Avropa İttifaqı (Aİ), ABŞ və İrana üstünlük verir.
Son.az "report"a istinadən bildirir ki, bu barədə erməni jurnalist Robert Ananyan tviter səhifəsində yazıb.
O qeyd edib ki, uzun illər Rusiya təbliğatı və aparıcı siyasi qüvvələri erməniləri aldadaraq, Rusiyanın Ermənistanın yeganə müttəfiqi olduğunu iddia etməklə yanaşı, ABŞ, Fransa, NATO və Aİ-yə qarşı qarayaxma kampaniyası həyata keçiriblər: "Lakin İkinci Qarabağ müharibəsi göstərib ki, Rusiya Ermənistanın qeyd-şərtsiz dəstəkçisi deyil. Bu gün ermənilər Rusiyadan çox Qərbə arxalanmağa üstünlük verirlər".
"Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusunda iştirak edən ermənilərin yalnız 10%-i Rusiya ilə münasibətlərin hazırkı vəziyyətini "çox yaxşı", 40%-i isə "bir qədər yaxşı" kimi qiymətləndirib. Bu, əvvəllər Ermənistanda danılmaz "xilaskar" obrazına malik olan Rusiya Federasiyası üçün fəlakətli dərəcədə aşağı rəqəmdir. Ermənilərin 15%-i Rusiya ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətini "çox pis", 34% isə "bir qədər pis" kimi qiymətləndirib. Başqa sözlə, ermənilərin təxminən 50%-i Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini mənfi qiymətləndirir", - R.Ananyan vurğulayıb.
Onun sözlərinə görə, eyni sorğuda iştirak edən ermənilərin 63%-i Ermənistanla Fransa arasında münasibətlərin hazırkı vəziyyətini "çox yaxşı", 33%-i isə "bir qədər yaxşı" kimi qiymətləndirib: "ABŞ İrandan sonra üçüncü yerdədir. Ermənilərin 21%-i Ermənistan-ABŞ münasibətlərini "çox yaxşı", 67%-i isə "bir qədər yaxşı" kimi qiymətləndirib.
Avropa İttifaqı Ermənistanda dördüncü müsbət göstəriciyə malikdir: ermənilərin 18%-i Ermənistan-Aİ münasibətlərinin vəziyyətini "çox yaxşı", 68%-i isə "bir qədər yaxşı" kimi qiymətləndirib".
Qurd ləqəbi ilə tanınan reper Fərid Eminov kliplərinin çox müzakirə olu
Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iy
Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəx
Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan
Azərbaycan - Ermənistan münasibətlərində problemlərin aradan qaldırılma
"Bilsəydim ki, indiki musiqilərə, mahnılara rast gələcəm, heç vaxt
Türkiyənin məşhur alış-veriş saytı olan "Trendyol"a daxil olar
Ukraynanın NATO üzvlüyünün Rusiyanı provokasiyaya təşviq edəcəyi ilə
Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və bir
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan Dubayda istirahətdə olarkən
2023-cü ildə Türkiyədə hava yolu sahəsi üzrə 47 layihə həyata keçiril
3 gün əvvəl Bakının Xəzər rayonunda yol kənarında dayandığı zaman av