Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..."
Kriminal 24 Apr 2023 15:00:00 249 0
Yevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Leylanı öldürüb, qonşusu İlqara (adlar şərti verilib - red.) isə xəsarət yetirib.
Bu xəbəri də oxu: Rusiyada tutulan Taleh Becanov Azərbaycana gətirildi
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Məmməd 9 fevral 2022-ci ildə səhər saat 05.30-da yaşadığı Yevlax rayonunun kəndində fərdi yaşayış evinin yataq otağında arvadı Leylaya heyvanları bu gün sahəyə özünün aparacağını deyib.
Leylanın "məni indi kimə qısqanırsan?" sualına cavbda onu bir dəfə İlqarla gördüyünü deyib.
Leylanın yaxşı elədiyini, onun sözü ilə evdə oturmayacağını, ev dustağı olmayacağını deməsinə əsəbləşib. Əvvəllər arvadı ilə birlikdə yaşadığı evin tövləsindən çıxdığını gördüyü həmkəndlisi İlqarı öldürmək qərarına gəlib. Evdə saxladığı tüfəngdən açdığı atəşlə Leylanı öldürüb.
Leylanın öldüyünə əmin olduqdan sonra saat 05.50-də yaşadığı evdən 150 metr aralıda qonşuluqda yaşayan İlqarın evinin həyətinə gedib. Yerdən götürdüyü daşla eyvanın döşəməsini döyüb və İlqarı səsləyib. İlqar qapını açıb eyvana çıxanda ona tərəf atəş açıb.
İlqara Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildiyindən İlqarın həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, hadisədən bir müddət əvvəl bir dəfə evə gələrkən İlqarı onların həyətindən çıxan görüb və arvadının ona xəyanət etməsindən şübhələnib: "Çünki əvvəllər İlqar heç vaxt bizə gəlməmişdi. Arvadım Leyla ilə aramızda mübahisə yarandı və ona xəsarət yetirdiyim üçün Yevlax rayon Məhkəməsinin hökmü ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olundum. Sonra amnistiyaya düşdüm və həbsdən azad edildim. Amma mərhum arvadımın hərəkətini bağışlaya bilmədim. Həbsdən qayıtdıqdan sonra qərara gəldim ki, onu öldürüm".
Təqsirləndirilən şəxsin məhkəmə ifadəsi ilə ibtidia istintaq zamanı verdiyi ifadə arasında ziddiyyərlər yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini tədqiq edib.
Məmməd ibtidai istintaqa deyib ki, hadisə günü səhər saat 05.30-da yuxudan oyanıb, çaynikə su doldurub və qaynaması üçün qaz sobasının üzərinə qoyub: "Həmin vaxt arvadım da yuxudan oyandı. Ona torpaq sahəsinə getdiyimi, qayıdandan sonra tövlədə olan iribuynuzlu heyvanları örüşə özümün aparacağımı dedim.
"Azərbaycan tərəfi Laçın rayonu ərazisində Həkəri çayı üzərind
Dünyaca məşhur sosial media platforması "Twitter"də baş verən b
Şir bəbirin ovunu əlindən almaq üçün şam ağacına çıxıb.
Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksi
Zimbabve Ehtiyat Bankı ölkədə qızılla dəstəklənən yeni rəqəmsal valy
Cari ilin 21 aprel tarixində Azərbaycan tərəfi "İrqi Ayrı-seçkiliyin
Son.az Kulis.az-a istinadən rəqqasə, aktrisa Oksana Rəsulova haqqında maraq
Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Ekvadorun Sanqay vulkanında böyük püskürmə baş verib.
Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə diqqətləri üzərinə cə
Azərbaycanda avtomobillərin kasko sığortasına son vaxtlar maraq artıb. Bə
Bakıda sürücüyə qarşı quldurluq edən şəxslər saxlanılıb.
"Üçüncü nəvəm olub. Kürəkənim ona kiçik qızımın adını - Ə
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi b