“İran parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur”
Siyasət 08 Apr 2023 11:56:00 246 0
"İran fars molla rejimi Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizə özlərinin İranın İslam təriqətini yaymağa başladılar. Bunun üçün onlar həm dini camiənin imkanlarından həmdə din pərdəsi altında xüsusi xidmət orqanları Azərbaycana gəldilər. Müəyyən olunub ki, İran xüsusi xidmət orqanı uzun müddət Azərbaycanda din pərdəsi adı altında fəaliyyət göstərib və çoxlu pullar xərcləyiblər. Bizim din camiəmizin müəyyən qismini zəhərlədilər. Onlar Azərbaycanın İranın bir parçası olmasını istəyirdilər. Onlar buna nail ola bilmədilər. Azərbaycan sivil, dünyəvi, demokratik ölkədir".
Bu xəbəri də oxu: Azərbaycan Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalarda dəyişiklik edəcək RƏSMİ
Son.az xəbər verir ki, bu sözləri "Yeni Gundem"ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.
O vurğulayıb ki, İran öz ölkəsində 30 illik Erməni işğalı zamanı terrorçuların evlərimizi söküb satılmasına göz yumdular.
"İran daim ermənilərə dəstək verərək, Ermənistanla qardaş olub. İkinci Qarabağ müharibəsində fars şovinizimi düşmənə hərtərəfli köməyini əsirgəmədi. Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti öz xatirələrində yazır ki, İran İslam Respublikası olmasaydı biz məhv olardıq. Bu onu göstərir ki, fars molla rejimi daim bizim düşmənimiz olub.
Zəfər qələbəmizi həzm edə biləməyən Tehran açıq müstəvidə Azərbaycana qarşı diplomatiya savaşı elan edir. Molla rejimi Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti elan etdi. Bizim sərhədimizdə hərbi təlimlər keçirməklə bizə güc nümayişi etdi. Müstəqil Azərbaycan dövlətinin güclü ordusu və lideri var. Biz bunlardan çəkinmirik. Azərbaycan İrana qarşılıqlı olaraq cavab verir. Tehranda səfirliyimizə terror hücumunun edilməsi , terrorçuların cəzasına mane olmaları onu göstərir ki, İran Azərbaycana qarşı cihad elan edib. Bütün bunları görərək keçən ayın sonunda dost İsrail dövlətində səfirliyimizi açdıq. Azərbaycanın ilk müstəqil ölkə olduğunu tanıyan ilk ölkələrdən biridə İsraildir. Biz İrana görə İsraildə 30 ildən sonra səfirliyimizi açdıq. Halbuki, 30 ilə yaxın dövr ərzində həm qonşuluq ,həmdə xoş dini münasibətlərə görə İsraildə səfirliyimizi açmırdıq. Bu da fars molla rejiminə çox böyük qıcıq verir. İran parlamentinin qəbul etdiyi qərarın bizim üçün heç bir əhəmiyyəti yoxdur. İran səfirliyinin 4 əməkdaşına ölkəni tərk etmək 48 saat vaxtın verilməsi də çox lazımlı qərar idi. Onlar İran xüsusi xidmət orqanlarına bağlı şəxslərdir. Yaxın zamanlarda fars molla rejiminin hazır ki, siyasəti davam edərsə İranın daxilində siyasi çeviriliş, hazırki hakimiyyətin gedişi ilə nəticələnəcək. İran Azərbaycana qarşı siyasətini dəyişməlidir", - deyə o qeyd edib.
Fransa polisinin törətdiyi vəhşilikləri əks etdirən video şəbəkədə y
Zaqatalada xəstənin sidik kisəsindən salfet çıxıb.
"5-ci sinifə qədər yaxşı oxumuşam. Atamı itirəndən sonra ailəmi d
Məhəllələrdə yerləşən bulaqlara suyun verilişi dayandırılıb.
"Şabran Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş
Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələri
53 yaşlı Cennifer Lopez çılpaq fotosunu yayımlayaraq insanlara stresslə m�
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına i
Hollivud ulduzu Cenifer Eniston ilk qazancını köhnə bir avtomobilə xərclə
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm�
Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin və Baş Dövlət Yol Polisi İd
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nax
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
"Avronun dollara nisbətən kursu yenidən yüksəlib. Avrozona və xüsus�