"Elə bilirdim ki, reklam fasiləsidir, sən demə efirdə danışır"
Şou-biznes 12 Apr 2023 20:24:00 278 0
"Teatrımızın keçmiş rəhbəri Akif müəllim çox ziyalı bir şəxsiyyətdir. O işinin peşəkarıdır. Başqa bir sahədə dövlətimizin göstərişi ilə işini davam etdirir. Teatrımıza təyin olunan xalq artisti Yusif Eyvazov da hədsiz dərəcədə alicənab, işini bilən, intelektual və əsl mədəniyyətə layiq bir şəxsdir. Onunla bir neçə dəfə görüşlərimiz də olub. Opera və Balet teatrında çox böyük irəliləyişlər gözlənilir. Dünən bizə bəzi planları açıqladı. Bu birbaşa operamızın dünyaya çıxışı deməkdir. İnanıram ki, hər şey daha da yaxşı olacaq".
Bu xəbəri də oxu: "Həmin an ağlamaqdan yerdən qalxa bilmədim"
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist İlkin Əhmədov deyib. Tanınmış xanəndə bu gün Space kanalında aparıcı Rövşanə Ağasəfqızının onun ünvanına işlətdiyi sözlərə münasibətini də bildirib.
"Ona heç kim ixtiyar verməyib ki, canlı efirdə elə sözlər danışsın. Olar elə danışmaq? Gecikməyim normal haldır, bu dəqiqə ölkəmizdə beynəlxalq yarışlara, forumlara hazırlıq gedir. Buna görə də bəzi yollarda sıxlıq olur. Bilərəkdən niyə gecikim ki? 20-25 dəqiqə gecikməyimi, qloballaşdırıb, efirdən, ona verilən səlahiyyətdən istifadə edib danışmağa heç kimin ixtiyarı yoxdur. Ona kim ixtiyar verib ki, mənim adımdan danışsın və desin ki, "İlkin xalqa hörmətsizlik edib". Bu ixtiyarı ona kim verib? Televiziyanın rəhbəri Vado Korovin yaxşı, mədəni insandır. Heç kim başından böyük danışa bilməz. Bu danışığına görə onunla başqa cür də danışa bilərəm, amma xanımdır. O danışanda elə bilirdim ki, reklam fasiləsidir. Sən demə bütün bunları efirdə danışır. Ümumiyyətlə televiziyalardan bu tipli insanları xaric etsinlər. Qalmaqal, olay yaradan, cılız mahnılar oxuyan müğənniləri efirlərə qoymasınlar. Bu mənim əlimdə olan məsələ deyil. Məsul şəxslər özləri ölçü götürməlidirlər. Efirlərdə bu cür nöqsanlara yol vermək olmaz. Efirləri izləməyə sözün düzü vaxtım olmur. Heç sosial şəbəkələrdən də istifadə etmirəm. Həm Beynəlxalq Muğam Mərkəzində, həm Opera və Balet teatrında, həm də ki, pedaqoji fəaliyyətlə məşğulam. Qalmaqalları, olayları izləməyə vaxtım olmur. O qədər efirlər olub ki, gecikmişəm, hörmətlə də qarşılayıblar. Hətta yarım saat da gecikmişəm, efirdə tamaşaçıdan üzr istəyib, mahnılarımı səsləndirməyə başlamışam" deyə xanəndə bildirib.
İlkin Əhmədov doğma yurdu Cəbrayıldan da danışıb.
Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda maraqlı hadisə baş verib.
Səudiyyə Ərəbistanının Məkkə şəhərinə güclü yağış yağıb.
Ötən gün Ermənistanın təxribat törətdiyi Laçın rayonunun Zabux kəndin
Kamçatkada (Rusiya) Şiveluç vulkanının son 60 ilin ən güclü püskürməs
"Qarabağ hadisələrindən əvvəl biz Şövkət xanım Ələkbərova ilə
İngiltərənin "Vest Hem" klubunun futbolçusu Maksvel Korne çətin
Şəhərin bir çox mağazalarında kitablar vətəndaşların zövqünü oxşas
Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
Çin planetlərin müdafiəsi vasitələrinin sınaqları çərçivəsində Amer
Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə d�
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal ra
İranın Ermənistanı silahlandırdığı gözlənilən idi. Ukraynaya qarşı
Milli Məclisin növbəti plenar iclası keçirilib.