Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışdı
Siyasət 17 Apr 2023 20:04:00 237 0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: “Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh gündəliyi müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətini qeyd edib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən hələ də çıxarmadığını, Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.
Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllimin vacib olduğunu bildirib. ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün Braziliyaya rəsmi səfər edib.
Alış-veriş edərkən tələbatın daha çox olduğu tərəvəz kartof və so�
"Rossiya-1" telekanalının əslən azərbaycanlı aparıcısı Nailə
Daşnakların Ermənistan dövlətçiliyinin itirilməsi üçün hazırladığı
Suraxanı rayonu Hövsan qəsəbəsində vətəndaşın qaz sayğacını dəyiş
Ermənistanda "İctimai Səs" partiyasının şura sədri Artak Qalsty
Paytaxt Bakıda da hələ də kanalizasiya xətləri olmayan yaşayış məskən
Bir müddət əvvəl yumorist Maksim Qalkinin "Mənə elə gəlir ki, əgə
2023-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidm
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və sosial müdafiə naz
Erməni qadınların əsas hədəf kimi Ermənistanın Baş naziri Nikol Paşiny
"21 yanvara keçən gecə saat 2-də həyat yoldaşım mənə dedi ki, yax�
Son illər məktəblərdə şagirdlərin davranış qaydaları,onların qeyri-et
Bakıda tələbələr arasında dava olub, xuliqanlıq hərəkətləri törədil