Paşinyanın 29,8 min kv.km “dərdi”: nəyə çalışır?


Siyasət 18 Apr 2023 21:53:00 162 0

Paşinyanın 29,8 min kv.km “dərdi”: nəyə çalışır?

Paşinyanın parlamentdə çıxışı zamanı verdiyi əsas mesaj belə oldu: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır".

Bu, Bakının tələb etdiyi məsələdir və ərazi bütövlüyü qarşılıqlı şəkildə tanındığı təqdirdə, sülh müqaviləsi imzalanacaq. O zaman sual yaranır: müqavilə niyə imzalanmır?

Son.az axar.az-a istinadən bildirir ki, müəyyən amillər reallığın verilən müsbət bəyanatlardan fərqli olduğunu göstərir:

Birincisi, geosiyasi oyunçuların bölgədə vasitəçilik üzərindən apardığı mübarizə və bunun tərəflərə təsiridir;

İkincisi, bu geosiyasi mübarizənin Qarabağ məsələsində yaratdığı dilemmadır;

Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın əslində nə istədiyidir.

Qarabağ və regional məsələlərə yanaşmada Qərb və Rusiya masasında fərqlər var:

- Qərbin Qarabağ məsələsinə yanaşması Bakının istədiyinə uyğundur, kommunikasiyanın açılması və sərhədin delimitasiyası ilə bağlı yanaşması əksinədir;

- Rusiyanın sərhədin delimitasiyasi və kommunikasiyanın açılmasına (Zəngəzur dəhlizi) yanaşması Bakının istəyinə uyğun gəlir, Qarabağ məsələsində əksinədir.

Bu fərqlər uzlaşmanı çətinləşdirir. Ermənistan isə sülh müqaviləsini Qərb masasındakı razılaşmalarla imzalamağa çalışır. Proseslərin bu istiqamətdə inkişafı - Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olduğu müddətdə sülh sazişinin Qərb masasında imzalanması Bakı üçün təhlükəli perspektiv vəd edir. Bu baxımdan, Azərbaycan Əliyevin də bəyan etdiyi kimi, beynəlxalq konsensusa nail olmaqdan yanadır. Ki, bu hələ ki mümkünsüz görünür.

"Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" deyən Paşinyanın Qərbin vasitəçiliyi ilə sülh sazişimi imzalamaqda öz hədəfləri var:

a) Qarabağ məsələsini Bakı-Moskva xəttindəki problemə çevirirlər;

b) Bakı-Xankəndi formatı, eləcə də erməni əhalisinin hüquq və təhlükəsizliyi kimi məsələlər üzərindən Qarabağda "hüquqi münaqişə" yaradırlar;

c) Kommunikasiyanın açılmasında Naxçıvana maneəsiz keçid vermək öhdəliyindən imtina edirlər;

ç) 29,8 min km ərazini saxlamağa çalışırlar: Paşinyanın da bildirdiyi kimi, bu, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin saxlanılması, delimitasiya-demarkasiya prosesinin bu xətlərə uyğun aparılması deməkdir; və bununla SSRİ dövründə Ermənistana bağışlanan ərazilərimizin qaytarılması perspektivi sıradan çıxır, eləcə də müharibədən sonra Ordu bərpa olunan sərhəddən geri çəkilir.

Danışıqlar prosesində vəziyyət kifayət qədər mürəkkəb görünür və məsələ heç də Paşinyanın bəyan etdiyi kimi "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" deməklə həll olunana bənzəmir.

Almaniyadan Ukrayna ilə bağlı çağırış... like
  • 18 Apr 21:43  
Dünya Almaniyadan Ukrayna ilə bağlı çağırış...

İsveçrə Ukraynaya silahların təkrar ixracına qoyulan qadağanı aradan qal

arrow Ətraflı
Ramazan bayramı ərəfəsində əhaliyə like
  • 18 Apr 21:27  
Digərləri Ramazan bayramı ərəfəsində əhaliyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos

arrow Ətraflı
Cek Nikolson 2 il sonra belə görüntüləndi  FOTO like
  • 18 Apr 21:22  
Şou-biznes Cek Nikolson 2 il sonra belə görüntüləndi FOTO

2021-ci ildən bəri ictimaiyyət arasına çıxmayan əfsanəvi aktyor Cek Niko

arrow Ətraflı
"Məni parka göndərib, əxlaqsızlıq edirdi..." like
  • 18 Apr 21:05  
Kriminal "Məni parka göndərib, əxlaqsızlıq edirdi..."

Ötən il Qax şəhərində 2005-ci il təvəllüdlü bacısı Albina Papiaşvil

arrow Ətraflı
Əsir saxlanılan Hüseyn Axundovdan xəbər var like
  • 18 Apr 20:26  
Digərləri Əsir saxlanılan Hüseyn Axundovdan xəbər var

Ermənistanın əsir saxladığı Azərbaycan hərbçisi Hüseyn Axundova qarş�

arrow Ətraflı
“Meral Konrat ilk qaranquşlardan olub” like
  • 18 Apr 20:24  
Şou-biznes “Meral Konrat ilk qaranquşlardan olub”

"Təhminə" filmi ilə Azərbaycanda məşhurlaşan türk aktrisa Mera

arrow Ətraflı
Anadangəlmə əlilliyi olan şəxsin pensiyası kəsilib  VİDEO like
  • 18 Apr 20:12  
Digərləri Anadangəlmə əlilliyi olan şəxsin pensiyası kəsilib VİDEO

Şəmkirdə anadangəlmə əqli gerilik diaqnozu ilə doğulan gəncin əlillik

arrow Ətraflı
Müharibə zamanı “xəstələnən” erməni polkovnik həbs edildi like
  • 18 Apr 19:48  
Digərləri Müharibə zamanı “xəstələnən” erməni polkovnik həbs edildi

Ermənistanda 44 günlük müharibə zamanı özünü xəstə kimi göstərməkd

arrow Ətraflı