Bir sıra kanallara xəbərdarlıq edildi
Digərləri 11 Apr 2023 11:28:00 327 0
10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda "Media haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq audiovizual media fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Şuraya daxil olan müraciətlər müzakirə olunub.
Bu xəbəri də oxu: Yeni ildən bu sahələrdə əmək haqqlarında artım olacaq
Müzakirələrin yekunu olaraq "Kaspian Telekom" MMC-nin "Ailə TV" universal platforma operatorunun paketlərində abunəçilərə təqdim olunan "Ailə Cinema" sifarişli yayım xidmətinə görə, habelə həmin paketlərdə yayımı həyata keçirilən "Ailə Kinozal" film-kino janrlı televiziya kanalına görə "Kaspian Telekom" MMC-yə müvafiq olaraq sifarişli yayım xidməti provayderi (xidmətin adı "Ailə Cinema" olmaqla) və peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı "Ailə Kinozal" olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunub.
Bundan başqa, "Konnekt" QSC-nin müvafiq müraciətləri əsasında "Connect TV" universal platforma operatorunun paketlərində yayımı həyata keçirilən "CTVHD", "CTVHD1" və "CTVHD2" film-kino janrlı televiziya kanallarına görə "Konnekt" QSC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyalarının adları "CTVHD", "CTVHD1" və "CTVHD2" olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunmuşdur.
İclas zamanı, həmçinin, operatorluq fəaliyyətinin (xarici televiziya kanallarının retranslyasiyası üzrə) həyata keçirilməsi üçün Şuraya daxil olan müraciətlərə də baxılmışdır. Müzakirələrdən sonra "Boss Group" MMC-yə (xidmətin adı "Boss Group"), "Gamma Sky-Net" MMC-yə (xidmətin adı "Gamma TV"), "TVNet Telecom" MMC-yə (xidmətin adı "TVNet") və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Bayramov Orxan Akif oğluna (xidmətin adı "Xan TV") universal platforma operatoru lisenziyalarının verilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.
İclasda audiovizual yayım fəaliyyətinin həyata keçirilmədiyi təsbit olunmuş fakta və ya lisenziya sahibinin Şuraya ünvanladığı rəsmi ərizəyə əsasən "Caspium Group" MMC-yə, "Media Art" şirkətinə və "Metronet" MMC-yə verilmiş lisenziyaların ləğv edilməsi haqqında qərarlar qəbul olunmuşdur.
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi qələb
Xalq artisti Ənvər Sadıqov Brilliant Dadaşovanın ansamblından ayrılmasın
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili
Rusiya qoşunlarının hücumu səngiyir və tezliklə müdafiəyə keçəcəkl�
Azərbaycan Qazaxıstan üçün maraqlı ixrac istiqamətidir və son beş il ə
Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını
Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.
Prezident İlham Əliyevin Qazaxıstana səfəri və müzakirə olunan məsələ
Avstraliyanın qərbinə təsir edəcəyi gözlənilən və sürətinin saatda 2
Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yolun hərəkət hissəsində dayanan
Əməkdar artist Nigar Şabanova rayon toylarından aldığı qonorarın məblə
Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula
Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi pros