"Buna görə Ermənistana sanksiyalar tətbiq edilməlidir"
Siyasət 15 Apr 2023 16:48:00 286 0
İrəvandakı beynəlxalq idman yarışında ermənilərin Azərbaycanın dövlət bayrağına qarşı vandal davranışı adi və sıradan bir hadisə deyil.Həmin şəxsin formal cinayət məsuliyyətinə cəlb olunması da Ermənistan dövlətinin və erməni cəmiyyətinin Azərbaycana qarşı dərin düşmənçilik hisslərini gizlədə bilməz.
Bu xəbəri də oxu: Bakının uğuru: bəşəriyyət üçün 300 milyard
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, ermənilərin Azərbaycan bayrağı ilə vandal davranışı onları yaxşı tanımayanlarda tam təsəvvür yaradır. Adi cansız bayrağa qarşı belə vəhşilik edən bir toplumun azərbaycanlı əsir, girovlarla necə rəftar etdiyini hər kəs yəqinləşdirə bilər.
"Erməni cəmiyyətinin və Ermənistanın azərbaycanfobiyası və türkfobiyası bir daha ifşa olundu. Hadisə bir daha Ermənistanın Azərbaycanla sülh içində yaşamağa hazır olmadığını göstərdi. Qəti təsdiqləndi ki, erməni cəmiyyətinə genetik revanş hissləri xasdır. Erməni cəmiyyətinin qisas niyətlərinin girovluğunda möhkəm pərçimləndiyinə artıq şübhə etmək olmaz .Ən mühüm nəticə budur ki, Ermənistan hakimiyyəti öz cəmiyyətini nəinki sülhə hazırlamır, əksinə revanş hisslərini alovlandırır", - deyə A.Quliyev əlavə edib.
A.Quliyev bildirib ki, Azərbaycan -Ermənistan normallaşmasına həqiqətən dəstək vermək istəyən dünya birliyi ermənilərin bayraq vandalizminin üstündən sakit keçməməlidirlər. Vasitəçilik etmək niyyətində olanlar bayraq vandalizminin adi idman tədbirində törədilməsinə xüsusi həssas olmalıdırlar. Xüsusən beynəlxalq bir yarışda rüsvayçı təşkilatçılığa görə Avropa Ağır Atletika Federasiyası Ermənistana sanksiyalar tətbiq etməldiir. Nəticə çıxarmaq çətin deyil ki adi idman tədbirində belə aqressiv olan ermənilər siyasi təmaslarda necə qeyri - konstruktiv olurlar.
"Azərbaycan idmançıları bayraq vandalizminə qarşı təsirli və unikal cavab verdilər. İdmançılarımızın etirazla Yerevanı tərk etməsi dövlətçilik tariximizdə siyasi və idman şərəfinin unikal vəhdət faktı kimi qalacaq", - deyə A.Quliyev əlavə edib.
Azərbaycanın varlığını bütün dünya qəbul etmək məcburiyyətindədir
"Xəstəlikdən danışmaq istəmirəm. Yaxşıyam. Həyat davam edir"
Son.az xəbər verir ki, aktrisa Zarina Qurbanova olay-ın suallarını cavablan
İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış
Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində 10 yaşlı oğlan 12 y
İrəvanda ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimind
Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyan İrəvanda ke�
Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbə
Müğənni Vüqar Muradov hərbi xidmətə getmədiyi halda İkinci Qarabağ mü
Beynəlxalq idman yarışında Azərbaycan bayrağına edilən hücum əsla qəb