Nazpəri Dostəliyeva: “Şəhid balalar üçün ağlayıram” VİDEO
Şou-biznes 14 Apr 2023 19:36:00 294 0
"Şəhid ailələrinin evində olmuşam, onlarla yaxından təmasda olmuşam. Onların acısını özümdən betər yaşamışam. Övladım dünyasını dəyişəndə sosial şəbəkədə yazdığım ilk sözlər: "Heç bir şəhid anasından artıq deyiləm". Onlar vətən, topaq üçün canından, qanından keçdilər. Torpaqları düşmən tapdağından azad etdilər. Bizə, gələcək nəsilə nə boyda xoşbəxtlik bəxş etdilər. Gözü yolda qalan, torpaq üçün həyatını yaşaya-yaşaya həsrət çəkən yaşlı insanlara sevinc bəxş etdilər. Buna görə çox zaman öz övladıma deyil, şəhid balalar üçün ağlayıram".
Bu xəbəri də oxu: "Güldür güldür"ün aktrisası Namiq Qaraçuxurlunun mahnısını oxudu VİDEO
Son.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.
Sənətçi bildirib ki, artıq bir neçə ildir ki, həm şəhidlərə həm də oğlu Əlinin vəfatına görə, bayramlar keçirmir:
"Polad Həşimovun anası ilə görüşəndə ona dedim ki, sizin dərdinizi bütün xalq paylaşır. Amma mən öz dərdimi içimdə, tək-tənha, yalnız bağa qaçıb, ağacların altında çəkirəm. Bunların hər ikisi çox çətindir. Amma şəhid anaları bilsinlər ki, biz heç zaman onları tək qoymadıq, onların yanında olduq. Onların dərdi bizim oldu. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı şəhidlərimizi görəndə evimdə bayram etmədim. Onda dünyasını dəyişən oğlum Əli sual verdi ki, ana sən niyə görə, şəkərbura, paxlava bişirmirsən?
Cavab verdim ki, bişirmərəm, bayram etmərəm. O, özü də bunu başa düşürdü, sadəcə əhvalımı qaldırmaq üçün belə sual verirdi. Hər il Novruz şirniyyatlarını evimdə özüm öz əllərimlə hazırlayırdım. O qədər dərindən və içdən yandım ki, hər zaman şəhid ailələrin yanında oldum. Və martın 22-si Novruz bayramında oğlum Əli heç nədən ürəktutmasından dünyasını dəyişdi".
Bir il əvvəl ürəktutmasından dünyasını dəyişən oğlundan söz açan N.Dostəliyeva onun son sözlərini dilə gətirib:
"Əli son nəfəsinin olduğunu bilirdi. Uzanmışdı, mən də onun yanında oturub, başını qucaqlamışdım. Bilirdi ki, dünyasını dəyişir. Deyirdi ki, ana sən güclü qadınsan. Sən səhnəyə çıxmalısan. Sevənlərinin gözünü yolda qoyma. O bilirdi mənim güclü olduğumu, amma mən yox. Sonra isə dedi ki, ana haqqını mənə halal elə. Başa düşmədim o, niyə belə deyir. Ürəyimin döyüntüsünü o an eşidirdim, sanki ürəyim az qala ağzıma gəlirdi. Gəldim bacım Zeynəbə sual verdim ki, Əli niyə belə şeylər danışır?
Artıq müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Duaların qəb
Bakıda yolu keçən xanım hamını təəccübləndirib.
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) blogerləri tənqid edib.
Rusiyada kişi imperator boa ilanını metroda "gəzintiyə" çıxarı
XX əsrin ilk illərindən dünya yeni müharibələr, rəngli inqilablar və ma
"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbristanlıq yaradılsın
Tərtər rayonunun Səhlabat kəndinin sakinləri qaza görə onlara əlavə bor
Bəzi insanlar doğru insanı tapmaqda çətinlik çəkir.
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının
Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etm
Bu ilin birinci rübündə yerli və dövlətlərarası axtarışda olan 1572 t�
Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danı�
"Call of Duty" divarlar, tavanlar və şəxsi əşyalar üçün ən da
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SH