Bu filmə görə evinə hücum elədilər, yazdıqlarını oğurladılar


Kriminal 16 Apr 2023 18:00:00 202 0

Bu filmə görə evinə hücum elədilər, yazdıqlarını oğurladılar

Son.az Kulis.az-a istinadən yazıçı Fərman Kərimzadə haqqında 10 maraqlı faktı təqdim edir.

Yazıçı 1937-ci ildə Qərbi Azərbaycanda dünyaya göz açıb və 12 yaşında olanda ailəsi deportasiya olunub.

***

Qaçqınçılıq dövrü çox ağır günlər yaşayıb. Hətta bir dəfə özü deyirmiş ki, Bakıya ayağında qaloş piyada gedib.

Həyat yoldaşı Xalidə xanımı universitetdə oxuduğu dönəmlərdə görüb və onu sevib. Lakin Xalidənin ailəsi Fərman Kərimzadənin kasıb olduğu üçün qızlarını ona vermək istəməyiblər. İmkanlı ailə olan Xalidənin ailəsi bəhanə gətirib ki, qızları hələ uşaqdır, yemək də bişirə bilmir. Şair Məmməd Aslan, Fərman Kərimzadənin yaxın dostu kimi bu məsələni həll edəcəyini, ailənin "hə"sini alacağını söyləyib. Ancaq elçiləri qovurlar. Çarəsiz qalan Fərman Kərimzadə qızı qaçırmağa məcbur olur.

***

Fərman Kərimzadənin öz ailəsindən başqa bir ailəsi də varmış. O qadından yazıçının bir qızı dünyaya gəlib. Yazıçı, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə o anları belə xatırlayır: "Atam bir müddət, hardasa il yarım anamdan ayrılıb, başqa qadınla yaşayıb, sonra geri qayıdıb. Bu mənim uşaqlıq yaddaşımda travma kimi qalıb". Yazıçı geri qayıdandan sonra Xalidə xanım onu bağışlayıb.

***

"Axırıncı aşırım" filmi onun "Qarlı aşırım" romanının əsasında çəkilib. Bu film ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Onu öldürmək istəyiblər. Qızı, yazıçı Yeganə Kərimzadə müsahibələrinin birində bu haqda danışır: "Bir dəfə bibimgilə getmişdim. Bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo, həqiqətən, elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış".

Onun başqa əsərləri də buna bənzər tale yaşayıb. Nəsrəddin Tusi, Andranik haqqında əsərlərini yazıb bitirəndən sonra əlyazmalar yaşadığı evdən yoxa çıxıb. Oğurluq tarixçəsi haqqında qızı mətbuata danışıb. Onun dediyinə görə, gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb. Bundan başqa, Yuqoslaviya müharibəsi ilə bağlı daha bir romanı 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.

***

Deyilənə görə, hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulurmuş. Bir müddət sonra isə məlum olub ki, bu yazıçının oxucularından biridir.

Bir dəfə uşaqları ilə doğulduğu Vediyə gedib. 1986-cı ildə. Uşaqlara dağları göstərib və deyib: "Ölüb qalmaq istəyirəm burda". Və ondan sonra "Apardı sellər Saranı" mahnısını oxuyub.

***

1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə ürəyi dözə bilməyib və özündən gedib. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.

10. Onun ölümü də müəmmalı olub. Qızının dediyinə görə, atasını KQB öldürüb. Sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orda iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var".

Son.az 

Sizi qışın bezdirici xəstəliklərindən qoruyacaq vasitələr like
  • 16 Apr 17:40  
Digərləri Sizi qışın bezdirici xəstəliklərindən qoruyacaq vasitələr

Soyuq havalarda orqanizm zəifləyir, imminutet düşür. Bu isə xəstəliklər

arrow Ətraflı
İran Ermənistanı silahlandırmaqla səhv edir like
  • 16 Apr 17:31  
Dünya İran Ermənistanı silahlandırmaqla səhv edir

İran dəfələrlə Azərbaycan və Ermənistan arasında münaqişədə maraql�

arrow Ətraflı
Hər qadının qarderobunda bu alt paltarı olmalıdır like
  • 16 Apr 17:20  
Digərləri Hər qadının qarderobunda bu alt paltarı olmalıdır

Hər qadının dolabında bu büstqalter modellərindən mütləq olmalıdır. 

arrow Ətraflı
Türkiyədə şəhərin mərkəzində ayı göründü like
  • 16 Apr 17:11  
Dünya Türkiyədə şəhərin mərkəzində ayı göründü

Türkiyədə tuneldə qaçan ayı barədə video sosial şəbəkələrdə böyü

arrow Ətraflı
Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 56ya çatıb, 600dək insan yaralanıb like
  • 16 Apr 16:51  
Dünya Sudanda silahlı toqquşmalarda ölənlərin sayı 56ya çatıb, 600dək insan yaralanıb

Sudanda toqquşmalar nəticəsində ölənlərin sayı 56-ya çatıb.

arrow Ətraflı
Tənginəfəslik başınıza bəla ola bilər like
  • 16 Apr 16:40  
Digərləri Tənginəfəslik başınıza bəla ola bilər

Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. T�

arrow Ətraflı
Meyxanaçı Samirə: “İlhamə Quliyevadan icazəsiz müğənnilər efirə çıxa bilməzdi” like
  • 16 Apr 16:31  
Şou-biznes Meyxanaçı Samirə: “İlhamə Quliyevadan icazəsiz müğənnilər efirə çıxa bilməzdi”

"İlhamə xanım (mərhum Xalq artisti İlhamə Quliyeva - red.) göründü

arrow Ətraflı
Evdə hazırlaya biləcəyiniz saç yığımları like
  • 16 Apr 16:20  
Digərləri Evdə hazırlaya biləcəyiniz saç yığımları

Hər bir qadın saçlarının baxımlı və gözəl görünməsini istəyir. Bun

arrow Ətraflı
İrəvanda keçirilən yarışlarda Azərbaycan və Türkiyəyə qarşı like
  • 16 Apr 16:13  
Dünya İrəvanda keçirilən yarışlarda Azərbaycan və Türkiyəyə qarşı

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında ermənilər

arrow Ətraflı
Finala yaxın "Güzel günler"dən gedir like
  • 16 Apr 15:51  
Şou-biznes Finala yaxın "Güzel günler"dən gedir

"Show TV"de yayımlanan "Güzel günler" serialında növbə

arrow Ətraflı
2023cü ilin trend rəngi  Kobalt mavisi like
  • 16 Apr 15:20  
Digərləri 2023cü ilin trend rəngi Kobalt mavisi

Bu ilin ən dəbli rəngi açıqlanıb. 

arrow Ətraflı
Kənddə biabırçılıq: Məktəbli qızın başına oyun açdılar, like
  • 16 Apr 15:00  
Kriminal Kənddə biabırçılıq: Məktəbli qızın başına oyun açdılar,

Bərdə rayonunda 2005-ci il təvəllüdlü Vasif, 2005-ci il təvəllüdlü Ari

arrow Ətraflı
Türkiyəni tələyə salacaqlar, bu qanun rədd edilməlidir like
  • 16 Apr 14:51  
Dünya Türkiyəni tələyə salacaqlar, bu qanun rədd edilməlidir

"Mürəkkəb sarsıntılara beynəlxalq reaksiyanın gücləndirilməsi, f�

arrow Ətraflı
Generalpolkovnik Elçin Quliyev sirləri açdı like
  • 16 Apr 14:42  
Siyasət Generalpolkovnik Elçin Quliyev sirləri açdı

Hələ Sovet Azərbaycanının rəhbəri olarkən Ümummili Lider ölkənin inki

arrow Ətraflı
Uşaqlarınızı piylənmədən xilas edin like
  • 16 Apr 14:40  
Digərləri Uşaqlarınızı piylənmədən xilas edin

Kiçik yaşlarda qidalanma və hərəkətsizlik irəli yaşlarda piylənməyə v

arrow Ətraflı