Bir qrup Qərbi azərbaycanlı qadın Ursula fon der Layenə məktub yazdı


Siyasət 11 Apr 2023 10:14:00 279 0

Bir qrup Qərbi azərbaycanlı qadın Ursula fon der Layenə məktub yazdı

Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula fon der Layenə müraciət edərək, Ermənistanın törətdiyi etnik təmizləmə və digər insanlıq əleyhinə cinayətlər barədə məlumat vermiş və qadın və uşaqların xüsusi ehtiyacları nəzərə alınmaqla, azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına Avropa Komissiyasının praktik yardımlarını xahiş etmişdir.

Qurumdan Son.az-a verilnə məlumata görə, Qərbi Azərbaycandan olan ziyalı qadınlar və gənc tələbə qızların imzaladığı müraciətdə aşağıdakılar bildirilir:

"Ermənistandan qovulmuş azərbaycanlı qadın və qızlar adından bu məktubu Sizə yazaraq davam edən iztirablarımızı diqqətinizə çatdırmaq istərdik. 1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasının məramı Ermənistanda öz evlərini tərk etməyə məcbur olmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək məqsədi daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi total etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, icmamıza dağıdıcı təsir göstərmiş və xüsusən qadınlar və qızlarımızı böyük əzablara düçar etmişdir.

Qeyd etmək istərdik ki, Qərbi Azərbaycan İcması BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq qadınlar, sülh və təhlükəsizlik gündəliyinə xüsusi önəm verir. Təşkilatımızın hazırladığı Qayıdış Konsepsiyasında qadınlar, uşaqlar və sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin maraqları əsas prioritet hesab edilir və bu sahədə beynəlxalq səviyyədə qəbul edilmiş mütərəqqi yanaşma və standartların, o cümlədən qadınlar, sülh və təhlükəsizlik gündəliyinin qayıdış prosesində mərkəzi rol oynaması nəzərdə tutulur.

Biz əminik ki, qadınların rolunun artırılması dinc və sabit cəmiyyət yaratmaq üçün vacibdir və biz bu gündəliyi təşviq etməyə sadiqik. Müvafiq olaraq, repatriasiya və reinteqrasiya prosesinin davamlı və effektiv olmasını təmin etmək üçün qadınların bu prosesdə fəal iştirakını nəzərdə tuturuq.

Biz həmçinin vurğulamalıyıq ki, Ermənistan təkcə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməklə kifayətlənməmiş, həm də Ermənistandakı Azərbaycan mədəni irsini sistemli şəkildə məhv etmişdir. Mədəni və dini abidələrin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirablar gətirməklə yanaşı, beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozur. Bundan əlavə, son otuz il ərazində Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib, hərçənd belə səfərlər sülh və barışıq üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır.

Bildiyiniz kimi, təşkilatımızın məramları barədə məlumatlılığı artırmaq və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün səylərimizə siyasi dəstək əldə etmək üçün az öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub yazmışıq. Fürsətdən istifadə edərək, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılmasında Aİ-nin vasitəçi rolunu müsbət müstəvidə qeyd etmək istərdik. Hesab edirik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması, reabilitasiyası və reinteqrasiyası məsələsi bu diplomatik səylərin mərkəzində olmalıdır.

Sözsüz ki, geri qaytarma prosesi beynəlxalq ictimaiyyətdən həm də əsaslı praktiki dəstək tələb edəcək. Biz Avropa Komissiyasının ümumilikdə qayıdışımız üçün və ələlxüsus azərbaycanlı qadın və qızların Ermənistana repatriasiyası, reabilitasiyası və reinteqrasiyası zamanı xüsusi ehtiyaclarının ödənilməsinə xidmət edən proqramların işlənib hazırlanması və həyata keçirilməsi üçün müvafiq praktiki yardımını yüksək qiymətləndirərdik.

Nəhayət, bir qadın və ana kimi Sizin şəxsi dəstəyinizə və Ermənistanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində əziyyət çəkən azərbaycanlı qadın və qızların iztirablı vəziyyətinə anlayış göstərməyinizə bel bağlayırıq.

İnanırıq ki, biz qovulmuş azərbaycanlıların, xüsusən də qadın və qızların təhlükəsiz və ləyaqətlə geri qayıtmalarını təmin etmək və bununla da onların parlaq gələcəyini təmin etmək üçün Sizin dəstəyinizlə uğurla çalışa biləcəyik".

Türkiyənin ilk müşahidə peykinin kosmosa göndərilməsi təxirə salınıb like
  • 11 Apr 10:12  
Dünya Türkiyənin ilk müşahidə peykinin kosmosa göndərilməsi təxirə salınıb

Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi pros

arrow Ətraflı
İran Azərbaycana müdaxilə edə bilərmi? like
  • 11 Apr 10:10  
Digərləri İran Azərbaycana müdaxilə edə bilərmi?

Qərb mediası son vaxtlar İranın təxribatçı, bölgədə gərginliyi artır

arrow Ətraflı
Bakıda mənzildə partlayış: like
  • 11 Apr 10:05  
Digərləri Bakıda mənzildə partlayış:

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qa

arrow Ətraflı
Xanımının estetiksiz halı təəccübləndirdi like
  • 11 Apr 09:59  
Şou-biznes Xanımının estetiksiz halı təəccübləndirdi

"Aile" serialı ilə gündəmdən düşməyən aktyor Kıvanç Tatlıt

arrow Ətraflı
Mask “Twitter”in adını dəyişdi like
  • 11 Apr 09:28  
Dünya Mask “Twitter”in adını dəyişdi

İlon Mask növbəti addımı ilə yenidən səs-küyə səbəb olub.

arrow Ətraflı
Hər gün qara çay içsəniz, orqanizmdə nə baş verər? like
  • 11 Apr 08:59  
Digərləri Hər gün qara çay içsəniz, orqanizmdə nə baş verər?

Hər gün qara çay içməyin orqanizm üçün təsirləri açıqlanıb. 

arrow Ətraflı
Balakəndə “Kalaşnikov” avtomatı gəzdirən və narkotik gizlədən şəxslər like
  • 11 Apr 08:56  
Kriminal Balakəndə “Kalaşnikov” avtomatı gəzdirən və narkotik gizlədən şəxslər

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu

arrow Ətraflı
Bu otun çiçəyinin mürəbbəsi min dərdə dərmandır like
  • 11 Apr 08:26  
Digərləri Bu otun çiçəyinin mürəbbəsi min dərdə dərmandır

Zəncirotu (oduvançik) bitkisinin çiçəklərindən mürəbbə bişirildiyini

arrow Ətraflı
"İstəyirəm desinlər ki, yatdı və səhər durmadı" like
  • 11 Apr 08:17  
Şou-biznes "İstəyirəm desinlər ki, yatdı və səhər durmadı"

Müğənni Nadir Qafarzadə fobiyasından danışıb.

arrow Ətraflı
Qandakı şəkəri aşağı salan 5 əsas qida like
  • 11 Apr 08:08  
Digərləri Qandakı şəkəri aşağı salan 5 əsas qida

Mütəxəssislər diabetin inkişafının qarşısını alan beş məhsulun adı

arrow Ətraflı
İrandan Azərbaycana gələnlərin sayı azaldı like
  • 11 Apr 08:03  
Digərləri İrandan Azərbaycana gələnlərin sayı azaldı

Ötən ay Azərbaycana 136 505 nəfər gəlib.

arrow Ətraflı
Tanınmış aktrisa faciəvi şəkildə öldü like
  • 11 Apr 07:57  
Şou-biznes Tanınmış aktrisa faciəvi şəkildə öldü

Rusiyanın teatr və kino aktrisası, dublyaj ustası Yelena Şulman faciəvi ş

arrow Ətraflı
Yaşlı insanlarda südün vacib rolu like
  • 11 Apr 07:53  
Digərləri Yaşlı insanlarda südün vacib rolu

Süd zülal və kalsium mənbəyi olduğu üçün yaşlı insanların qida rasio

arrow Ətraflı
Fransanın Baş naziri ölkədəki vəziyyətə görə Kanadaya səfərini təxirə salıb like
  • 11 Apr 07:47  
Dünya Fransanın Baş naziri ölkədəki vəziyyətə görə Kanadaya səfərini təxirə salıb

Fransanın Baş naziri Elizabet Born pensiya islahatı ətrafında yaranmış v�

arrow Ətraflı