İlham Əliyev və Mehriban Əliyeva Ağdamda inzibati binanın təməlinin qoyulması mərasimində iştirak ediblər
Siyasət 02 May 2023 20:20:00 227 0
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak ediblər.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verilib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirdi ki, zirzəmi və beş mərtəbədən ibarət olacaq binanın tikinti sahəsi ümumilikdə 24,5 min kvadratmetr təşkil edəcək. Zirzəmi qatında avtomobil dayanacağı, mülki müdafiə sığınacağı, texniki otaqlar, anbar, mətbəx, auditoriya yaradılacaq. Binanın birinci mərtəbəsində rayon statistika idarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, Qida Təhlükəsizliyi Agentliyinin, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin regional bölmələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yerli bölməsi, rayon mədəniyyət şöbəsi, Məşğulluq Mərkəzi (DOST mərkəzi), Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsi, iclas otağı və arxiv olacaq.
İkinci mərtəbədə 7 iclas otağı, 8 açıq ofis, zal, katiblik fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı, iki hissəyə bölünə bilən ziyafət zalı yaradılacaq. Dördüncü və beşinci mərtəbələrdə də ofislər, görüş, iclas və digər otaqlar olacaq.
İnzibati binanın qarşısında tədbirlərin keçirilməsi üçün parad meydanının, sahəsi 17,5 min kvadratmetr olan park və şəhər meydanının da tikintisi nəzərdə tutulub.
Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.
Aktyor Həsrət Həsrətov "Komedixana"dan gedən aktyorlar haqqında
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 18-nə qəd�
Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri
"Mən bu cihana sığmazam" serialında rol alan aktyor Oktay Kaynarca
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri
"Rusiya ordusunda silah-sursat çatışmazlığı yaranıb".
"Onsuz günüm çox pis keçir, həyatı mənasız hiss edirəm. Elə gün
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbər
Suraxanı rayonunun Zığ qəsəbəsindəki bu yer hasara alınıb, ərazidə ti
Bu il Azərbaycanın ilk qadın pianoçularından biri, muğam variasiyalarını
"İllər əvvəl rəsmi şəkildə nişanlı olmuşam. O, uca boylu, rusdil
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass 12 min funt-sterlinq dəy�