“Tarkan məni heyranlıqla dinləyirdi”
Şou-biznes 18 Apr 2023 01:01:00 260 0
"Mənə elə gəlir ki, sənətimlə bağlı bütün arzularıma hələ də çatmamışam. İstəklərim çoxdur, daha çox uğurlara nail olub, bütün pillələri dəf etmək istəyirəm. Mən tar alətini çox sevirəm, müğənniliklə də məşğul oluram. İstəyəndə müğənnilik də edirəm. Məni tarımla tanıyıblar, tara görə hörmət qazanmışam. Klassik muğamlarımızı lentə almışam. İnstrumental ifaçı kimi yetişmək daha çətindir. Bu musiqiçidən böyük zəhmət tələb edir. Məşqləri çox etməlisən. Hansısa verilişə dəvət gələndə, öncədən gedib tarı kökləmək lazımdır".
Bu xəbəri də oxu: Aktyoru insan alverçiləri qaçırıb? FOTO
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tarzən Humay Qədimova deyib.
"Özümü hər efirdə, verilişdə görə bilmirəm. Tarın reklama çox ehtiyacı yoxdur. Brend bir alətdir, hər efirə tarla çıxıb, onu hörmətdən də salmaq olmaz. Heç vaxt ucuz reklama qaçmamışam, qaçmaram da. Mən tar alətini 14 yaşımda ifa etməyə başlamışam. Bu bir az gec yaşdır. Əslində tar alətini 9-10 yaşında ifa etməyə başlamalısan. Tarın əziyyətini hər adam çəkə bilmir, tez tükənir. Yaxşı tar ifaçısı olmaq üçün böyük ustadımın belə bir sözü var ki, günün 24 saatının 25 saatını sən məşq etməlisən. Görün bu sənət nə dərəcədə çətin bir sənətdir" deyə tarzən bildirib. Humay Qədimova illər öncə məşhur türk müğənniləri ilə eyni səhnəni bölüşdüyünü də bildirib.
"2007-ci ildə Tarkan Bakıya gəlmişdi. Onu təşkilatçı Nahid Emiloğlu Azərbaycana gətirmişdi. Tarkana təklif olundu ki, tar kamança sizin repertuarla sizi müşayiət etsin. Tarkanla birlikdə "Oynama şıkıdım" və "Yakalarsam" mahnılarını tarda ifa etdik. O vaxt bu ifalarım tamaşaçılar tərəfindən çox gözəl, müsbət qarşılandı. Tarkanla səhnəni bölüşəndə o bizim mahnılarımızı heyranlıqla dinləyirdi. Çox bəyəndiyi gözlərindən, mənə göstərdiyi diqqətdən bəlli idi. Tarkandan başqa Kibariyə və Sərdar Ortaçla da səhnə bölüşmüşəm. Müasir mahnıları klassik alətlərimizdə tamaşaçılar çox gözəl qəbul edirlər. Tamaşaçılar fərlqi bir şey istəyirlər. Məşhur, trenddə olan mahnılara daha çox üstünlük verirəm" deyə Humay Qədimova bildirib.
Humay Qədimova Türkiyədə konsert zamanı tarın siminin qırılmasından da danışıb. "Türkiyədə konsertdə olarkən bu hadisə baş vermişdi. Konsertin ən maraqlı yerində tarın simi qırıldı. Düşünürəm ki, bu bir sınaqdır. Gedib simi dəyişibi gələ bilməzdim, çünki konsert saat yarım ərzində fasiləsiz davam etdirməli idim. Bunun öhdəsindən gəldim. Heç kim bilmədi ki, tarın simi qırılıb. Bəlkə də Allah bunu etmişdi ki, görsün potensialımı göstərə biləcəyəm?" deyə musiqiçi bildirib.
Tarzən xanım bildirib ki, ailə onun üçün çox önəmlidir.
"Hər bir xanımın arzusudur ki, ailəsi, övladı olsun. Həmçinin də mənim. Bu Allahın qismətidir. Ailə mənim üçün çox müqəddəsdir. Əgər bir insan övladına, ailəsinə zaman ayırırsa, bundan gözəl nə ola bilər? Bəzən xanımlar deyir ki, övladıma vaxt ayırıram, özümə vaxt qalmır. Mən bu cür insanlara qibtə edirəm. Sən təsəvvür et, ailənə xidmət edirsən, gələcək üçün vətənə övlad yetişdirirsən" deyə tarzən xanım bildirib.
Dünyada heç bir insan ideal deyil. Bəzi insanların davranışları bürclər
"Biz bu şəkillə 6 il əvvəl yola çıxmışdıq. İşim əlimdən alın
"Bura yeməkləri düzmüsən. Mənim xalqdan gizli bir sözüm yoxdur. Mə
Bəzən səhərlər çox halsız oyanırıq. Günə belə başlayanda isə kefim
Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşac
Rusiya Ukraynadakı konfliktin mümkün qədər tez bitməsində maraqlıdır.
İdman həkimi, dietoloq-dietoloq Anton Brykin ən faydalı meyvə və giləmeyv
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anası onun səhhəti b
Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda sərnişin mikroavtobusu
Fransada Respublika naminə Marian Fondu məsələsi getdikcə daha da qabarır.
Kardioloq Faina Lobjanidze yaşlı insanların ürəyinə və damarlarına zər�
Təbriz, Urmiya və Kərəc və digər şəhərlərdəki məktəblərdə şagird
Türkiyəli aktyorlar Aras Bulut İynemli Engin Öztürklə birlikdə gecə saat
Dietoloq Mari Kletaninanın sözlərinə görə, yetkinlərə süd və fermentl�
Ermənistan parlamentinin sədr müavini, Ermənistan-Türkiyə münasibətləri