Bakıya qarşı daha TƏHLÜKƏLİ OYUN İran Azərbaycanı onların əli ilə


Siyasət 09 Apr 2023 23:38:00 305 0

Bakıya qarşı daha TƏHLÜKƏLİ OYUN  İran Azərbaycanı onların əli ilə

İran molla-fars rejimi Azərbaycana qarşı bütün məkirli planları sınaqdan keçirməkdə israrlıdır. Ermənistan üzərində 44 günlük tarixi zəfərdən olduqca sarsıldıqlarını heç cürə gizlədə bilməyən molla rejimi bunun qisasını Bakıdan çıxmaq üçün müxtəlif bəhanələr axtarışını davam etdirir. Azərbaycanın Vətən müharibəsi ilə regionda yaratdığı yeni geosiyasi və geoiqtisadi vəziyyət rəsmi Tehran tərəfindən həzm ediləcək kimi görünmür. Elə bunun nəticəsidir ki, İran rejimi Zəngəzur dəhlizinə ən böyük maneə olaraq qalmaqdadır. 

Öncə sərhəddimiz boyunca irimiqyaslı hərbi təlimlər keçirən İran tərəfi, bu cəhdlərinin Bakını qorxutmaq üçün yetərli olmadığını görüncə işi daha praktiki tərəfə çevirməyə başladı. Tehranda səfirlik binamıza edilən terror hücumu, ardınca Fazil Mustafaya qarşı sui-qəsdlər Azərbaycan dövlətinə açılan atəş idi. 

Lakin bununla da Azərbaycanı tutduğu yoldan döndərməyin mümkünsüz olacağını görən molla rejimi prosesləri beynəlxalq müstəviyə daşıyıb Bakını cəzalandırmaq üçün əsassız iddialar, yersiz bəhanələrlə Azərbaycanı İslam dünyası ilə üz-üzə qoymaq yolunu da bir sınaqdan keçirmək qərarına gəldi. 

İran bu dəfə Fələstinə görə İslam Əməkdaşlıq Təşkilatının təcili iclasının keçirilməsi çağırışını etdi. Səbəb gün kimi aydındır:  İstisna deyil ki, İran tərəfi bundan istifadə edərək, Azərbaycanın İsraildə səfirlik açması məsələsini də İƏT-in gündəminə gətirmək niyyətindədir.

İran parlamentinin aprelin 5-də qəbul etdiyi qərarda Azərbaycanın İsraildə səfirlik açması pislənildi, bunun mənfi siyasi nəticələrinin olacağı ilə hədələdilər. Və "Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İƏT, İslam Məclislərarası Katibliyindən bunu qınamalarını" xahiş etmələri, eləcə də "İran Xarici İşlər Nazirliyinin bütün İslam ölkələrinə bəyanat göndərərək, lazımi diplomatik tədbirləri görəcəyi" Tehranın Bakının İslam aləminə şikayət etməyə hazırlaşdığına şübhə yeri qoymur.

İran İslam Əməkdaşlıq Təşkilatını (İƏT) fövqəladə iclas keçirməyə çağırmaq, İran parlamentinin İƏT-i və müsəlman dünyasını Azərbaycana qarşı çıxış etməyə səsləməsi, məsələnin artıq hansısa siyasətçilər tərəfindən deyil məhz parlament institutu tərəfindən qabardılması olduqca ciddi hadisədir.

Ancaq nədənsə bu zamana kimi İran Ermənistanın İsraildə səfirliyinin fəaliyyət göstərməsinə görə İrəvana heç göz də ağartmayıb. Ancaq bu gün Tehran rejimi üç il öncə - 2020-ci ilin 19 sentyabrında İsraildə səfirlik açan Ermənistanla qardaşlıq edir. Təzadlı məqam isə ondan ibarətdir ki, 30 il məhz İrana görə bu addımı atmayan Azərbaycanın bir həftə öncə səfirlik açmasını "müsəlman düşmənçiliyi" adlandırır. Təbii ki, İranın bu addımları sadəcə bəhanədir. 

İranın bu məslədə də əsassız iddialar irəli sürür. İsraillə münasibət qurmaq necə və hansı şəkildə İslam əməkdaşlıq Təşkilatına və müsəlman dünyasına qarşı çıxış ola bilər ki, elə həmin müsəlman dünyasının üzvləri olan Türkiyənin və Misirin İsraildə səfirlikləri var. Son illərdə hətta Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt və s. dövlətlər də müxtəlif şəkildə İsraildə səfirliklər, nümayəndəliklər açdılar, ən azından diplomatik münasibətləri bərpa etdilər və yaxud gizli də olsa tərəflər arasında görüşlər keçirilməyə başladı.Hətta bu gün Misir öz təhlükəsizlik arxitekturasını belə İsraillə müəyyənləşdirir, İsraillə birlikdə həyata keçirir. 

Belə olan halda Bakının İsraildə nümayəndəlik açmasını necə İslam Dünyasına dümənçilik kimi təqdim etmək olar? Məgər bütün bu "günahlar", İranın "anti-islam" hesab etdiyi söözügedən siyasi proseslər Azərbaycanamı qalmışdı? Bəs, Azərbaycan toqpaqlarının 30 illik işğalı zamanı erməni tapdağı altında olmuş 67 məscidimizdən 65-nin dağıdılaraq heyvanların saxlanc təyinatı kimi istifadəsi İslama təhqir, aşağılamaq deyilmidi ki, molla rejimi nəyinki o müddət ərzində, hətta müharibənin üzə çıxardığı bu həqiqətlərin bütün dünyada öyrənilməsindən sonra da Ermənistandan hesab sormaq, inancını, dinini təhqir etdiyi üçün ona təzyiq göstərmək barədə bir dəfə də olsun düşünmədi?!

İran və Azərbaycan xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Ceyhun Bayramov iki gün dalbadal - 7 və 8 aprel tarixlərində telefon danışıqları təəccübləndirmir, nə də ciddi bir müsbət nəticə vəd etmir. Çünki iki ölkə faktiki müharibənin astanasındadır. Bu nə Azərbaycanın, nə də İranın maraqlarına cavab verir. Lakin bu günə kimi Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumatların verilməməsi,  deputat Fazil Mustafaya hücum edən terrorçulara əmrin İrandan verildiyi iddialarının durmadan artması, dövlətlər arasında münasibətlərin düzələcəyi kimi görünmür. Eyni zamanda onu da qeyd edim ki, İranın sərhəddə qoşun birlikləri toplamasından və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülərin yayılmasına qədər məsələlər danışıqların sonrakı mərhələsinə ciddi zərbədir.

Bu telefon danışığı zaman Ceyhun Bayramov İsraildə səfirlik açmağımıza qarşı çıxan İrana Azərbaycanın müstəqil xarici siyasətinə hörmətlə yanaşılmasının vacibliyini deyib. Lakin Tehranın regional siyasəti molla rejiminin mövcud siyasətindən əl çəkəcəyi ilə bağlı gözləntini zəiflədir. Çünki bundan əvvəllər də tərəflər bir neçə dəfə münasibətlərin normallaşması ilə bağlı razılıq əldə etsə də, İran siyasətini terror mərhələsinə qədər aparıb çıxardı.

Nəzərə alsaq ki, İranda qərarları xüsusilə son zamanlar bu ölkənin Xarici İşlər Nazirliyi yox, Azərbaycanla bağlı qərarları güc strukturları - İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər, güman etmək olar ki, Tehranda mövcud rejimin, xüsusilə SEPAH-ın təsirinin artması fonunda Azərbaycana qarşı izlədikləri siyasi xətti davam etdirəcəyi gözləntisi daha çoxdur. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların papaqlarını qarşılarına qoyub yaxşı düşünməsinə ehtiyac var. Əks təqdirdə eskalasiya hər ötən gün daha da qaçılmaz kimi görünür. 

Təhməz Əsədov Son.az

Bakıda gənc oğlan döyülərək bıçaqlanıb like
  • 09 Apr 23:33  
Kriminal Bakıda gənc oğlan döyülərək bıçaqlanıb

Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

arrow Ətraflı
Qriqoryan İranda Şamxani ilə görüşdü like
  • 09 Apr 23:27  
Dünya Qriqoryan İranda Şamxani ilə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali T�

arrow Ətraflı
Ömrü uzatmaq üçün like
  • 09 Apr 23:22  
Digərləri Ömrü uzatmaq üçün

Uzunömürlülüyü artırmağın yeni yolu tapılıb. 

arrow Ətraflı
Bakıda arxaarxaya maşın sürən tələbə like
  • 09 Apr 23:11  
Digərləri Bakıda arxaarxaya maşın sürən tələbə

Bakıda yolun əks istiqamətində maşın sürən 20 yaşlı tələbə saxlanı

arrow Ətraflı
Bu formada çəkinizə nəzarət edə bilərsiniz like
  • 09 Apr 23:06  
Digərləri Bu formada çəkinizə nəzarət edə bilərsiniz

Otlar və bitki çayları ilə maddələr mübadiləsini sürətləndirərək ar

arrow Ətraflı
İran "Meraj532"i sınaqdan keçirdi like
  • 09 Apr 23:02  
Dünya İran "Meraj532"i sınaqdan keçirdi

SEPAH 50 kiloqramlıq döyüş başlığı ilə təchiz edilmiş yüksək dəqiq

arrow Ətraflı
Polad Bülbüloğlu oğlunu belə izlədi  FOTO like
  • 09 Apr 22:57  
Kriminal Polad Bülbüloğlu oğlunu belə izlədi FOTO

Xalq artisti Polad Bülbüloğlunun oğlu Murtuza Bülbül Azərbaycan Dövlət

arrow Ətraflı
Telefon işığı dərimizi necə məhv edir? like
  • 09 Apr 22:52  
Digərləri Telefon işığı dərimizi necə məhv edir?

Erkən qocalmanın səbəbi genetik və ya ətraf mühitin təsiri ola bilər. B

arrow Ətraflı
İran hökuməti məmurları nəzarətə götürür: like
  • 09 Apr 22:47  
Dünya İran hökuməti məmurları nəzarətə götürür:

İran hökuməti məmurları nəzarətə götürür.

arrow Ətraflı
Meksikada təyyarə qəzası: like
  • 09 Apr 22:43  
Dünya Meksikada təyyarə qəzası:

Meksikanın Mazatlan şəhərində kiçik həcmli təyyarə dənizə düşüb, �

arrow Ətraflı
Pentaqon rəhbərindən like
  • 09 Apr 22:38  
Dünya Pentaqon rəhbərindən

Pentaqon rəhbəri Llyod Ostin ABŞ Hərbi Hava Qüvvələrinin pilotlarına Kr�

arrow Ətraflı
Ağciyərləri təmizləməyə kömək edən ərzaqlar like
  • 09 Apr 22:34  
Digərləri Ağciyərləri təmizləməyə kömək edən ərzaqlar

Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər, eləcə də karotinoidl�

arrow Ətraflı
Bakıda avtobus piyadanı vurub like
  • 09 Apr 22:28  
Digərləri Bakıda avtobus piyadanı vurub

Bakının Suraxanı rayonunda 51 yaşlı kişini avtobus vurub.

arrow Ətraflı
Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” xidmətə başlayır like
  • 09 Apr 22:22  
Dünya Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” xidmətə başlayır

Dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hər

arrow Ətraflı
Ağrıkəsicilərin orqanizmə bilmədiyiniz ZƏRƏRLƏRİ like
  • 09 Apr 22:18  
Digərləri Ağrıkəsicilərin orqanizmə bilmədiyiniz ZƏRƏRLƏRİ

Müəyyən ağrılar zamanı dərman qəbulu geniş yayılıb. Təbii ki, ağrı

arrow Ətraflı