30 illik işğal dövründə düşmən Qarabağda total ekosid törədib
Siyasət 11 Apr 2023 12:26:00 375 0
30 illik işğal dövründə düşmən Qarabağda çox böyük vandalizm aktları həyata keçirib.
Bu xəbəri də oxu: Ceyhun Bayramov rusiyalı həmkarı ilə təyyarə qəzasını müzakirə edib
Bu barədə Trend-ə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, işğal dövründə Azərbaycanın doqquz şəhəri yerlə-yeksan edilib, 50 min hektardan çox meşə fondu qırılıb və total ekosid törədilib.
"Təbiətimizə dəyən bu zərəri uzun illər bərpa etməli olacağıq. Bu istiqamətdə də məqsədyönlü iş gedir. Bu gün Ağdam Sənaye Parkının yanında ümumi ağacəkmə və yaşıllaşdırma tədbirini həyata keçirdik. Bir hektarı əhatə edən ərazidə 500 iynəyarpaqlı ağac əkildi. Ümid edirəm ki, Qarabağ, Ağdam şəhəri "yaşıl şəhər" kimi bərpa olunacaq", - deyə E.Hüseynov əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Ağdam könüllülərinin iştirakı ilə Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.
Quba Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru A
İranın əsas hədəfi Ermənistanı Azərbaycanla nəzərdə tutulan sülh dan
May ayının ikinci yarısında İlham Əliyev və Nikol Paşinyan arasında Va�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya v
Müğənni Gülay Zeynallı özü ilə bağlı yayılan söz-söhbətlərə ayd�
Yayılan xəbərlərə görə, "Hüseyniyyun" terror qruplaşması Az�
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il, 28 noyabr tarixli, 3623 nöm
"YAŞAT Fondunda vəsait çatışmır".
Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək.
Bir neçə gün əvvəl tanınmış ruhani Hacı Əli Behiştinin saxlanılması
10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi qələb
Xalq artisti Ənvər Sadıqov Brilliant Dadaşovanın ansamblından ayrılmasın
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili
Rusiya qoşunlarının hücumu səngiyir və tezliklə müdafiəyə keçəcəkl�