Azərbaycan və Türkiyə Avropaya qaz nəqli üçün birgə şirkət yaradacaqlar
Siyasət 08 Apr 2023 14:46:00 288 0
Türkiyə qaz hab üzrə Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
Onun sözlərinə görə, Türkiyə parlamenti beynəlxalq qaz ticarət mərkəzinin, qaz habının fəaliyyəti üçün qanunvericiliyə zəruri dəyişiklik prosesinə başlayıb.
"Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçdi. Onların sayəsində Botaş (Türkiyə neft-qaz şirkəti) və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Habın açılışı ilə qiymətlər də azalacaq ki, bu da Avropa üçün vacibdir", - nazir bildirib.
O, həmçinin qeyd edib ki, Türkiyə qazın Avropaya nəqli və satışı üzrə digər ölkələrlə əməkdaşlıq variantlarını nəzərdən keçirir. Xüsusilə də bu hab üzrə Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.
F.Dönməz xatırladıb ki, Türkiyənin ildə təxminən 100 milyard kubmetr qaz almaq imkanı var, bunun 60 milyard kubmetrini özü istehlak edir, 40 milyardını isə qonşu ölkələrə sata bilər. Onun sözlərinə görə, əvvəlki qanunvericilik istixana qazlarının ixracı imkanları baxımından çoxsaylı məhdudiyyətlər nəzərdə tuturdu.
Son.az
Soyuq havada immuniteti artıran meyvələr, qidalar yemək mütləqdir. Bunla
Barak Obamanın qızı Maliya Obamanın rejissoru olduğu qısametrajlı film y
53 yaşlı amerikalı müğənni Cennifer Lopez İtaliyanın brend alt paltar�
Hollivud ulduzu Rassel Krounun 59 yaşı tamam olur.
Mingəçevir şəhərində 1988-ci il təvəllüdlü Əvəz qardaşı arvadı il
Botoks, kimyəvi pilinq, tamp, doldurulma və cavanlaşma prosedurları haqqınd
Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində TÜRKSOY-a üzv
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.�
Amerikalı model-aktrisa Emili Ratajkovski daha filmlərə çəkilməyəcək.
Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məş
Azərbaycan tərəfindən "persona non grata" (arzuolunmaz şəxs) ela
Lənkəranın Boladi kəndində gələcəyin Teslası, Faradeyi, Voltası kimi i
"Görünən odur ki, İran tərəfi gərginliyin azaldılmasına, eskalasiy