Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində saziş imzalanıb
Siyasət 24 Apr 2023 13:58:00 250 0
Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Bu xəbəri də oxu: COPda razılaşdırılan 300 milyard nəyə xərclənəcək?
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad edən gürcüstanlı qonaqlar "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayan müdafiə naziri bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin daha da güclənərək inkişaf etdiyini qeyd edib.
Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu diqqətə çatdırıb. Hər iki dost ölkə arasında münasibətlərin inkişafında mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin, eləcə də əlaqələrin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.
Geniş tərkibdə keçirilən görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.
Ekvadorun Sanqay vulkanında böyük püskürmə baş verib.
Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə diqqətləri üzərinə cə
Azərbaycanda avtomobillərin kasko sığortasına son vaxtlar maraq artıb. Bə
Bakıda sürücüyə qarşı quldurluq edən şəxslər saxlanılıb.
"Üçüncü nəvəm olub. Kürəkənim ona kiçik qızımın adını - Ə
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi b
Rusiyanın Moskva regionunda maqnit qasırğası səbəbindən qütb işıqları
Daşkəsən rayonunda 1986-cı il təvəllüdlü Eldar həmyerlisi Aytaca (adlar
Ukraynanın işğal olunmuş ərazilərindəki əhalini Rusiyanın pasportların
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 10 noyabr üç
Qapıdan qovursan, bacadan girirlər...
Sumqayıtda sürücü avtomobili idarə edən zaman sükan arxasında vəfat edi
Xəbər verdiyimiz kimi, dünən axşam Nərimanov rayonu, Akademik Həsən Əl
"Nə böyük uğurdu ki... Haqqım idi və qalib gəldim. Görüntülər va