“Xəyanətə görə ailə dağıtmaq olmaz” FOTO
Şou-biznes 14 Apr 2023 20:12:00 296 0
Son.az xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Nəzər Məmmədova Moderator.az-ın suallarını cavablandırıb. - Zülfiyyə xanım, uzun illərdir ki, Bakı Bələdiyyə Teatrında çalışırsınız. Bu teatra necə qəbul olunmusunuz?
Bu xəbəri də oxu: Azərbaycanlı aktyoru güllələyib öldürmüşdülər
- 16 ildən artıqdır ki, Bakı Bələdiyyə Teatrında aktyor vəzifəsində çalışıram. Teatra gəlişim elə Mədəniyyət və İncəsənət Universitetinə daxil olmağımla eyni sayılır. Çünki teatrımızın rəhbəri, əfsanəvi ustad sənətkarımız Amaliya xanım Pənahova kurs rəhbərim olub. Birinci kursdan onun icazəsi və istəyi ilə teatra qəbul olunmuşam. - Amaliya xanım kimi sənətkarın sevgisini necə qazandınız? - Amaliya xanıma Allah qəni-qəni rəhmət etsin. O hər zaman tələbələrinə dəstək olub. Mən də onun dəstəyini qazanmış tələbələrindən olmuşam. - Bakı Bələdiyyə Teatrını digər teatrlardan fərqləndirən əsas xüsusiyyət nədir? - Bizim teatr döyüşkən teatr adını daşıyır. Adından da bəllidir ki, kollektivimizdə hər zaman mehribanlıq, düzgünlük, haqq-ədalət hökm sürüb. - Gənc olsanız da kifayət qədər teatr təcrübəniz var. Siz sənətə gələndə nələr düşünürdünüz, indiki gənclər sənətə gələndə nələr düşünür? - Son illərdə serial sektoru bir balaca inkişaf etdiyindən, gənc nəsil daha çox seriallarda çəkilib, tanınmaq, bloggerlik etmək kimi xəyallarla sənətə gəlirlər. Mən isə 2000-ci illərin əvvəllərində sənətə gəldiyimdə bizim düşüncəmiz bir balaca fərqli idi. Biz daha çox yaradıcılığa meylli idik. - Əksər hallarda ustad sənətkarlar gənclərin çəkdiyi serialları, filmləri səviyyəsiz adlandırır. Bu sizcə doğrudur? - Heç bir zəhmətin məhsulunu səviyyəsiz adlandırmaq olmaz. Nəticədə insan əməyi var. Sadəcə yanaşma düzgün olmalıdır. Hər bir halda əgər bir gənc nə isə etmək istəyirsə, bu işdə ona kömək olmaq lazımdır. Rəqabət olmalıdır ki, inkişaf olsun. - Yeni çəkilən seriallarda sizin kimi istedadlı, təcrübəli aktrisanı niyə görmürük? - Son zamanlar reytinq qazanmış "Əqrəb mövsümü" serialında balaca da olsa təsirli bir obrazım var idi. - Deyirlər ki, seriallar da bir mafiyadır. O mafiyanın başında kim durur? - Deməzdim ki, mafiyadır. Çünki demək olar ki, illərlə gedən seriallarda Azərbaycan kino, teatr sahəsində olan bütün aktyorlar az-çox çəkilir. - Hansı obrazı oynamazsınız? Ümumiyyətlə gələn dəvətdən imtina etdiyiniz səhnə, rol olub? - Mənim çəkilmərəm deyib, imtina edəcəyim rol demək olar ki, yoxdur. Çünki yaradıcılıq baxımından komplekssiz adamam. - Açıq-saçıq obrazlara çəkilərsiniz? - Əgər gözəl ssenari, dünyəvi proyekt olsa əlbəttə ki, çəkilərəm. - Sizcə Rasim Ocaqov bu dövrdə yaşasaydı, "Təhminə" filmini öz aktrisamızla çəkə bilərdi? - "Təhminə" filmi öz dövrünün güclü filmlərindən biri sayılır. Məncə elə zamanında da öz aktrisalarımızdan istifadə etmək olardı. Amma indiki kriteriyalarla müqayisə etsək, "Təhminə" filmində elə də açıq-saçıq səhnələr yoxdur, məncə son illərdə daha açıq səhnələri olan filmlər çəkilib. - Hansı obrazın arzusundasınız? - Çox istərdim ki, tarixi filmlər, seriallar çəkilsin. Hər hansı bir güclü qadın obrazını oynamaq istəyirəm. - Hansı sənətkarımızla tərəf müqabili olmaq istərdiniz? - Azərbaycanın bütün güclü aktyorları ilə tərəf müqabili olmaq istərəm. - Bir müsahibə vermişdiniz ki, xəyanətə görə ailəmi dağıtmaram. İndi də bu fikirdəsiniz? - Hər zaman bu fikirdə qalacam. Zaman keçdikcə isə daha çox əmin oluram ki, xəyanətə görə ailəni dağıtmaq olmaz. - Bəs ailəni nəyə görə dağıtmaq olar? - Mənim fikrimcə ailə şiddət, ziyanlı vərdiş, xasiyyət uyğunsuzluğu olduqda dağıla bilər. - Sənət adamı ilə ailə həyatı qurarsınız? - İnsanlıq sənətə baxmır. - Bu aləmdən evlilik təklifləri almısınız? - Bəli, sənət yoldaşlarımdan da evlilik təklifi almışam. Yaxud da hər-hansı sənət yoldaşım öz oğlu üçün mənə evlilik təklifi edib. - Sizcə sevgidə yaş önəmlidir? - Sevgi yaşa baxmır. Sevgi iki insanın enerji mübadiləsidir, psixoloji bir bağlantıdır.
FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən biri olan və təşkilat�
Fevralın 6-da Türkiyədə baş verən ardıcıl zəlzələlər Azərbaycanı d
Rusiyanın paytaxtı Moskvada "Anormal" filminin çəkilişləri zaman
"Şəhid ailələrinin evində olmuşam, onlarla yaxından təmasda olmuşa
Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Duaların qəb
Bakıda yolu keçən xanım hamını təəccübləndirib.
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) blogerləri tənqid edib.
Rusiyada kişi imperator boa ilanını metroda "gəzintiyə" çıxarı
XX əsrin ilk illərindən dünya yeni müharibələr, rəngli inqilablar və ma
"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbristanlıq yaradılsın
Tərtər rayonunun Səhlabat kəndinin sakinləri qaza görə onlara əlavə bor
Bəzi insanlar doğru insanı tapmaqda çətinlik çəkir.
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının
Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etm
Bu ilin birinci rübündə yerli və dövlətlərarası axtarışda olan 1572 t�