Türkiyənin müstəqil xarici siyasəti və artan beynəlxalq nüfuzu
Siyasət 14 Apr 2023 18:36:00 353 0
XX əsrin ilk illərindən dünya yeni müharibələr, rəngli inqilablar və maliyyə böhranları ilə çalxalanmağa başlamışdı. Gərgin vəziyyət xüsusilə keçmiş sovet dövlətlərində və Yaxın Şərqdə müşahidə olunurdu. Dövlətlər xarici siyasətlərini elə incəliklə tərtib etməli idilər ki, təlatümlü proseslərdən yan keçməyi bacarsınlar.
Bu xəbəri də oxu: Litva Prezidenti İlham Əliyevə zəng edib
Son.az Trend-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Cümhuriyyəti son 20 il ərzində xarici siyasətində bu incəliklərə xüsusi diqqət yetirib. Müstəqil xarici siyasət yürüdən Rəcəb Tayyib Ərdoğan heç bir dünya liderinin diqtəsi ilə qərar verməyib, Türkiyənin hansısa ölkənin poliqonuna çevrilməsinə şərait yaratmayıb. Rəsmi Ankara dünyaya dəfələrlə nümayiş etdirib ki, xarici qüvvələrin diqtəsi ilə qərar vermir. Qərarların verilmə mərkəzi başqa ölkələrin paytaxtı deyil, Ankaradır.
Bu qətiyyət Türkiyəni dünyada təsiredici dövlətə, həlledici məqamlarda qərarverici gücə çevirib. Təbii ki, Türkiyənin müstəqil siyasəti münaqişəli bölgələrdə üz-üzə gələn qlobal güclərin diqqətini cəlb etməyə bilməzdi. Bu səbəbdən, artıq qlobal güclər Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin beynəlxalq problemlərdə vasitəçi dövlət kimi qəbul edir.
Türkiyə İsrail-Fələstin, Rusiya-Ukrayna, Suriya, Liviya münaqişələrinin, həmçinin keçmiş Qarabağ probleminin həllində əsas vasitəçilərdən biri olub. Rəsmi Ankara hazırda Cənubi Qafqazda, Orta Asiyada, Afrikanın Şimalında və xüsusilə Yaxın Şərqdə söz sahibidir. Məsələn, Ərdoğan xüsusilə şəxsi nüfuzundan istifadə edərək, Türkiyənin Ukrayna-Rusiya müharibəsində vasitəçilik rolunu artırıb.
Rusiya və Ukrayna liderlərinin Türkiyə Prezidentinə olan xüsusi ehtiramı sayəsində 2022-ci il İyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması sazişinin imzalanma mərasimi baş tutub. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak edib.
Türkiyənin səyləri ilə əldə olunan tarixi razılaşma nəticəsində dünyada taxil böhranının qarşısı alınıb. Həmçinin Türkiyə Rusiya-Ukrayna qarşıdurmasında sülhyaratma missiyasını da öz üzərinə götürüb. Ötən dövr ərzində dəfələrlə Ukrayna və Rusiyanın nümayəndələri Türkiyənin vasitəçiliyi ilə danışıqlar aparıblar, müəyyən razılıqlar əldə ediblər.
Bundan başqa, Türkiyə Rusiya-Ukrayna müharibəsi fonunda kəskinləşən Şərq-Qərb qarşıdurmasında öz müstəqil mövqeyini qoruyub saxlamağı bacarır. Rəsmi Ankara bu qarşıdurmada tərəf tutmamaqla, sülhpərvər manevrləri ilə təsir gücünü artırmaqdadır. Məsələn, Türkiyə NATO üzvü olsa da, Moskva ilə sıx əlaqələr qurur, birgə layihələr həyata keçirir, hərbi arsenalina Rusiya istehsalı silahlar daxil edir. Həmçinin Türkiyə Çin və İran kimi əks qütbdə yerləşən dövlətlərlə də siyasi-iqtisadi əlaqələrini genişləndirməkdədir.
Təbii ki, Türkiyənin müstəqil siyasət yürütməsinin kökündə ilk növbədə Prezident Rəsəb Tayyib Ərdoğanın peşəkar siyasətçi olması, həmçinin ölkənin iqtisadi qüdrəti dayanır.
"Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbristanlıq yaradılsın
Tərtər rayonunun Səhlabat kəndinin sakinləri qaza görə onlara əlavə bor
Bəzi insanlar doğru insanı tapmaqda çətinlik çəkir.
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 14-də Rusiya Federasiyasının
Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etm
Bu ilin birinci rübündə yerli və dövlətlərarası axtarışda olan 1572 t�
Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danı�
"Call of Duty" divarlar, tavanlar və şəxsi əşyalar üçün ən da
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SH
Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz atasının xəstəliyi
"Time" jurnalının ilin ən nüfuzlu 100 adamının siyahısını aç
Ali Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri - mətbuat ka
Başqa ölkədən satın alınmış sistemi sonradan bir qədər yeniləyərək
Bakıda stadionda kütləvi dava olub.