General: SEPAH içində ixtilaf var, məlumat sızır...


Digərləri 22 Apr 2023 11:30:00 249 0

General: SEPAH içində ixtilaf var, məlumat sızır...

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.

Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.

"Tam məxfi arxiv" sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.

Son.az Axar.az-a istinadən olduqca önəmli bu protokolun dərcinə davam edir:

Ali Baş Komandanlıq Aparatına

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə

10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)

Təsnifat: (hərbi) məxfi, arxiv sənədi

İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi

Sərdar Məhəmməd Rza Həsəni Əhəngər:

- İmam Hüseyn Universiteti ölkənin hərbi sənayedə olan yüksək səviyyəli mütəxəssislərini hazırlayan ən yaxşı universitet kimi məzunlarının işə göturülməsilə məşhurdur. Bu universitet ötən illərdə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş və öz tələbələrinin əksəriyyətini maddi baxımdan təmin edə bilmişdir. Həzrət ağa, əsas məsələ budur ki, bu qüvvələr gələcəkdə ölkənin həssas və önəmli vəzifələrində işləyəcəklər və dünyanın böyük şirkətləri ilə əlaqədə olacaqlar. Bu qüvvələrin əksəriyyəti Müdafiə Nazirliyində və silahlı qüvvələrdə fəaliyyət göstərəcəklər və bunların hökumətə inancı və bağlılıqları yüksək səviyyədə olmalıdır. Lakin ölkədəki mövcud şərait belə davam eləsə, bu insanların inancında sarsılma baş verər. Bunların məişət problemləri dünya casus orqanlarına bağlı şirkətlərlə informasiya mübadiləsinə şərait yaradır. Bu şirkətlər belələrini tələyə salmağı planlaşdırıblar. Bu tip insanları ifşa etmək bir neçə cəhətdən önəmlidir. Hərbi fəaliyyətlərlə, hərbi sənayenin yüksək vəzifəli şəxsləriylə bağlı informasiyaların ötürülməsi və daxili elektron və eləcə də məxfi məlumatlarımıza yol tapmaları ölkənin qarşısında maneəçilik törətməyə və tərbiyə etdiyimiz kadrları casusluğa cəlb etməyə şərait yaradar. Son zamanlardakı terror məsələləri və məxfi sənədlərimizin ifşa olunması buna misaldır. İmam Hüseyn Universiteti bu günə qədər həssas sənayelərin kadrlarını yetişdirib və onları ölkənin bir çox həssas sahələrində işə cəlb edib. Olkədəki vəziyyət səbəb olub ki, bu universitetin tələbələri mövcud şəraitə etiraz məqsədiylə bir neçə saatlıq oturaq aksiya keçiriblər. Bu günə kimi bu aksiyalar şəxsi məqsəd daşımayıb və sırf topluma dəstək üçün həyata keçirilib. Buna görə də inanclı tələbələrə və onıarın tərbiyəsi üçün maddi xərclərə xüsusi diqqət yetirilməlidir ki, tərbiyə olunan qüvvələr gələcəkdə də sistemə xidmət etsinlər və güclü inancları ilə ölkənin idarəçiliyi üçün hazırlansınlar.

Briqada komandiri Məhəmməd Hüseyn Nejat:

- Belə zənn etmişdim ki, bugünkü iclasda ölkənin müxtəlif bölgələrindən olan möhtərəm komandirlərin səyləri nəticəsində ölkənin təhlükəsizliklə əlaqədar məsələlərində ortaq məxrəcə gələ biləcəyik. Amma indi gördüyüm ETTELAAT və təhlükəsizlik orqanlarına qarşı narazılıq və etirazdan başqa bir şey deyil. Halbuki iğtişaşçılarla qarşıdurmada əsas rol bunlarındır. Bura toplaşmış ağalar giley və şikayət yerinə müxtəlif bölgələrdəki böhranlardan çıxış yolu göstərsinlər. İclasın başlamasından təxminən 2 saat keçib və bütün dostlar sadəcə problemləri və baş verənləri izah edirlər. Eşitmədim dostlardan biri desin ki, ölkənin filan yerində sakitlik var. Bütövlükdə qüvvələrin bacarıqsızlığından danışıldı. Büdcədə çatışmazlıq var, razıyam. Lakin daxili və xarici müxaliflərin toplaşdığı əsas bölgələrin komandanlığında problem var və ya bunlar doğru-dürüst vəzifələrini yerinə yetirə bilmirlər.

Siz ölkənin təhlükəsizliyinin təmin olunmasına cavabdehsiniz. Əgər hər hansı komandan düşünürsə ki, tapşırıqların öhdəsindən gələ bilmir və ya ölkədəki vəziyyət onu da sıxır, o zaman iki cümləlik istefasını yaza bilər və ya başqa yolla öz vəzifəsini təhvil verə bilər. Unutmayaq ki, bura İslam Respublikasıdır və Qərb dünyası ilə mübarizə aparırıq və bu ölkə İmam Zamanındır və onun naibi (Xamenei) bizdən hesabat gözləyir.

Komandirin məsuliyyəti bəllidir və hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir.

Əziz qardaşlarım, indisə əsas məsələyə qayıdaq. Müxtəlif qüvvələrin itaətsizliyi və məlumatların ötürülməsi haqda Həzrət ağanın fərmanı əsasında məlumatlar əldə etmişəm. Qüvvələrimiz tənbəlləşib. Müxtəlif sahələrdən xəbərlər gəlir; düzdür, problemlər çoxdur, lakin bunu mühafizə orqanlarına tapşırmalıyıq. Hacağa Müctəbanın məsələsinə gəldikdə isə: doslarımızın bu barədə bəhs və ixtilafları var. Əslində sözügedən problemləri həll etmək üçündür. Biz tanınmış və güvənilir adamları sistemin önəmli vəzifələrinə təyin etməliyik ki, böhranlar belə şəxslərə təsir göstərə bilməsin və həmçinin məxfi məlumatların yayılmasının qarşısı bu yolla alınsın. Təhlükəsizlik məmurlarının bacarıqları və onların inanc səviyyəsindən xəbərdarıq. Açıq deyəcəm: ölkə məmurlarının yarısı hər şeyi bəhanə etməklə vəzifələrindən azad olmağa təmayül göstərirlər. Bunların tərbiyəsinə sərf olmuş xərcləri kompensasiya etmək olar, amma sərf olunan vaxtı yox!

Buna görə də maksimum dərəcədə yeniləri işə cəlb etməliyik və qüvvələrimizi inqilab inanclarına qaytarmalıyıq. Bunlar inqilabın yetirmələridirlər və yeni bir inanc yaratmaqla yenidən bu sistemi bütövləşdirmək mümkündür.

Xaçmazda məktəbli qardaşlar itkin düşüb like
  • 22 Apr 11:19  
Digərləri Xaçmazda məktəbli qardaşlar itkin düşüb

Xaçmazda iki məktəbli qardaş itkin düşüb

arrow Ətraflı
Xalq artistindən vəfat edən qardaşıyla bağlı paylaşım like
  • 22 Apr 11:08  
Kriminal Xalq artistindən vəfat edən qardaşıyla bağlı paylaşım

Xalq artisti Firəngiz Mütəllimova bir neçə gün əvvəl vəfat edən qarda

arrow Ətraflı
Ucarda 18 yaşlı qız infarktdan ölüb like
  • 22 Apr 10:57  
Digərləri Ucarda 18 yaşlı qız infarktdan ölüb

Ucarda 18 yaşlı qız "dəqiqləşdirilməmiş miokart infarktı" dia

arrow Ətraflı
Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib like
  • 22 Apr 10:54  
Siyasət Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzr

arrow Ətraflı
“Sən məni evinə çağırmısan, mənə hörmətsizlik edirsən" like
  • 22 Apr 10:46  
Şou-biznes “Sən məni evinə çağırmısan, mənə hörmətsizlik edirsən"

"Aparıcılarımız müğənnilərə, efirinə dəvət etdiyi sənətkarlar

arrow Ətraflı
Məşhur ukraynalı müğənninin Bakı konserti ləğv edildi like
  • 22 Apr 10:24  
Şou-biznes Məşhur ukraynalı müğənninin Bakı konserti ləğv edildi

Ukraynalı məşhur estrada müğənnisi Svetlana Lobodanın Bakıda konserti l�

arrow Ətraflı
Bakıda 15 yaşlı qız itkin düşüb like
  • 22 Apr 10:13  
Digərləri Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Əməkdar artist əməliyyat olundu like
  • 22 Apr 10:02  
Şou-biznes Əməkdar artist əməliyyat olundu

Əməkdar artist Suğra Bağırzadə gözündən əməliyyat olunub.

arrow Ətraflı
ŞimalCənub dəhlizinin Azərbaycan ərazisindən keçən tranzit yolunun like
  • 22 Apr 09:51  
Digərləri ŞimalCənub dəhlizinin Azərbaycan ərazisindən keçən tranzit yolunun

XXI əsrdə ticarət insanlar arasında əməkdaşlığın əsas aspekti olaraq

arrow Ətraflı
DİQQƏT! Bakıda bu gün daha bir neçə yol bağlanır like
  • 22 Apr 09:40  
Digərləri DİQQƏT! Bakıda bu gün daha bir neçə yol bağlanır

Bakıda daha bir neçə yol "Formua 1" üzrə Azərbaycan Qran Prisin�

arrow Ətraflı
BQXKnin avtomobillərində erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıb like
  • 22 Apr 09:29  
Digərləri BQXKnin avtomobillərində erməniəsilli şəxslər Laçın istiqamətinə aparılıb

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Kom

arrow Ətraflı
Rusiyanın Ukraynada itkilərinin sayı 185 730a çatıb like
  • 22 Apr 09:18  
Dünya Rusiyanın Ukraynada itkilərinin sayı 185 730a çatıb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvə

arrow Ətraflı
LaçınXankəndi yolundakı aksiya like
  • 22 Apr 09:11  
Digərləri LaçınXankəndi yolundakı aksiya

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
G7 Rusiyaya bütün ixracı qadağan etməyi planlaşdırır like
  • 22 Apr 09:05  
Dünya G7 Rusiyaya bütün ixracı qadağan etməyi planlaşdırır

G7 liderləri bütün ölkələri Rusiyaya ixracı tamami ilə qadağan etməyi

arrow Ətraflı
""SpaceX" biriki ay ərzində..." like
  • 22 Apr 08:59  
Dünya ""SpaceX" biriki ay ərzində..."

ABŞ-ın "SpaceX" şirkəti bir-iki ay ərzində özünün prototip &q

arrow Ətraflı