Milli Məclis: Alen Simonyanın bəyanatı bölgədə sülh və əminamanlığa töhfə vermir


Siyasət 24 Apr 2023 16:44:00 262 0

Milli Məclis: Alen Simonyanın bəyanatı bölgədə sülh və əminamanlığa töhfə vermir

"Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir".

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisi Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi haqqında bəyanatı ilə bağlı mətbuata açıqlamasında deyilir.

Qeyd edilib ki, Ermənistan rəsmiləri, həmçinin, parlamentin spikeri açıqlama və bəyanatlarında beynəlxalq birliyi Azərbaycana qarşı qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir.

Vurğulamaq lazımdır ki, sərhəd təhlükəsizliyinin, o cümlədən, hərəkətin təhlükəsizliyinin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir. Laçın yolunda sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması və sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hökumətinin legitim hüququdur. Azərbaycan Hökumətinin bu qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş və çıxışı təşviq etmək məqsədinə xidmət edir.

"Ermənistan tərəfinin bu qərarın guya Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatına zidd olması yönündə iddiaları tamamilə əsassız və həqiqətdən uzaqdır. Məhz Ermənistan sözügedən bəyanatın müddəalarını kobud şəkildə pozaraq, ötən müddət ərzində Laçın yolundan qanunsuz hərbi məqsədlər üçün istifadə edib. O cümlədən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı birləşmələrinin şəxsi heyətinin rotasiyası və silah və sursatın daşınması həyata keçirilib. Yol vasitəsilə minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurub, mina partlayışları nəticəsində çoxlu sayda vətəndaşımız həlak olub və yaralanıb.

Azərbaycan Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrin və humanitar yüklərin maneəsiz hərəkətini tam təmin edir.

Ermənistan tərəfini regionda gərginliyi artıracaq hərəkətlərdən, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik törətməkdən çəkinməyə, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağa çağırırıq", - açıqlamada deyilir.

Son.az 

Rusiyada iki uşaq 50dən çox məzar daşını dağıtdı like
  • 24 Apr 16:40  
Digərləri Rusiyada iki uşaq 50dən çox məzar daşını dağıtdı

Aprelin 23-nə keçən gecə Balaşovda köhnə Vetlyanski qəbiristanlığında

arrow Ətraflı
Türklərin düşməni qorxuya salacaq yeni “Altay”ı like
  • 24 Apr 16:31  
Digərləri Türklərin düşməni qorxuya salacaq yeni “Altay”ı

Qardaş Türkiyə son illər düşmənlərini qorxuya salacaq uğurlara imza atm

arrow Ətraflı
İsveçdə ən uzun əl sıxma rekordu qeydə alındı like
  • 24 Apr 16:20  
Dünya İsveçdə ən uzun əl sıxma rekordu qeydə alındı

İsveçlilər Klaes Bliks və Dennis Oskarsson Kruk ən uzun əl sıxışma üzr

arrow Ətraflı
Üstündə qumbara gəzdirən, ana olmaqdan məhrum olan, başındakı qəlpəni çıxartmaq üçün like
  • 24 Apr 16:00  
Kriminal Üstündə qumbara gəzdirən, ana olmaqdan məhrum olan, başındakı qəlpəni çıxartmaq üçün

Son.az Kulis.az-a istinadən 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşl

arrow Ətraflı
Səfirliyin açılması Azərbaycanİsrail iqtisadi əlaqələrinin inkişafına böyük təkan verəcək like
  • 24 Apr 15:43  
Siyasət Səfirliyin açılması Azərbaycanİsrail iqtisadi əlaqələrinin inkişafına böyük təkan verəcək

İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında iqtisadi �

arrow Ətraflı
Günay Əliyeva vəfat etdi like
  • 24 Apr 15:41  
Digərləri Günay Əliyeva vəfat etdi

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin həyat yo

arrow Ətraflı
Çağatay indi də onunla eşq yaşayır like
  • 24 Apr 15:40  
Şou-biznes Çağatay indi də onunla eşq yaşayır

Çağatay Ulusoy yeni sevgilisi ilə gündəmə gəlib.

arrow Ətraflı
Ramazan bayramında uşaqlar üçün gözəl bayram şənliyi keçirilib like
  • 24 Apr 15:36  
Digərləri Ramazan bayramında uşaqlar üçün gözəl bayram şənliyi keçirilib

Xaçmaz rayonun Uzunoba, Yeni Sudur və Nərəcan kəndlərində 56 saylı seçk

arrow Ətraflı
Rusiyada bir gündə ikinci deputat öldü like
  • 24 Apr 15:31  
Digərləri Rusiyada bir gündə ikinci deputat öldü

Rusiya Dövlət Dumasının Vahid Rusiya fraksiyasından olan deputatı, Ekologi

arrow Ətraflı
Laçında möhtəşəm layihələr gerçəkləşəcək like
  • 24 Apr 15:20  
Digərləri Laçında möhtəşəm layihələr gerçəkləşəcək

Tezliklə Laçının böyük və orijinallığı ilə izləyənləri valeh edəc

arrow Ətraflı
İllər əvvəl Al Pacino bu filmdə oynamaqdan imtina edib like
  • 24 Apr 15:11  
Şou-biznes İllər əvvəl Al Pacino bu filmdə oynamaqdan imtina edib

Hollivud ulduzu Al Paçino illər əvvəl "Star Wars" filmlərində ol

arrow Ətraflı
Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..." like
  • 24 Apr 15:00  
Kriminal Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: "Sizi tövlədə..."

Yevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində ya

arrow Ətraflı