Zəngəzur dəhlizi İranın məğlubiyyətinin açarıdır
Siyasət 08 Apr 2023 09:31:00 270 0
Tehranda belə bir anlayış formalaşıb: Türkiyə-Azərbaycan tandeminin son məqsədi nə Dağlıq Qarabağ, nə də Sünik deyil, İrandır.
Bu xəbəri də oxu: 2025ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi
Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bunu iranda yaşayan erməni əsilli ekspert Janna Vardanyan bildirib.
"Ermənistan regionda yaranmış vəziyyətdən istifadə etməli və artan İran-Azərbaycan qarşıdurması fonunda onun səsinin rəsmi Tehranda eşidilməsinə əmin olmalıdır. İrəvan üçün Tehranla münasibətlərin bütün istiqamətlərdə dərinləşməsi baxımından ən əlverişli atmosfer formalaşıb",- deyə Vardanyan əlavə edib.
Vardanyan Sputnik Ermənistana müsahibəsində xatırladıb ki, Bakı ilə Tehran arasında münasibətlər həmişə problemli olub.
"Vaxtaşırı bu problemlər "üzə çıxır" və ölkələr arasında münasibətlərin kəskinləşməsinə səbəb olur. Son zamanlar Tehranda onların təhlükəsizliyinə təhdid kimi qiymətləndirilən "Zəngəzur dəhlizi" məsələsi gündəmə gəlib. İran bununla bağlı dəfələrlə bəyan edib ki, Sünik onlar üçün qırmızı xəttdir və onlar sərhəddə heç bir dəyişikliyi qəbul etmirlər", - deyə Vardanyan bildirib.
Ekspert qeyd edib ki, Tehran "Zəngəzur dəhlizi" adlanan yeri İranın parçalanmasının açarı hesab edir. Çünki növbəti addım İranın şimal-qərb bölgələri ola bilər.
Vardanyan hesab edir ki, İrəvan öz ritorikasını daha anlaşıqlı etməli və bunu İran auditoriyasına çatdırmalıdır.
"Xüsusilə, Dağlıq Qarabağın təkcə Ermənistan üçün deyil, İran üçün də sipər olması ideyasını təbliğ etmək və izah etmək, həmçinin Azərbaycan-İsrail tandemi ilə mübarizədə qüvvələrin birləşdirilməsinin vacibliyini izah etmək lazımdır",- deyə o, bildirib.
Vardanyan sonda vurğulayıb ki, regionda müharibədən sonra formalaşan qüvvələr balansı nə Ermənistanın, nə də İranın xeyrinə deyil. İsrailin bu trasda fəallaşmasına gəlincə, ekspert qeyd edib ki, Təl-Əviv Azərbaycanı həmişə anti-İran dayağı hesab edib.
Xatırladaq ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin açılışı olub. Aprelin 5-də İran parlamenti Bakının bu addımını pisləyən xüsusi bəyanat qəbul edib.
Son.az
Deputat Fazil Mustafa ona qarşı edilən sui-qəsddən sonra ilk dəfə paylaş
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən sila
Çad hökuməti Almaniya səfiri Yan Kristian Qordon Kriçerə ölkəni tərk et
Şimali Koreya nüvə silahı daşıya bilən "Haeil 2" strateji sualt
Rusiyalı müxalif jurnalistlər Ukraynaya qarşı müharibədə iştirak edən
İrəvanda "Meqamol" ticarət mərkəzində Vayfayın adının "Q
Hər hansı bir ölkənin başqa dövlətin adından danışmağa ixtiyarı yoxd
İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində 6 nə
Ukraynanın bir sıra regionlarında hava hücumu xəbərdarlığı elan edilib.
Rusiyanın Baş naziri Mixail Mişustin rusiyalı deputatlara onun icazəsi olma
Azərbaycanın Dünya Bankı və Avropa Komissiyası ilə gələcək əməkdaşl
Ukrayna Rusiyanın Bryansk vilayətində sərhədçilərin olduğu bazaya zərb�
Aprelin 7-si 1954-cü il təvəllüdlü Kamran Bəkirovun itkin düşməsinə da
Aprelin 8-də saat 04 radələrində Yasamal rayonunda evlərin birində 1990-c�