Kökəlirsiniz? Demək
Digərləri 27 Apr 2023 08:15:00 179 0
Çəkinin artmasına səbəb olan amillərdən biri də hormonal pozğunluqdur. Hormonal pozğunluqların arxasında isə bir çox hallarda qalxanabənzər vəzinin xəstəlikləri dayanır.
Bu xəbəri də oxu: İranda güclü zəlzələ oldu
Son.az xəbər verir ki, bu barədə "Gazeta.ru"ya müsahibəsində endokrinoloq, diyetoloq Elvira Binətova danışıb.
"Çox vaxt qalxanabənzər vəzinin xəstəlikləri metabolik pozğunluqlarla müşayiət olunur ki, bu da artıq çəkiyə səbəb olur. Bundan başqa, qalxanabənzər vəzi xəstəlikləri ilə yanaşı, əhval-ruhiyyənin aşağı düşməsi, apatiya, depressiya, dəri quruluğu kimi digər əlamətlər də qeyd olunur. Həmçinin ödem də ola bilər. Buna görə də bədən çəkisi artır və şişkinlik baş verir, şişkinlik ilk növbədə dodaqlar, qollar və ayaqlarda hiss olunur.
Bundan əlavə, bu cür xəstəliklər ürək döyüntüsünün azalması, qan təzyiqi və xolesterin səviyyəsinin bir qədər artması ilə xarakterizə olunur. Çəkiyə təsir edən başqa bir hormon, beynin hipofiz vəzində istehsal olunan prolaktin adlanır. Menstruasiyanın pozulması, qadınlarda sonsuzluğun inkişafı və süd vəzilərindən axıntı, kişilərdə isə testosteronun azalması və cinsi funksiyanın pozulması bu hormonla bağlı problemləri göstərən əsas əlamətlərdir.
Adrenal korteksdə əmələ gələn kortizol da çəkiyə təsir edə bilər. Bu hormonun sintezinin pozulması qan təzyiqi və qanda qlükoza səviyyəsinin artması, həmçinin piylənmə ilə müşayiət olunur. Kortizol istehsalının pozulmasının xarakterik əlaməti qarın piylənməsidir, bu zaman artıq visseral piylərin yığılması əsasən qarın nahiyəsində baş verir, əzalar isə nisbətən nazik qalır. Həmçinin, qarın və ətraflarda çatlaq izləri müşahidə edilə bilər", - həkim bildirib.
Ekspert bildirib ki, cinsi hormonların pozğunluğu həm qadınlarda, həm də kişilərdə maddələr mübadiləsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncə
Rusiya Prezidenti Vladimir Putin gecə saatlarında Kremlə gəlib.
Heydelberqdəki Avropa Molekulyar Biologiya Laboratoriyasının alimləri antibi
Polşa Prokurorluğu Rusiya Federasiyası səfirliyinin hesablarından pulları
Türkiyə Xarici İşlər Nazirliyi İrəvanda "Nemesis" terror əməl
Əslində, banan bir çox insanın düşündüyü kimi yeganə ideal qəlyanalt�
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onlyan formatda Akkuyu AES-in aç�
Dünyanın ən yaşlı həkimi qidalanma ilə bağlı sirlərini açıqlayıb.
Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə prezidenti Rəcəb Tayyib Ər
Mütəxəssislər gündəlik istehlak edilməli olan şəkərin miqdarını kiş
Amerikali müğənni Holsi ilə türk həyat yoldaşı Alev Aydın yollarını a
Şair Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva yenə bir-birinə sö