Avropa "demokratiyası"nın Fransa nümunəsi:


Siyasət 07 Apr 2023 14:14:00 201 0

Avropa "demokratiyası"nın Fransa nümunəsi:

Özünü "demokartiyanın beşiyi" kimi qələmə verməyə çalışan Fransa yenidən kütləvi etirazların mərkəzinə çevrilib. Ölkə polisinin törətdiyi vəhşilikləri əks etdirən video sosial şəbəkələri bürüyüb. Polis pensiya islahatına etiraz edən minlərlə nümayişçini zor gücü ilə dağıdıb. Görüntülərdə polisin var gücü ilə qadını yerə atması əks olunub. Nəticədə kəllə-beyin travması alan qadın ayağa qalxa bilməyib. Bəli, Fransanın lovğalanan "demokratiyası" vətəndaşların hüquq və azadlıqlarını belə qoruyur.

Martın 16-da Fransa hökuməti konstitusiyanın 49.3-cü maddəsindən istifadə edərək Milli Assambleyada səsvermədən yan keçərək pensiya yaşını 62-dən 64-ə qaldırmaq üçün pensiya islahatı həyata keçirmək qərarına gəlib. Martın 20-də parlamentin aşağı palatasının müxalifət fraksiyaları hökumətə iki etimadsızlıq səsi verib. Hər iki dəfə lazımi səsləri toplaya bilməyiblər. Beləliklə, islahat qəbul edilib. Bundan sonra fransızların adətən iğtişaşlarla müşayiət olunan kütləvi etirazları başlayıb.

Beləliklə, bu Avropa ölkəsi illərlə digər dövlətlərə insan hüquqlarının qorunmasından dərs keçir, öz dövlətini nümunə göstərir. Baş verənlər isə bunun tam əksini göstərir. Yaşanan olaylar göstərir ki, dünyaya demokratiya dərsi keçən Fransa demokratik ənənələrə sadiq deyil. İstənilən zaman gənc, yaşlı, qadın, uşaq bilmədən döyə, hətta öldürə bilirlər. Son olaylardan sonra bir daha sübut olundu ki, demokratiya bunlar üçün sadəcə bir təzyiq vasitəsidir. Hər gün, hər ay insan hüquqlarından danışan, sərbəst toplaşmaq azadlığından bəhs etməkdən yorulmayan bir sıra beynəlxalq təşkilatlar Fransada baş verən polis zorakılığını, qarşıdurmaları görmür, yaxud özlərini görməzliyə vururlar. Polisin vətəndaşlara verdiyi işgəncələrə susurlar. Çünki həmin beynəlxalq təşkilatlar bəlli güc mərkəzlərinin nəzarətindədir. Ona görə də susmaq məcburiyyətində qalırlar. Hüquq-mühafizə orqanları açıq şəkildə, bütün dünyanın gözü qarşısında sosial vəziyyətə etiraz edən insanlara divan tutmaqdadır. Onminlərlə insan küçələrdə hökumət üzvlərinə, ölkənin siyasi rəhbərliyinə kəskin etiraz etməkdədir.

Beləliklə, özünü demokratiyanın beşiyi kimi dünyaya sırımağa çalışan, insan hüquq və azadlıqlarının qorunmasını ən ali dəyərlər olaraq dövləti üçün əsas şüara çevirməyə hər vəchlə can atan Fransa hökuməti, əslində bütün bu prinsiplərdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirmiş oldu. Görünən odur ki, Fransa dünyanın gözünün düz içinə baxaraq yalanlar söyləyir. Bu bir faktdır ki, insani dəyərlərin, vətəndaş hüquqlarının "müdafiəçisi" olaraq tanınmağa çalışan Fransada vəziyyət heç də dünyaya nümayiş edildiyi kimi deyilmiş.

Ən acınacaqlısı odur ki, bütün bunlar meydanlarda, yüz minlərlə insanın gözü qarşısında törədilən vəhşiliklərdir. Maraqlıdır, demokratiya anlayışına "fransız qalan" Fransa insanlara qarşı törədilən vəhşiliklərə hansı formada haqq qazandıracaq?

Kamran Seyidov Son.az

İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb  FOTO like
  • 07 Apr 14:11  
Siyasət İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb FOTO

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliy

arrow Ətraflı
Məşhur sənətçiyə xərçəng diaqnozu qoyuldu like
  • 07 Apr 14:03  
Şou-biznes Məşhur sənətçiyə xərçəng diaqnozu qoyuldu

Məşhur türkiyəli klarnet ifaçısı Hüsnü Şenlendiriciyə bağırsaq xər

arrow Ətraflı
“Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi açılıb like
  • 07 Apr 13:55  
Kriminal “Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi açılıb

YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin t�

arrow Ətraflı
Müğənninin bu paylaşımı HAYKÜY YARATDI like
  • 07 Apr 13:19  
Digərləri Müğənninin bu paylaşımı HAYKÜY YARATDI

Amerikalı məşhur aktrisa Cennifer Lopez spirtli içkilər brendinin bazara ç

arrow Ətraflı
Bu pozuntuya görə cərimələr artırılır like
  • 07 Apr 13:14  
Digərləri Bu pozuntuya görə cərimələr artırılır

Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanı

arrow Ətraflı
Xırdalanda ŞOK: bu hadisədən İcra Hakimiyyətinin xəbəri olmayıb? like
  • 07 Apr 13:08  
Digərləri Xırdalanda ŞOK: bu hadisədən İcra Hakimiyyətinin xəbəri olmayıb?

Abşeron rayonunda inşası yekunlaşmış beşmərtəbəli binanın üzərində

arrow Ətraflı
Gürcüstanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib like
  • 07 Apr 13:05  
Siyasət Gürcüstanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili aprelin 7-də Azərbaycan Respub

arrow Ətraflı
Şənbə gününün hava proqnozu like
  • 07 Apr 13:03  
Digərləri Şənbə gününün hava proqnozu

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı

arrow Ətraflı
Erməni VANDALİZMİ: 500 qəbiristanlıq, 391 məscid, like
  • 07 Apr 13:01  
Siyasət Erməni VANDALİZMİ: 500 qəbiristanlıq, 391 məscid,

Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünl

arrow Ətraflı
44 yaşlı iş adamı qızına oxşayan gənc xanımla evləndi: like
  • 07 Apr 12:57  
Digərləri 44 yaşlı iş adamı qızına oxşayan gənc xanımla evləndi:

ABŞ-ın Arizona ştatından olan 44 yaşlı gözəllik salonu sahibi Kris qız�

arrow Ətraflı
Paşinyan onu İrana göndərir like
  • 07 Apr 12:46  
Digərləri Paşinyan onu İrana göndərir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 9-da İ

arrow Ətraflı
Yusif Eyvazova like
  • 07 Apr 12:40  
Digərləri Yusif Eyvazova

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olu

arrow Ətraflı
16 vəzifəli şəxs cərimələnib like
  • 07 Apr 12:34  
Digərləri 16 vəzifəli şəxs cərimələnib

İnzibati xətaya görə 16 vəzifəli şəxs cərimələnib, 106 müəssisəyə

arrow Ətraflı
Düşənbə səfəri Azərbaycana düşəcək? like
  • 07 Apr 12:26  
Siyasət Düşənbə səfəri Azərbaycana düşəcək?

Prezident İlham Əliyev aprelin 5-də Düşənbəyə birgünlük dövlət səf

arrow Ətraflı
Bakı və Abşeronda məktəblilər arasında virus yayılıb like
  • 07 Apr 12:23  
Digərləri Bakı və Abşeronda məktəblilər arasında virus yayılıb

Məktəblilər arasında suçiçəyi virusu yayılıb. Virusa görə məktəbə

arrow Ətraflı