Rəsmi Bakıdan Ermənistan XİNə cavab


Siyasət 01 May 2023 17:18:00 254 0

Rəsmi Bakıdan Ermənistan XİNə cavab

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib: Cəfəng iddiaları qətiyyətlə rədd edirik "Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın "Azadlıq" radiosunun sualına cavabında Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsinin təsis edilməsi, Ermənistanın Azərbaycan ərazisində qüvvələri, 8 kəndin hələ də işğal altında saxlanması ilə bağlı səsləndirdiyi cəfəng iddiaların heç bir əsası yoxdur və onları qətiyyətlə rədd edirik".

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın "Azadlıq" radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

"Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir.

Göründüyü kimi Ermənistan tərəfi Laçın yolunda etiraz aksiyalarını şərh edərkən, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və hərbi təxribatlar üçün istifadəyə qarşı olduğunu unudub və Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarının yanlış təfsir etməkdən hələ də çəkinmir.

Azərbaycanlı eko-aktivistlərin Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyalarının guya "Azərbaycan hökuməti tərəfindən təşkil olunduğu" və "Azərbaycanın təbii qazın və s. kommunal xidmətlərin (məsələn, elektrik enerjisi və internet) verilməsinə mane olduğu" barədə Ermənistanın iki əsas iddiasının Məhkəmə tərəfindən rədd edilməsi faktını Ermənistan tərəfinin hələ də həzm edə bilmədiyi acınacaqlıdır.

Ermənistan tərəfinin Azərbaycana qarşı son 30 ildə törətdiyi mina təhdidləri məsələsindən boyun qaçırması və öhdəliyi öz üzərindən atması təəssüf doğurur. Məsələ üzrə sonuncu Məhkəmə dinləmələri bir daha göstərib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Eyni zamanda, mina məsələsində mahiyyət üzrə qərarın sonrakı dövrə saxlanılması barədə Məhkəmənin qərarının Məhkəmənin məsələni rədd etməsi kimi qələmə verilməsi tamamilə yanlışdır. Bu müvəqqəti qərar Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmədiyi bəllidir.

Ümumiyyətlə müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın Azərbaycanı təcavüzdə, "etnik təmizləmədə" və Ermənistana məxsus kəndlərin işğalında təqsirləndirməsi absurddur.

Ermənistanın hələ Üçtərəfli bəyanatı imzalayan zaman üzərinə götürdüyü öhdəlik çərçivəsində Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bu kənlərin Azərbaycana məxsusluğunu sual altına qoyması bu ölkənin hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyini göstərir.

Ermənistan baş naziri Nikol Paşinyanın müharibəni uduzmağın Ermənistanda olan "5-ci kolonla" əlaqələndirməsi və müharibənin Ermənistan silahlı qüvvələri tərəfindən aparılmasının təsdiq olunduğunu, bütün hərbi komandanlığın Ermənistan Müdafiə Nazirliyinə tabe olmasını, yüksək siyasi və hərbi rəhbərliklərinin qüvvələrin hələ də çıxarılmadığı barədə etiraflarını göz ardına vuran Ermənistan XİN-in sözcüsünün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin olmadığını bildirməsi bu ölkənin xarici siyasətinin yalanlarla bəsləndiyinin göstəricisidir. Uzun müddət məhz qondarma rejimin hərbçiləri kimi təqdim edilən şəxslərə qarşı Ermənistanın özünün hüquq mühafizə orqanları tərəfindən cinayət işlərinin aparılması bu hərbçilərin məhz Ermənistana tabe olduğunun əyani sübutudur.

Azərbaycan bir daha Ermənistanı Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırır. Bölgədə sülh və sabitliyin təmin edilməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmətdən asılıdır", - nazirlikdən bildirilib.

Avtomobil almaq istəyənlərə pis xəbər like
  • 01 May 17:12  
Digərləri Avtomobil almaq istəyənlərə pis xəbər

Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gəti

arrow Ətraflı
Türkiyənin milli döyüş təyyarəsinin rəsmi adı açıqlandı like
  • 01 May 17:06  
Digərləri Türkiyənin milli döyüş təyyarəsinin rəsmi adı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Döyüş Təyyarəsinin (MMU

arrow Ətraflı
Ermənistan BMTdə Rusiyanı təcavüzkar kimi tanıyan qətnaməyə səs verdi like
  • 01 May 17:04  
Digərləri Ermənistan BMTdə Rusiyanı təcavüzkar kimi tanıyan qətnaməyə səs verdi

Aprelin 26-da BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzündən bəhs

arrow Ətraflı
"Dedi ki Rəşad haqqında xoşagəlməz ifadələr işlədirlər, üzdəniraq söhbətidir..." like
  • 01 May 16:58  
Şou-biznes "Dedi ki Rəşad haqqında xoşagəlməz ifadələr işlədirlər, üzdəniraq söhbətidir..."

Dedi ki, Rəşad çaşsa, onu vuracam - Rəşad Dağlının məhkəməsindən

arrow Ətraflı
Elçin Əlibəyli qardaşını səssizcə yad etdi like
  • 01 May 16:56  
Şou-biznes Elçin Əlibəyli qardaşını səssizcə yad etdi

Aparıcı Elçin Əlibəyli ölümündən 40 gün ötən qardaşı Oqtay Əliyev

arrow Ətraflı
Azərbaycanla Monteneqro arasında hava əlaqəsi haqqında Saziş təsdiqləndi like
  • 01 May 16:48  
Siyasət Azərbaycanla Monteneqro arasında hava əlaqəsi haqqında Saziş təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Montene

arrow Ətraflı
Hacıqabulda "Malibu" istehsal ediləcək zavodun təməli qoyuldu  FOTO like
  • 01 May 16:44  
Digərləri Hacıqabulda "Malibu" istehsal ediləcək zavodun təməli qoyuldu FOTO

Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Özbəkistan birgə avtomobil za

arrow Ətraflı
TƏBİBin Nizamnaməsi təsdiqlənib like
  • 01 May 16:22  
Siyasət TƏBİBin Nizamnaməsi təsdiqlənib

Prezident İlham Əliyev "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin

arrow Ətraflı
Kadir Neslihanla Bakıda belə dincəlir  VİDEO like
  • 01 May 16:20  
Şou-biznes Kadir Neslihanla Bakıda belə dincəlir VİDEO

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur cütlük Kadir Doğulu və Nesliha

arrow Ətraflı
Zaqatala sakinindən yeni ixtira  VİDEO like
  • 01 May 16:08  
Digərləri Zaqatala sakinindən yeni ixtira VİDEO

Zaqatala sakini yeni ixtiraya imza atıb.

arrow Ətraflı
Oqtayın son arzusu: "Gördüm gözündən yaş axır"  Dilarə ilk dəfə açıqladı like
  • 01 May 15:44  
Şou-biznes Oqtayın son arzusu: "Gördüm gözündən yaş axır" Dilarə ilk dəfə açıqladı

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, "Soy" prodakşın�

arrow Ətraflı
Zərifə Abbasova 980 min manat mənimsəməkdə ittiham olunur like
  • 01 May 15:32  
Digərləri Zərifə Abbasova 980 min manat mənimsəməkdə ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmə və vəz

arrow Ətraflı
Sənət dostları Rəşad Dağlını tək qoymadı  FOTO like
  • 01 May 15:28  
Şou-biznes Sənət dostları Rəşad Dağlını tək qoymadı FOTO

Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (

arrow Ətraflı