Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib


Siyasət 14 Apr 2023 12:59:00 265 0

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Son.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.

Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.

Əziz həmvətənlər!

Pasxa bayramı dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzidir. Bu əziz gün münasibətilə bir daha hər birinizə səadət, ailələrinizə xoş bayram ovqatı və firavanlıq arzulayıram.

Bayramınız mübarək olsun!"

Adil Kərimli mədəniyyət naziri təyin edildi like
  • 14 Apr 12:57  
Siyasət Adil Kərimli mədəniyyət naziri təyin edildi

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin biri

arrow Ətraflı
İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 45 faiz artıb like
  • 14 Apr 12:51  
Digərləri İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 45 faiz artıb

2023-cü ilin mart ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gə

arrow Ətraflı
Türkiyənin ilk yerli müşahidə peykinin kosmosa göndərilməsi yenidən təxirə salındı like
  • 14 Apr 12:47  
Dünya Türkiyənin ilk yerli müşahidə peykinin kosmosa göndərilməsi yenidən təxirə salındı

Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi pros

arrow Ətraflı
Mülayim şimal küləyi əsəcək like
  • 14 Apr 12:43  
Digərləri Mülayim şimal küləyi əsəcək

Aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Audiovizual Şuraya üzvlər təyin edildi like
  • 14 Apr 12:36  
Siyasət Audiovizual Şuraya üzvlər təyin edildi

Azərbaycan Respublikası Audiovizual Şurasına üzvlər təyin edilib.

arrow Ətraflı
Sabiq nazir like
  • 14 Apr 12:25  
Digərləri Sabiq nazir

Azərbaycanın sabiq daxili işlər naziri vəfat edib.

arrow Ətraflı
Bakıda Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb like
  • 14 Apr 12:14  
Kriminal Bakıda Devrim Erbilin “Türkiyədən sevgilərlə” adlı fərdi sərgisi açılıb

Heydər Əliyev Mərkəzində türk rəssam Devrim Erbilin "Türkiyədən s

arrow Ətraflı
"Görəsən, qadınlar yasa gedəndə niyə makiyaj edirlər?" like
  • 14 Apr 12:11  
Şou-biznes "Görəsən, qadınlar yasa gedəndə niyə makiyaj edirlər?"

Əməkdar artist Nigar Şabanova yas mərasiminə makiyajla gedən qadınları t

arrow Ətraflı
“Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır like
  • 14 Apr 12:07  
Digərləri “Nar” eşitmə məhdudiyyətli insanlar üçün yeni iş imkanları yaradır

Nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına xü

arrow Ətraflı
Bakı həmləsi Astananı Kremlin hədəfinə çevirir like
  • 14 Apr 11:49  
Siyasət Bakı həmləsi Astananı Kremlin hədəfinə çevirir

Rusiyanın Ukraynaya müdaxiləsi postsovet məkanına daxil olan ölkələrdə

arrow Ətraflı
Yeni kənd təsərrüfatı naziri kimdir? like
  • 14 Apr 11:44  
Siyasət Yeni kənd təsərrüfatı naziri kimdir?

Xəbər verdiyimiz kimi, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikas�

arrow Ətraflı
Bundan yalnız Rusiya qazanır like
  • 14 Apr 11:38  
Dünya Bundan yalnız Rusiya qazanır

ABŞ-ın məxfi sənədlərinin geniş miqyasda sızmasından yalnız Rusiya qaz

arrow Ətraflı
Prezident yeni kənd təsərrüfatı naziri təyin etdi like
  • 14 Apr 11:30  
Siyasət Prezident yeni kənd təsərrüfatı naziri təyin etdi

Prezident İlham Əliyev M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd t�

arrow Ətraflı