Evlilikdə xoşbəxt olmadığınızı göstərən 4 əlamət
Digərləri 08 Apr 2023 23:39:00 253 0
Bu xəbəri də oxu: Sabah Bakıda yağış yağacaq
Evlilikdə yaşanan problem bir müddətdən sonra münasibətlərə ziyan vurur. Buna görə evlilik həyatında cütlüklərin bir-birinə lazımi səbri, qayğını və diqqəti göstərmələri vacibdir. Belə olmayan halda ikili arasındakı münasibəti pis sonluq gözləyir.
Son.az lent.az-a istinadən evlilikdə xoşbəxt olmadığınızı göstərən bir neçə əlaməti təqdim edir:
Paylaşımların dayanması
Həyatınızla bağlı vacib hadisələri həmişə həyat yoldaşınızla bölüşmək istəyirsiniz. Amma artıq hər hansı bir vəziyyəti və ya dəyişikliyi həyat yoldaşınızla paylaşmağa həvəs qalmayıbsa, hətta bunu istəmirsinizsə, deməli, burada ciddi bir problem var.
Qarşı tərəfin hərəkətlərindən narahat olmaq
Həyat yoldaşınızın hər hərəkəti sizi narahat edirsə, evliliyinizi yenidən nəzərdən keçirməlisiniz. Daha əvvəl gözünüzə görünməyən xırda şeylər artıq sizdə qıcıq yaradırsa, bu, yoldaşınıza qarşı baxışınızın dəyişdiyini göstərir.
Müzakirələr ciddi davalara çevrilir
Hər evlilikdə fikir ayrılıqlarının və mübahisələrin olması təbiidir. Problemlərinizi sakit şəkildə həll etmək əvəzinə mübahisə edirsinizsə, bu sizə və münasibətinizə zərər verəcək. Buna görə də, razılaşmadığınız və ya narahat olduğunuz şeyi partnyorunuzla sakitcə paylaşın.
Ayrı həyatlar yaşayırsınız
Həyatınızda hər hansı qərarı alarkən artıq yoldaşınızla məsləhətləşmirsinizsə, deməli, aranızda soyuqluq var. Artıq qarşı tərəfin qərarlarınıza dəstək olub olmamanızı önəmsəmirsiniz.
Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova aprelin 10-da
İsrailin müdafiə naziri Yoav Qalant İordan çayının qərb sahilində Fəl�
Federal Tədqiqatlar Bürosunun (FTB) cinayətkarlara əsaslanan məlumat bazas�
"Hacı Şahinin yerinə bu gündən sonra kim təyin olunsa da, onu əvəz
Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib
"Tinder və digər tanışlıq proqramlarında olan cümlələrin, sətirl�
İsrail Ukraynada "Tzeva Adom" hava təhlükəsi xəbərdarlığı sis
Butulka qapaqları bizə dünyanın ən yararsız şeyi kimi gəlir. Onları he�