Erməni polisi əsgərimizi MTXyə təhvil verdi
Siyasət 14 Apr 2023 13:33:00 281 0
Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polis İdarəsindən (Daxili İşlər Nazirliyi) bildirilib.
Qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Son.az
"Hər kanal Qərbi Azərbaycanla bağlı eyni fakt və xəritələri göst�
Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq.
Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbayc
Aktrisa Pərvin Abıyeva yaxın dostu, rejissor Kənan Mahmudov barədə açıql
"Azəristiliktəchizat" ASC istehsal və əməliyyat səməriliyini ar
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik ed
Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin biri
2023-cü ilin mart ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gə
Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi pros
Azərbaycan Respublikası Audiovizual Şurasına üzvlər təyin edilib.
Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin "Türkiyədən s
Əməkdar artist Nigar Şabanova yas mərasiminə makiyajla gedən qadınları t
Gimnastikada əldə edilmiş uğurlar Birinci vitse-prezident, Federasiyanın pr