Kamaləddin Qafarov: “Heydər Əliyev ölkə iqtisadiyyatını islahatlar yolu ilə böhrandan çıxardı”


Siyasət 24 Apr 2023 16:35:00 205 0

Kamaləddin Qafarov: “Heydər Əliyev ölkə iqtisadiyyatını islahatlar yolu ilə böhrandan çıxardı”

"Azərbaycan Respublikasının tarixində ötən əsrin 70-80-ci illəri haqlı olaraq dinamik inkişafa doğru kəskin dönüş dövrü hesab olunur. Bu dövrün əsas xarakterik cəhətləri isə, respublikada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin aparılması, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi olmuşdur. Yaradılmış nəhəng potensial illər sonra müstəqil Azərbaycanın inkişafında önəmli rol oynamışdır.  Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəni SSRİ-nin xammal istehsalçsından qabaqcıl, müasir texnologiyalara sahib olan sənaye mərkəzinə çevirməyi, kənd təsərrüfatını qaldırmağı, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltməyi öz qarşısına əsas hədəf kimi qoymuşdu. H.Əliyev cəmi 10 il ərzində qarşıya qoyulan  məqsədlərə nail oldu. Azərbaycan SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrildi və eyni zamanda,  gələcək müstəqil Azərbaycanın iqtisadi əsasları üçün möhkəm baza yaradıldı". 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: "Yetmiş ildən artıq tətbiq edilən sovet modelli bir təsərrüfatla işləyən Azərbaycan, artıq müstəqil dövlət olaraq bazar iqtisadiyyatına keçməli və azad, sərbəst iqtisadiyyata başlamalı idi. Lakin ölkəmizin siyasi arenada rastlaşdığı problemlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və respublikanı daxildən bürüyən xaos, hakimiyyət uğrunda siyasi qarşıdurmalar iqtisadiyyatın inkişafını əngəlləyən əsas səbəblər idi. Çox mürəkkəb iqtisadi və qeyri-sabit siyasi şəraitdə xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Bu dövrdə qarşıda duran bir sıra mühüm vəzifələr, o cümlədən Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrinin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması öz ifadəsini yalnız 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında  Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında imzalanmış Sazişdə tapmış oldu. Bu Saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı. Həqiqətən də sonrakı illərdə məhz Ümummilli Liderimizin müəllifi olduğu Neft strategiyası Azərbaycanın nəticə etibarı ilə güclü iqtisadiyyata sahib olan bir dövlətə çevrilməsini təmin etdi".

K.Qafarov 1991-1995-ci illərdə ölkə iqtisadiyyatını bürümüş dərin böhrandan çıxmaq üçün Ulu Öndər Heydər Əliyev tərəfindən bir sıra əsaslı islahatların da effektiv şəkildə həyata keçirildiyini qeyd edib: "1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının xaos və güclü tənəzzül dövrü kimi səciyyələnir. Ulu Öndər yaxşı bilirdi ki, bu problemlər öz həllini tapmazsa, Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Buna görə də o, iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etməsi üçün ardıcıl olaraq bir sıra islahatlar keçirdi. H.Əliyev 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və ictimai həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki nitqində  demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bu həm də iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir." Bundan sonra artıq hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir həlledici məqamda  Heydər Əliyev Azərbaycan neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri tərəfindən ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı.  2003-cü ildə kəmərin tikintisinə başlanıldı.  Heydər Əliyevin seçdiyi yol uğurlu oldu və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi. Məhz Ulu Öndərin siyasi kursunun davamı kimi Azərbaycan özünün yeni inkişaf mərhələsinə Ölkə Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modeli, öz iqtisadi inkişaf strategiyasını düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu".

Türklərin düşməni qorxuya salacaq yeni “Altay”ı like
  • 24 Apr 16:31  
Digərləri Türklərin düşməni qorxuya salacaq yeni “Altay”ı

Qardaş Türkiyə son illər düşmənlərini qorxuya salacaq uğurlara imza atm

arrow Ətraflı
İsveçdə ən uzun əl sıxma rekordu qeydə alındı like
  • 24 Apr 16:20  
Dünya İsveçdə ən uzun əl sıxma rekordu qeydə alındı

İsveçlilər Klaes Bliks və Dennis Oskarsson Kruk ən uzun əl sıxışma üzr

arrow Ətraflı
Üstündə qumbara gəzdirən, ana olmaqdan məhrum olan, başındakı qəlpəni çıxartmaq üçün like
  • 24 Apr 16:00  
Kriminal Üstündə qumbara gəzdirən, ana olmaqdan məhrum olan, başındakı qəlpəni çıxartmaq üçün

Son.az Kulis.az-a istinadən 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşl

arrow Ətraflı
Səfirliyin açılması Azərbaycanİsrail iqtisadi əlaqələrinin inkişafına böyük təkan verəcək like
  • 24 Apr 15:43  
Siyasət Səfirliyin açılması Azərbaycanİsrail iqtisadi əlaqələrinin inkişafına böyük təkan verəcək

İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında iqtisadi �

arrow Ətraflı
Günay Əliyeva vəfat etdi like
  • 24 Apr 15:41  
Digərləri Günay Əliyeva vəfat etdi

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin həyat yo

arrow Ətraflı
Çağatay indi də onunla eşq yaşayır like
  • 24 Apr 15:40  
Şou-biznes Çağatay indi də onunla eşq yaşayır

Çağatay Ulusoy yeni sevgilisi ilə gündəmə gəlib.

arrow Ətraflı
Ramazan bayramında uşaqlar üçün gözəl bayram şənliyi keçirilib like
  • 24 Apr 15:36  
Digərləri Ramazan bayramında uşaqlar üçün gözəl bayram şənliyi keçirilib

Xaçmaz rayonun Uzunoba, Yeni Sudur və Nərəcan kəndlərində 56 saylı seçk

arrow Ətraflı
Rusiyada bir gündə ikinci deputat öldü like
  • 24 Apr 15:31  
Digərləri Rusiyada bir gündə ikinci deputat öldü

Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologi

arrow Ətraflı
Laçında möhtəşəm layihələr gerçəkləşəcək like
  • 24 Apr 15:20  
Digərləri Laçında möhtəşəm layihələr gerçəkləşəcək

Tezliklə Laçının böyük və orijinallığı ilə izləyənləri valeh edəc

arrow Ətraflı
İllər əvvəl Al Pacino bu filmdə oynamaqdan imtina edib like
  • 24 Apr 15:11  
Şou-biznes İllər əvvəl Al Pacino bu filmdə oynamaqdan imtina edib

Hollivud ulduzu Al Paçino illər əvvəl "Star Wars" filmlərində ol

arrow Ətraflı
Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..." like
  • 24 Apr 15:00  
Kriminal Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..."

Yevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində ya

arrow Ətraflı
Bakı “addım atdı”, Araik təcili hərəkətə keçdi like
  • 24 Apr 14:51  
Digərləri Bakı “addım atdı”, Araik təcili hərəkətə keçdi

"Azərbaycan tərəfi Laçın rayonu ərazisində Həkəri çayı üzərind

arrow Ətraflı
İlon Maskdan dünya ulduzlarına like
  • 24 Apr 14:40  
Dünya İlon Maskdan dünya ulduzlarına

Dünyaca məşhur sosial media platforması "Twitter"də baş verən b

arrow Ətraflı