Ermənilərin "nəfəsliyi" TUTULDU: Xankəndi xəyalı gerçək olur


Siyasət 24 Apr 2023 12:37:00 283 0

Ermənilərin "nəfəsliyi" TUTULDU: Xankəndi xəyalı gerçək olur

Qapıdan qovursan, bacadan girirlər...

Bu məsəl Azərbaycan ordusunun son bir ayda Laçın ətrafında Ermənistanla Xankəndi arasında alternativ torpaq yollarını nəzarətə götürməsinə və qanunsuz daşımalar məqsədilə digər yeni yolların çəkilişi üçün ermənilərin göstərdiyi cəhdlərin qarşısının alınması prosesinə ən ideal fikirdir. 

Belə ki, 3 gün öncə erməni separatçılarının rus sülhməramlılarının müşayiəti ilə alternativ torpaq yollarla Xankəndiyə yenidən silah daşındığı qeydə alındı. Bu nə birinci idi, nə də son kimi görünürdü. Çünki ermənilərin həyasızlığı, rus kontingentinin isə məkirli oyunu bu halın aradan qalxacağına ümidi hər ötən gün azaltmaqda idi. 

Bu səbəbdən də separatçıların Rusiya sülhməramlılarının və İrəvanın dəstəyi ilə Ermənistandan Qarabağa yeni keçid yollarının axtarışı cəhdləri gözlənilən idi. Bu, asta-asta Azərbaycanın nəzarətinə keçən separatçılar üçün ölüm-qalım məsələsi olsa da, Bakının bu "mənzərəyə" seyirci qalmaq kimi planının olmadığının mesajı bundan əvvəl də Prezident İlham Əliyevin bəyanatlarında açıq-aşkar verilirdi. 

Hadisələrin yenidən Bakının istəyinin əksinə cərəyan etməsi Azərbaycan ordusunun bu çıxışları da nəzarətə götürmək istiqamətində addımlar atacağını gözləmək olardı. Lakin Bakı bir məsələni özü üçün müəyyənləşdirdi ki, hər dəfə yolu bağlamaqla, nəzarətə götürməklə problemi kökündən həll etmək mümkün olan deyil. Çünki erməniləri qapıdan qovursan, bacadan girirlər...

Anlaşıldı ki, bu addımlar problemin həll yolu deyil, rus sülhməramlılarının yardımı ilə hayların yeni açdığı keçidləri bağladıqca, separatçılar yenisini tapacaq, yeni yol salacaqlar. Məsələnin birdəfəlik həlli Ermənistanla sərhədin tamamilə nəzarətə götürülməsi və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasından keçirdi ki, Azərbaycan bu addımı atdı.

Nəhayət ötən gün Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu...

"Böyük Ermənistan" ideyasının ÇÖKÜŞÜ SÜRƏTLƏNDİ

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi hadisədir. Çünki Ermənistan Qarabağda işğalçılıq siyasətini Şuşanı və Laçını işğal edərək başlamışdı. Biz də Ermənistanın bu siyasətinə Şuşanı və Laçını azad etməklə, sərhədlərimizə tam nəzarət etməklə son qoyduq. Beləliklə, "Böyük Ermənistan", "Miatsum" (Azərbaycan torpaqları hesabına "birləşmiş" erməni dövlətinin yaradılması ideyası) ideyaları məhv edildi.

Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-keçid məntəqəsinin yaradılması niyə bu qədər əhəmiyyətli idi?

Dünəndən etibarən nəzarət-buraxılış məntəqəsi (NBM) quraşdırılan körpü Qərbi Zəngəzurdan (İrəvandan) Qarabağa (Xankəndiyə) gedilə bilən yeganə yolun üzərindədir. Bu yolun nəinki alternativi, heç ona alternativ piyada üçün cığır da yoxdur. Hər yer hazırda tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır. 

Bu körpü Laçın-Xankəndi yolunda deyil, Laçın şəhərindən təxminən 10 km cənubda yeni tikilən yoldadır. Nəzərə alsaq ki, ekoaktivistlərin olduğu yola Şuşa rayonu ərazisində alternativ yollar və cığırlar olsa da, həmin yol və cığırlar Laçın rayonu ərazisinə çatanda, nəzarət-keçid məntəqəmizin qurulduğu bu körpüdə birləşir, demək ki, ermənilərin, separatçı dəstə üzvlərinin nəfəsliyi tıxandı. Çünki "Laçın dəhlizi" münaqişənin mövcud olduğu dövrdə də, müharibədən sonra da Qarabağdakı ermənilərin "müstəqillik", "öz müqəddəratını təyin etmə", "dövlət olmaq" kimi iddialarının nəfəsliyi hesab edilirdi. 

Körpünün başlanğıcında Azərbaycanın keçid məntəqəsi quraşdırması eyni zamanda o anlama gəlir ki, bundan sonra hər hansı bir erməni və ya başqa bir dövlətin nümayəndəsi, heç bir nəqliyyat vasitəsi nəzarətdən kənar Qarabağa nə daxil ola biləcək, nə də oradan çıxmaq imkanına sahib olacaq. 

Artıq Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda situasiyanın tamamilə dəyişməsi kimi qəbul edilə bilər. Proseslərin bu cür inkişafı, ələlxüsus da Qarabağın erməni əhalisinə bölgədə qalıb, yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa şans buraxmadı. 

İstisna deyil ki, yaxın günlərdə erməni silahlı dəstələrinin Qarabağdan tamamilə çıxarılması, bölgənin silahsızlaşdırılması ilə bağlı da müəyyən proseslər yaşana bilər, yaxud bu istiqamətdə praktiki addımlara şahidlik edək. Bu planların icrası isə nəticədə yaxın gələcəkdə separatçılığın ləğvi və Xankəndində Azərbaycan bayrağının dalğalanması prosesini sürətləndirəcək. Xankəndi xəyalı gerçək olur...

Təhməz Əsədov Son.az

Sumqayıtda sürücü avtomobili idarə edən zaman ölüb like
  • 24 Apr 12:35  
Digərləri Sumqayıtda sürücü avtomobili idarə edən zaman ölüb

Sumqayıtda sürücü avtomobili idarə edən zaman sükan arxasında vəfat edi

arrow Ətraflı
Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır like
  • 24 Apr 12:29  
Kriminal Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır

Xəbər verdiyimiz kimi, dünən axşam Nərimanov rayonu, Akademik Həsən Əl

arrow Ətraflı
"Qərar ləğv olunsa, dünyanı dağıdaram" like
  • 24 Apr 12:24  
Şou-biznes "Qərar ləğv olunsa, dünyanı dağıdaram"

"Nə böyük uğurdu ki... Haqqım idi və qalib gəldim. Görüntülər va

arrow Ətraflı
Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb like
  • 24 Apr 12:13  
Kriminal Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları t�

arrow Ətraflı
Elnarənin tələbəsi ilə şıdırğı RƏQSİ gündəm oldu like
  • 24 Apr 11:51  
Şou-biznes Elnarənin tələbəsi ilə şıdırğı RƏQSİ gündəm oldu

Elnarə Xəlilovanın tələbəsi Piri Əliyevlə birlikdə şıdırğı rəqsi

arrow Ətraflı
Qəmərvan kəndinin qəribə adəti var like
  • 24 Apr 11:40  
Digərləri Qəmərvan kəndinin qəribə adəti var

Qəbələnin Qəmərvan kəndində maraqlı və qəribə bayram adəti var.

arrow Ətraflı
Pərvin ana oldu like
  • 24 Apr 11:29  
Şou-biznes Pərvin ana oldu

Azərbaycanlı model Pərvin Həsənzadə ana olub.

arrow Ətraflı
Xalq artistinin oğlu atasının seyfindən 25 min dollar oğurlayıb like
  • 24 Apr 11:27  
Şou-biznes Xalq artistinin oğlu atasının seyfindən 25 min dollar oğurlayıb

"Siz elə bilməyin ki, Siyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqq

arrow Ətraflı
Bu il 10 mindən çox şəxsə pensiya təyin olunub like
  • 24 Apr 11:18  
Digərləri Bu il 10 mindən çox şəxsə pensiya təyin olunub

2023-cü ilin yanvar-mart ayları ərzində 44,3 min pensiya, müavinət, təqa�

arrow Ətraflı
Formula 1ə görə bu yollar bağlanıb like
  • 24 Apr 11:04  
Digərləri Formula 1ə görə bu yollar bağlanıb

Bu gün gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi pro

arrow Ətraflı
ŞimalCənub dəhlizinin qərb marşrutu: like
  • 24 Apr 11:02  
Digərləri ŞimalCənub dəhlizinin qərb marşrutu:

Azərbaycan ərazisindən keçən nəqliyyat marşrutları hazırda həmişə ol

arrow Ətraflı
İlk dəfə üzə çıxdı: İran Qarabağ müharibəsi zamanı görün nə edib like
  • 24 Apr 10:51  
Digərləri İlk dəfə üzə çıxdı: İran Qarabağ müharibəsi zamanı görün nə edib

Son illər intensiv şəkildə Azərbaycanı təhdid edən və "İran regio

arrow Ətraflı
Sumqayıtda aviabomba aşkarlandı like
  • 24 Apr 10:40  
Digərləri Sumqayıtda aviabomba aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay

arrow Ətraflı