İranda hicabsız qadınları müəyyənləşdirmək üçün kameralar quraşdırılır
Digərləri 09 Apr 2023 09:24:00 598 0
İran rəhbərliyi ictimai yerlərdə və küçələrdə hicaba nəzarət etmək üçün videokameralar quraşdırmağa başlayıb.
Bu xəbəri də oxu: Türkiyədə də "TikTok"erlər saxlanıldı
Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Qurum qeyd edib ki, bu tədbir "hicab qanununa qarşı müqaviməti qabaqlamaq" məqsədi daşıyır. Polis hicabsız gəzən və ya səhv taxan qadınları müəyyənləşdirəcək. Müəyyən edildikdən sonra pozucular "fəsadlar barədə xəbərdarlıq edən mətn mesajları" alacaqlar.
Xatırladaq ki, ötən il sentyabrın 14-də Məhsa Əmini yanlış taxılmış hicaba görə əxlaq polisi tərəfindən saxlanılıb. Dindirildikdən sonra o, xəstəxanaya aparılıb və orada komaya düşüb. Sentyabrın 16-da Əmini 22 yaşında vəfat edib. Rəsmilər qızın ölüm səbəbinin infarkt olduğunu bildirib. Lakin onun yaxınları dindirmə zamanı onun vəhşicəsinə döyüldüyünü iddia edir.
Hadisədən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. İğtişaşlar zamanı ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 200 nəfər həlak olub. Müstəqil QHT-lərin məlumatına görə, ölənlərin sayı 500-dən çoxdur. Dekabrın 4-də İran rəhbərliyi əxlaq polisini ləğv edib.
Səudiyyə Ərəbistanında təzə bəy toy gecəsi telefonla mesajlaşan gəlin
Dünya üzrə ən çox izlənilən və ən çox gəlir gətirən filmin adı mə
Müğənni və teleaparıcı Olqa Buzova reper Motla "Heat Music Awards&quo
Ukrayna rəhbərliyi yazda əks-hücum əməliyyatı üçün çağırışçılar
"Televiziya böyük təbliğat maşınıdır. Bu hər zaman belə olub. Ola
Bu günlərdə evlərimizə "Camdakı kız" serialı ilə qonaq olan g
NASA Marsın interaktiv xəritəsini istifadəyə verib.
Mançesterli Rey Houton əsgərlikdə olarkən bütün bədəninə döymə vurma
Düz deyirlər ki, evlilik yalnız bir insanın hissləri ilə yaşaya bilməz.
"Ukrayna heç kimə lazım deyil və buna görə də o, mövcudluğunu itir
Türkiyəli aktrisa Eda Ece 5 illik sevgilisi ilə toya hazırlaşır.
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova aprelin 10-da