"5 ildir yaşadığımız kompleks layihəyə uyğun hazırlanmayıb" FOTO
Digərləri 22 Apr 2023 23:24:00 255 0
"5 ildir yaşadığımız binada bizə qarşı qanun pozuntuları törədilir. Yaşayış kompleksinin həyəti və qarajlarına giriş-çıxış layihəyə uyğun şəkildə təmin olunmayıb. Müraciət etdiyimiz qurumlardan da bizə sadəcə səbirli olmağı məsləhət görürlər".
Bu xəbəri də oxu: Azərbaycanda sürücü yol polisinə gərginlik yaratdı
Son.az bildirir ki, bu şikayətlə "qafqazinfo"ya Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və Nizami küçəsi, ev 4 kəsişməsi ünvanında "Pilot Residence" MTK tərəfindən inşa edilmiş binada yaşayan sakinlər müraciət edib.
Vətəndaşların sözlərinə görə, layihəyə uyğun olaraq "Pilot Residence" MTK yaşayış binasının tərkibində ümumi istirahət parkı və yeraltı qaraj mərtəbəsi inşa etməklə, mənzillərlə birgə 2020-ci ilin sonunadək sahiblərinə tam təhvil verməyi öhdəliyinə götürsə də, vəd yerinə yetirilməyib: "Binanın sakinləri ilə "Pilot Residence" MTK arasında yaşayış binası, onun tərkibindəki mənzil və yeraltı qaraj yerlərinin istismarının təmin edilməsi və sakinlərin xüsusi mülkiyyətinə verilməsi istiqamətində bizimlə müvafiq alqı-satqı müqavilələri imzalanmışdı. Lakin 2019-cu ildən bu günədək yaşayış binasının, istirahət zonasının və qaraj mərtəbəsinin inşaatı və təmiri, mənzil və qaraj yerlərinin təhvili və sahiblərin istifadəsinə verilməsi gecikdirilir".
Yaşayış kompleksi layihəyə uyğun olaraq belə olmalı idi:
Sakinlər iddia edirlər ki, yaşayış kompleksində inşaat-təmir işləri MTK tərəfindən dəfələrlə dondurulub, təsdiqlənmiş layihədən saysız-hesabsız kənarlaşma və ciddi reviziyalar baş verib: "Belə ki, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, "Pilot Residence" MTK tərəfindən təxminən 700-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili inşa edilib. Faktiki etibarsız olan icarə müqaviləsi əsasında fəaliyyət göstərən supermarket bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm "Pilot Residence" MTK, həm də supermarket faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edirlər.
Yaşayış kompleksi sakinlərindən mənzil və yeraltı qarajlar üçün külli miqdarda vəsait toplayan "Pilot Residence" MTK-nın təsisçisi Babək İsmayılov Layihənin yekunlaşdırmaması ilə bağlı məsuliyyəti hazırda müvafiq dövlət icra hakimiyyəti orqanlarının üzərinə yıxmağa çalışır. Belə ki, o, yaşayış binasının və yeraltı qarajların istismara təhvil verilməməsi, həyət ərazisindəki sakinlərin həyatına birbaşa təhlükə yaradan bərbad vəziyyət, yaşayış binasının istismara qəbulunun mümkünsüzlüyü və binada yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasını "Pilot Residence" Yaşayış Kompleksinə dövlət tərəfindən giriş-çıxışın ayrılmaması ilə əlaqələndirir. Halbuki layihəyə uyğun olaraq kompleksə giriş-çıxış təmin olunub və yaşayış binasının infrastruktur təminatına, o cümlədən nəzərdə tutulan həyət və qarajlarına giriş-çıxış üçün yol infrastrukturu təminatı verilib".
Yaşayış kompleksi hazırda belədir:
Ukrayna bu il Rusiya ilə müharibəyə son qoymaq üçün müttəfiqlərin hər
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis ley
"Yerablur" hərbi panteonunun ərazisində həmin ərazidə xidmət ed
Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi əra
Malidə silahlı şəxslər hava limanına hücum ediblər.
Akademik Milli Dram Teatrının əməkdaşı 42 yaşında vəfat edib.
Braziliya Prezidenti Lula Da Silva Rusiya və ya Ukraynaya səfər etməkdən im
Bakıda aprel ayı gah yağış, gah külək, gah da birdən-birə doğan günə
Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol q�