İlham Əliyevin bəyanatı ABŞı "SİLKƏLƏDİ":
Siyasət 11 Apr 2023 12:15:00 352 0
May ayının ikinci yarısında İlham Əliyev və Nikol Paşinyan arasında Vaşinqtonda görüşün baş tutmaq ehtimalı ilə bağlı erməni mediasında yayılan məlumatlar Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqla Ermənistan başda olmaqla böyük güclərin də hesablaşmalı olduğunun növbəti təsdiqidir.
Bu xəbəri də oxu: Yakov Milatoviç Prezident İlham Əliyevə başsağlığı verib
Bu məlumatın dərhal ardınca Rusiya və erməni sosial şəbəkə seqmentində, eləcə də KİV-də sürətlə "Qarabağ erməniləri Rusiya sülhməramlıları vasitəsilə Azərbaycan hakimiyyətinə görüş keçirmək təklifi göndəriblər" sərlövhəli məlumatlar yayıldı. Bütün bunlar elə bu son bir saat ərzində baş verdi. Əslində ilk baxışdan bu iki xəbərin bir-biri ilə hər hansı bir əlaqəsinin olduğu inandırıcı görünməyə bilər. Lakin prosesləri bir az dərindən incələdikdə hər şey təfərrüatı ilə ortaya çıxmağa başlayır.
Bu məsələdə bir neçə məqam xüsusilə diqqət çəkir:
Erməni mediasına istinad etsək, burada ilk növbədə Vaşinqtonun sülh danışıqları istiqamətində gələn ayın ikinci rübündən etibarən Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməsi istəyi ortaya çıxan kimi dərhal Rusiyanın prosesə müdaxilə etmək cəhdi diqqətdən yayınmır. Bəli, məhz bu məlumat mediaya sızandan dərhal sonra Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Qarabağ erməniləri arasında görüş istəyi ortaya çıxdı.
Bu istək sıradan bir istək deyil. Nəzərə alsaq ki, bu zamana kimi son iki ay ərzində Azərbaycan erməni icmasını reinteqrasiya məsələlərini müzakirə etmək üçün Bakıya dəvət etsə də, hər dəfəsində separatçılar məsələyə müdaxilə edərək, müxtəlif bəhanələrlə bu təmasın baş tutumaması üçün əlindən gələni etdilər. Erməni separatçılar bundan imtina etməklə yanaşı, təklifə tərəfdar olan Qarabağdakı erməni icması üzvlərini təhdid etməyə də başladılar.
Lakin indi birdən-birə Vaşinqton variantı ortaya çıxan kimi Qarabağ ermənilərinin sülhməramlılar vasitəsilə Azərbaycana görüş üçün xəbər göndərməsi deməyə əsaslı şübhələr yaradır ki, məhz bundan əvvəlki görüşlərin baş tutmamasında elə Moskvanın əli olub. Nəzərə alsaq ki, həmin görüşlərdə danışıqlar prosesində rus sülhməramlı kontingentinin komandanlığının iştirakı əsas şərt kimi göstərilirdi, o zaman əlavə sözə ehtiyac qalmır.
Sadəcə, indi görünən odur ki, rəsmi Bakı elə bir siyasi manevrlər etməkdədir ki, Rusiya üçün bu görüşün Vaşinqtonda dövlət başçıları səviyyəsində planlaşdırılan təmasları qabaqlaması olduqca önəmlidir. Moskva üçün bu məsələ regionda nüfuzunu qoruyub saxlamaq adına həyatidir.
Bu məsələni Vaşinqton gündəliyində aktivləşdirən detal isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin ötən gün Qazaxıstan səfəri zamanı Ermənistanın və sülhə töhfə vermək istəyən vasitəçi dövlətlərin fəallığı ilə bağlı "Sülh addımları Azərbaycanın istədiyi səviyyədə getmir" fikrində dayanır.
İlham Əliyev bu ifadələrlə istər rəsmi İrəvana, İstərsə də onun havadarlarına və sülhün imzalanmasını istəyən dövlətlərə mesaj vermiş oldu ki, artıq 3 ilə yaxın bir müddətdir ki, Ermənistan tərəfi nə 10 noyabr üçtərəfli bəyanatına, nə Soçi görüşündə əldə olunan razılıqlara, nə də Brüssel və Praqa formatında razılaşdırılan məsələlərə əməl etmək niyyətindədir. Heç ona bu gün götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Bakıdan savayı təzyiq edən də yoxdur.
Ermənistan bu gün kənar müdaxilələr vasitəsilə də manipulyasiya cəhdlərini davam etdirir, nəticəsiz sülh danışıqlarının müddətini uzadır. Bu vəziyyət Bakını qəti qane etmir. Əgər sülh danışıqları dalana dirənirsə, o zaman biz İrəvanla eynilə 30 illik işğala, lüzumsuz danışıqlara, boş-boş vaxt itkisinə son qoyduğumuz dildə danışmaq məcburiyyətində qalacağıq.
Məhz dövlət başçısının Astana səfəri zamanı səsləndirdiyi "İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur" fikirləri belə görünür ki, beynəlxalq təsisatlara, ABŞ, Rusiya sülh formatına növbəti bir təkan oldu. Süni olaraq dondurulan danışıqlar Əliyevin bu bətyanatı ilə sözügedən qüvvələri məcburiyyət qarşısında qoydu ki, prosesi canlandırsınlar.
Rəsmi Bakı yeni dünya düzəninin sürətlə formalaşdığı bir zamanda proseslər yekunlaşmamış yarımçıq qalan məsələlərin həllində öz qəti mövqeyini ortaya qoymaqdadır. Ermənistan bu dönəmdə destruktiv mövqe nümayiş etdirmək əvəzinə Bakının 5 maddəlik sülh təklifinə məhsuldarlığı ilə seçilsə, dünyanın yeni risklərlə, çağırışlarla üz-üzə qaldığı bir zamanda regional təhlükəsizlik məsələsində önəmli bir addım atmaqla yanaşı, özünün də gələcək suverenliyini sığortalamış olacaq. Əksi yeni dünya düzəninin formalaşıb başa çatdığı bir vaxt bu adda bir dövlətin regionda mövcudiyyətini sual altında qoyacaq.
Təhməz Əsədov Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya v
Müğənni Gülay Zeynallı özü ilə bağlı yayılan söz-söhbətlərə ayd�
Yayılan xəbərlərə görə, "Hüseyniyyun" terror qruplaşması Az�
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il, 28 noyabr tarixli, 3623 nöm
"YAŞAT Fondunda vəsait çatışmır".
Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək.
Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması
10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi qələb
Xalq artisti Ənvər Sadıqov Brilliant Dadaşovanın ansamblından ayrılmasın
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili
Rusiya qoşunlarının hücumu səngiyir və tezliklə müdafiəyə keçəcəkl�
Azərbaycan Qazaxıstan üçün maraqlı ixrac istiqamətidir və son beş il ə
Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını