Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb
Kriminal 11 Apr 2023 11:07:00 334 0
Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını alıblar.
Bu xəbəri də oxu: Şamaxıda bir ailənin üç üzvü dəm qazından zəhərləndi
Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tibb xidmət rəisi kimi çalışan leytenant Əlyar Muradov (şərti soyad) dostu vasitəsilə tanış olduğu Toğrul Məmmədov tərəfindən aldadılıb. Ə.Muradov pulu verdikdən sonra ordudan tərxis edilmədiyi üçün T.Məmmədov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb.
Toğrul Məmmədov məhkəmədə bildirib ki, 1992-2000-ci illərdə Tərtər və Füzulidə hərbçi kimi xidmət aparıb: "Qarabağ əliliyəm. 2022-ci ildə bir tanışım bir nəfər hərbi həkimin ailə vəziyyəti ilə əlaqədar xidmət edə bilmədiyi üçün ordudan tərxis olunmaq istədiyini dedi. Ona kömək edəcək adam axtardığını bildirdi. Ordudan tərxis olunmanın qaydalarını bildiyim üçün ona kömək edə biləcəyimi dedim.
Həmin adamla görüşüb danışdıq. Əlyar dedi ki, kömək etsəm, hörmətimi edəcək. Həmin vaxt maddi sıxıntılarım olduğu üçün Əlyardan pulu almaq qərarına gəldim. "Şərəf məhkəməsi" yolu ilə ordudan tərxis olunmasını təşkil edəcəyimi dedim. İki dəfəyə 10 000 manat pul aldım. Bir müddət sonra Əlyar tərxis olunmağını tövsiyə edən qərar verildiyini bildirdi. Bir ay sonra zəng edib qərardan imtina edildiyini dedi. Pulu qaytarmağımı istədi. Mən də pulu xərclədiyim üçün həmin vaxt yox, bir müddət sonra hissə-hissə qaytardım".
Əlyar Muradov da məhkəmədə ziyanın tam ödənildiyini təsdiq edib. Təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirib. Nərimanov Rayon Məhkəməsi bunu yüngülləşdirici hal kimi nəzərə alaraq həbslə bağlı olmayan hökm çıxarıb. T.Muradova 3 il 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.
Prezident İlham Əliyevin Qazaxıstana səfəri və müzakirə olunan məsələ
Avstraliyanın qərbinə təsir edəcəyi gözlənilən və sürətinin saatda 2
Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yolun hərəkət hissəsində dayanan
Əməkdar artist Nigar Şabanova rayon toylarından aldığı qonorarın məblə
Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula
Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi pros
Qərb mediası son vaxtlar İranın təxribatçı, bölgədə gərginliyi artır
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qa
"Aile" serialı ilə gündəmdən düşməyən aktyor Kıvanç Tatlıt
Hər gün qara çay içməyin orqanizm üçün təsirləri açıqlanıb.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu