Qardaşı arvadının qonşuyla gəzməsindən şübhələndi:
Kriminal 08 Apr 2023 14:00:00 287 0
Mingəçevir şəhərində 1988-ci il təvəllüdlü Əvəz qardaşı arvadı ilə intim münasibətdə olmasından şübhələndiyi qonşusu Elnuru (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
Bu xəbəri də oxu: “Sənətkarın dostu” Xalq artisti Əlixan Səmədovla görüşüb FOTO
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Əvəz Mingəçevir şəhərində birlikdə yaşadığı qardaşı Telmanın arvadı Sevilin qonşu Elnurla sevgi münasibətini əsas göstərib və 2020-ci ildən hadisə baş verən günədək onunla dəfələrlə mübahisə edib.
Əvəz Elnuru nalayiq söyüşlərlə təhqir edib, yaxın qohumlarının mübahisəyə son verməsi tələbinə məhəl qoymayıb, dəqiqləşdirilməmiş, heç bir əsası olmayan şübhələrdən bəhanə kimi istifadəyə davam edib.
Əvəz 8 mart 2022-ci ildə saat 23 radələrində Elnurun yaşadığı mənzilə gəldiyini görüb. Uca səslə onu və ailə üzvlərini kobud ifadələrlə təhqir edib. Şübhələrinə aydınlıq gətirmədən bıçaqıa onun üzərinə hücum edib. Ona ümumilikdə 3 bıçaq xəsarəti yetirib.
Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Əvəzin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.
"Uca səslə söyüş söydüm"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əvəz ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, qonşusu Elnurla əvəllər münasibətləri normal olub: "Martın 8-də saat 23 radələrində yaşadığım evin giriş qapısının kilidini təmir edərkən Elnur bloka daxil oldu. İstifadə etdiyim burğac (atvyorka) sağ əlimə girdiyindən uca səslə söyüş söydüm. Mənzilinin qarşısında olan Elnur onu söydüyümü zənn etdi. O da məni kobud ifadələrlə təhqir etməyə başladı".
"Bir müddət çöldə qaldım"
Təqsirləndirilən şəxsin sözlərinə görə, qapının giriş hissəsində mebel dəstliyinin üzərində olan bıçağı götürüb və mənzildən çıxıb: "Yuxarı mərtəbəyə doğru hərəkət etdiyim vaxt aşağıya düşən Elnurla birinci və ikinci mərtəbələrin aralığında boş meydançada üz-üzə gəldik. Qarşılıqlı olaraq bir-birimizə hücum etdik.
Əlimdəki bıçaqla Elnurun qarın boşluğuna zərbələr vurduqdan sonra hadisə yerini tərk etdim. Blokdan çıxaraq sağ tərəfə qaçdım, orada səkinin kənarına əlimdəki bıçağı atdım.
Qaçaraq xatırlamadığım taksi ilə əvvəlcə Gəncə şəhərinə getdim. Bir müddət orada çöldə yaşadıqdan sonra Şəmkir ərazisinə keçdim. Orada da çöldə gecələdim".
"Öldürmək isətəməmişəm"
Təqsirləndirilən şəxs deyib ki, daha sonra hüquq-mühafizə orqanlarından qaça bilməyəcəyini dərk edib və martın 20-də gecə saatlarında Mingəçevir şəhər polis şöbəsinə gəlib: "Polisə təslim oldum. Elnuru öldürmək məqsədim olmayıb, sadəcə bir-iki bıçaq zərbəsi yetirmişəm.
Elnurun qardaşım arvadı Sevillə sevgi münasibətinin olduğunu əsas göstərməmişəm, onunla mübahisə etməmişəm. Özünü və ailə üzvlərini təhqir eləməmişəm. Onu öldürmək istəməmişəm. Sadəcə əsəbiləşərək ona xəsarət yetirmişəm".
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Elnurun sözlərinə görə, Əvəzi qonşu kimi uşaqlıq vaxtlarından tanıyıb və onunla münasibətləri normal olub: "Əvəz həmin evdə qardaşı Telman, onun arvadı Sevillə birlikdə yaşayıb. Ailə daimi münaqişəli olub, qonşular arasında narahat ailə kimi tanınıb".
"Mən təhqir edirəm, söz yiyəsi özü götürər"
Zərərçəkmiş şəxs bildirib ki, təxminən iki il əvvəl Əvəz qardaşı arvadı Sevilin guya onunla sevgi münasibəti olduğunu bəhanə edib, həm onunla, həm də onun ailəsi ilə mübahisələr etməyə başlayıb:
"Əvvəlcə Əvəz mənə atmacalı sözlər deməyə başladı. Sonra ünvansız təhqirlərə keçdi. Əvəzdən təhqirlərin mənə aid olub-olmadığını soruşdum. "Mən təhqir edirəm, söz yiyəsi özü götürər" dedi".
"Sevgi münasibəti qurduğunu bəhanə etdi"
Elnur deyib ki, mübahisələr onu narahat etdiyinə görə Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə dəfələrlə zəng vurub:
"Ünvansız təhqirlərin səs yazılarını mobil telefonda qeydiyyata aldım. Əvəzin ailəmə qarşı təhqirləri barədə anama, atama məlumat verdim. Atam Əvəzin dayısının yanına gedib ağsaqqal kimi bu məsələyə son qoymasını xahiş elədi. Lakin bu müraciət də nəticəsiz qaldı.
Əvəz daha sonra qonşusu Əlinin Sevillə sevgi münasibəti qurduğunu bəhanə gətirb, onunla da mübahisə etdi. 2021-ci ilin sentyabrında Əvəzin qardaşı Telman həmin mübahisələrə görə yaşadığı evi tərk elədi".
"Hadisə yerindən qaçdı"
Elnurun ifadəsinə görə, 8 mart 2022-ci ildə şəhər ərazisində 8 Mart bayramını qeyd edib: "Sonra qızlarım və arvadımla yaşadığım mənzilə gəldim. Mənzilin dəhlizində lampa işlək vəziyyətdə olmadığından lampa almaq üçün mağazaya getdim.
Mağazada olarkən arvadım zəng vuraraq Əvəzin yenə də məni və ailə üzvlərimi təhqir etdiyini, bu səbəbdən yaşadığım mənzilə geri qayıdarkən ehtiyatlı olmağımı tapşırdı. Zəngdən təxminən 10 dəqiqə sonra evə gəldim. İçəri daxil olarkən Əvəz yaşadığı mənzilin giriş qapısını açdı. Məni, arvadımı və övladlarımı nalayiq ifadələrlə təhqir elədi.
Təhqirlərə dözmədim, gödəkçəmi çıxararaq arvadıma verdim, aşağı mərtəbəyə düşdüm. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında Əvəz aşağı düşdüyümü gördü. Yuxarı mərtəbəyə doğru qalxdı və mənimlə tutaşmağa başladı. Bıçaq çıxardı, sol ayağımın arxa nahiyəsindən vurdu. Zərbənin təsirindən müvazinətimi saxlaya bilmədim, pilləkən qəfəsinə yıxıldım.
Bundan sonra Əvəz bıçaqla qarın boşluğuma və sinə nahiyəmə zərbələr endirməyə başladı. Araya girən arvadım Əvəzi məndən uzaqlaşdırdı. Üstümə uzandı, növbəti bıçaq zərbəsindən məni qorumağa çalışdı. Əvəz arvadım istiqamətində bıçaq zərbəsi endirdi. Lakin zərbə arvadıma dəymədi. Səs-küyə qonşuların qapını açdığını görən Əvəz hadisə yerindən qaçdı".
Zərərçəkmiş qeyd edib ki, qonşu Əli gəlib və onu Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparıb.
O bildirib ki, Əvəzin niyyəti onu qəsdlə öldürmək olub. Arvadının müdaxiləsi nəticəsində öz cinayətkar niyyətini başa çatdıra bilməyib.
"Hamamda başqa bir marka siqaret tapdı"
İş üzrə şahid qismində ifadə verən Sevilin sözlərinə görə, 7 may 2011-ci ildə Əvəzin qardaşı Telmanla nikaha daxil olub və hadisə baş verən ünvanında birlikdə yaşayıblar:
"2020-ci ildən Əvəz mənə böhtan ataraq müxtəlif şəxslərlə münasibətim olduğumu bildirdi, məni döyüb, fiziki ağrılar yetirdi.
17 oktyabr 2020-ci ildə Əvəz yaşadığımız mənzilin hamamda başqa bir markadan siqaret tapdı. Yenidən mübahisə edərək həmin siqaretin kimə məxsus olduğunu soruşmağa başladı. Ona bundan xəbərsiz olduğumu dedim. Ərim işdən gələndən sonra həmin gün siqareti qurtardığına görə başqa şəxsdən siqaret alıb çəkdiyini bildirdi".
Sevil qeyd edib ki, həmin evdə yaşaya bilməyəcəyini görüb və atasının yaşadığı Ucar rayonuna gedib. Əvəzin xalası qızı və bibisi ona zəng vurublar, Əvəzin qonşu Elnuru bıçaqladığını, hər ehtimala qarşı ata yurdunda qalmağı təklif ediblər: "Bir həftə bacımın yaşadığı kənddə qalsam da bundan sonra öz evimə qayıtdım".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əvəz 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Elnur apellyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddə ilə ona yüngül cəza verilməsini istəyib.
Elnurun şikayətinə Şəki Apellyasiya Məhkəməsində baxılıb və şikayəti təmin edilməyib.
Son.az
Botoks, kimyəvi pilinq, tamp, doldurulma və cavanlaşma prosedurları haqqınd
Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində TÜRKSOY-a üzv
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.�
Amerikalı model-aktrisa Emili Ratajkovski daha filmlərə çəkilməyəcək.
Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məş
Azərbaycan tərəfindən "persona non grata" (arzuolunmaz şəxs) ela
Lənkəranın Boladi kəndində gələcəyin Teslası, Faradeyi, Voltası kimi i
"Görünən odur ki, İran tərəfi gərginliyin azaldılmasına, eskalasiy
İyunun 22-də Parisdə fransız aktyoru Alen Delonun kolleksiyasından olan 80-
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliye
Bakıda yeni tikilən binada bədbəxt hadisə baş verib.
Vətəndaşlar Bakıda havanın çirkliliyindən çox narazı və narahatdırlar
Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antionio Quterreşə məktub gö