Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq olunacaq
Dünya 24 Apr 2023 17:20:00 259 0
İyulun 1-dən Qazaxıstanın Əmək Məcəlləsində işəgötürən tərəfindən işçilər üçün dördgünlük iş həftəsi müəyyən edilməsinin mümkünlüyü norması qüvvəyə minəcək.
Bu xəbəri də oxu: Lukaşenko Zelenskidən üzr istəyib?
Son.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq dəyişikliklər ölkə prezidenti Kasım-Jomart Tokayevin imzaladığı qanunla edilib.
"Tərəflərin razılığı ilə əmək müqaviləsi dördgünlük iş həftəsinin müəyyən edilməsinə icazə verir", - məcəllənin iş vaxtı haqqında maddəsinə əlavədə deyilir.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bəzi sənaye sahələrində zərurət yarandıqda müxtəlif həftələrdə eyni vaxtda beşgünlük və dördgünlük iş həftəsi müəyyən edilə bilər. Beş günlük, altı günlük və ya dörd günlük iş həftəsi zamanı ümumi istirahət günü bazar günüdür. Beşgünlük, yaxud da dördgünlük iş həftəsi zamanı ikinci və ya üçüncü istirahət günü ya kollektiv müqavilə, ya da əmək qaydaları ilə müəyyən edilir.
Qeyd edək ki, əvvəllər Qazaxıstanın Əmək Məcəlləsində beş günlük və ya altı günlük iş həftəsi, habelə müddəti tərəflərin razılığı ilə müəyyən edilən yarım-ştat iş həftəsi nəzərdə tutulurdu.
Sepsis tutmasından sonra komadan xilas olan 50 yaşlı Devid Hanzel 'səyah
"Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolun
Aprelin 23-nə keçən gecə Balaşovda köhnə Vetlyanski qəbiristanlığında
"Azərbaycan Respublikasının tarixində ötən əsrin 70-80-ci illəri ha
Qardaş Türkiyə son illər düşmənlərini qorxuya salacaq uğurlara imza atm
İsveçlilər Klaes Bliks və Dennis Oskarsson Kruk ən uzun əl sıxışma üzr
Son.az Kulis.az-a istinadən 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşl
İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında iqtisadi �
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin həyat yo
Xaçmaz rayonun Uzunoba, Yeni Sudur və Nərəcan kəndlərində 56 saylı seçk
Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologi