Hərbçilərimiz Türkiyəyə təlimə gedir VİDEO
Digərləri 17 Apr 2023 20:22:00 178 0
Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçirilən təlimdə iştirak edəcəklər.
Bu xəbəri də oxu: Xarkov vuruldu
Müdafiə Nazirliyindən verilən məlumata görə, Qars şəhərində keçiriləcək ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-2023" birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına yola salınıb.
Təlimə cəlb edilmiş hərbi qulluqçuların və texnikaların Qars şəhərinə yola salınması münasibəti ilə mərasim keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov hər iki ölkə arasındakı sarsılmaz qardaşlıqdan və keçirilən birgə təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-2023" birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir.
Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki "Ümid" körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibini
Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün Braziliyaya rəsmi səfər edib.
Alış-veriş edərkən tələbatın daha çox olduğu tərəvəz kartof və so�
"Rossiya-1" telekanalının əslən azərbaycanlı aparıcısı Nailə
Daşnakların Ermənistan dövlətçiliyinin itirilməsi üçün hazırladığı
Suraxanı rayonu Hövsan qəsəbəsində vətəndaşın qaz sayğacını dəyiş
Ermənistanda "İctimai Səs" partiyasının şura sədri Artak Qalsty
Paytaxt Bakıda da hələ də kanalizasiya xətləri olmayan yaşayış məskən
Bir müddət əvvəl yumorist Maksim Qalkinin "Mənə elə gəlir ki, əgə
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidm
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naz
Erməni qadınların əsas hədəf kimi Ermənistanın Baş naziri Nikol Paşiny
"21 yanvara keçən gecə saat 2-də həyat yoldaşım mənə dedi ki, yax�