SEPAHın azərbaycanlı polkovniki İranın Bakı planını açdı
Digərləri 07 Apr 2023 11:07:00 234 0
İran deyilən ölkə dalana dirənib. Bir yandan nüvə razılaşmasına görə Avropa və Amerika ilə problemləri yaranıb, digər tərəfdən daxildə ciddi iqtisadi çətinliklərlə üzləşib. Bu isə SEPAH-da ixtilafların yaranmasına səbəb olub.
Bu xəbəri də oxu: Rusiyada erməni aləmi birbirinə qatdı
Son.az xəbər verir ki, bu sözləri Axar.az-a Ərdəbil vilayətində SEPAH-ın kəşfiyyat komandirinin müavini olmuş polkovnik Əli Rzayi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daxilində yaranan böhran və parçalanmalara aydınlıq gətirərkən deyib.
O, SEPAH-ın daxili siyasəti ilə bağlı bir neçə məqama toxunub:
"Bəzi general və yüksək rütbəli zabitlər anlayır ki, İslam Cümhuriyyəti var olduğu müddətdə İrandakı problemlər çözülməyəcək. Odur ki, komandirlər gizlində bir yol axtarırlar ki, bu qarışıqlıqdan çıxsınlar. Həm yüksək, həm də aşağı rütbəli zabitlər arasında gedən gizli söhbətlər bəzən kənara sızır. SEPAH-da bu cür ixtilaflar mövcuddur. Lakin SEPAH-ın siyasi quruluşu bir az başqa cürdür. Özü üç qrupa bölünür: 1) Hərbi güclər, ona komandirlər nəzarət edir; 2: Vəliyi-fəqihin nümayəndələri, mollaların əlindədir, siyasət işlərinə bunlar baxır. Heç bir komandirin siyasi açıqlama, ya da fikir bildirməyə izni yoxdur; 3) Təhlükəsizlik qüvvələrinə nəzarət edən bölüm. Onlar da qurumun daxilində üsyana, hakimiyyətə müxalif olanlara nəzarət edirlər. Belə şəxslər olarsa, onları "rəhimsiz" adı ilə SEPAH-dan uzaqlaşdırırlar. Mən özüm də bunun qurbanı olmuşam. Ümumiyyətlə, SEPAH-ın daxilində fikir ayrılıqları var. Məmləkətin dalana dirənməsinin böyük təqsirkarı SEPAH-ı bilirlər. Çünki ölkədə hər sahəyə - iqtisadiyyata, mədəniyyətə, siyasətə müdaxilə edərək, ölkənin bu vəziyətə düşməsinə səbəb olub".
Polkovnik SEPAH və ona məxsus media qrumlarında Azərbaycanla bağlı səsləndirilən təhdidlərdən də danışıb:
"Azərbaycanla bağlı təhdidləri təbliğatdır. Ciddi bir iş görə bilmirlər deyə, öz uğursuzluqlarını belə təhdidlərlə, hədələrlə sığortalayırlar. İran və onun ideoloji qolu olan SEPAH inqilab fəlsəfəsinin dünyada və müsəlman ölkələrinin içində yayılmasını istəyir. Azərbaycan şiə toplumunun çox yaşadığı ölkələrdən biridir, lakin bura lazımınca nüfuz edə bilməyiblər. Yəməndə, Suriyada, İraqda milyardlarla vəsait sərf ediblər. Suriyada bu işlər üçün 40 milyard dollar pul xərcləyiblər. Ancaq bir nəticə əldə edə bilməyiblər. İsrail, demək olar ki, hər gün SEPAH-ın ordakı mövqelərini vurur. Husiləri bu qədər dəstəkləmələrinə rəğmən, Ərəbistanla danışıqlara başladılar. Bir sözlə, belə uğursuzluqlarını ört-basdır etmək və hələ də nüfuzlarını itirmədiklərini göstərmək istəyirlər. "Hələ də, ideologiyamız yaşayır, adamlarımız var. Onları əldən verməmişik" kimi fikrləri yaymağa çalışırlar. Məqsədləri "Huseyniyyun" təşkilatını formalaşdırıb, onu böyük güc kimi təqdim etməkdir. Əslində, böyük güc deyillər. Məlumatıma görə, onların sayı cəmi 10-15 nəfərdir. Təbrizdə konsulluğun qarşısına toplaşanların çoxu isə "Bəsic"ə bağlı qüvvələr idi. Onları "Huseyniyyun" adı ilə təqdim etdilər".
Rzayi bildirib ki, molla rejimi müxalif qüvvələri təhrik etmək məqsədi ilə də bu cür addım atırlar:
"Düşünürlər ki, Güney Azərbaycanın istiqlal məsələsi gerçəkləşsə, İran dağılacaq. Çünki Güneydə olan azərbaycanlılar böyük toplumdur, ayağa qalxan kimi, İran dağılacaq. Ona görə, Azərbaycana qarşı belə təxribat və təhdid dolu çıxışlar edirlər.
İranın hazırkı durumu belədir ki, etirazlar davam edir, millət İslam Cümhuriyyətini istəmir. Bunlar isə toplumun fikrini yayındırmaqla məşğuldur. Xalqı "İranın hazırkı hakimiyyəti olmasa, hər şey qarışar, geoplitik dəyişiklik olar, Azərbaycan gəlib onlara təhlükə yaradar" fikrinə inandırmağa çalışırlar".
O, İran rejiminin ölkəmizə olan təhdidlərinin sözdən o tərəfə keçməyəcəyini bildirib:
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahal
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.
Erməni terrorunun tarixi böyükdür. Hələ Azərbaycanda terror aktları olma
Ukraynada müharibə aparan Rusiya ordusunun generalları arasında soydaşımı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu ilin yanvar və fevral ay
Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəh
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndi
Anar Xeybər oğlu Hüseynov Azərbaycan Respublikasının Yunanıstan Respublik
Cənubi Afrika Respublikasında Keyptaundan Pretoriyaya uçan təyyarədə ilan
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu istirahətə gedib.
İran Azərbaycanla münasibətləri gərinləşdirməyə davam edərkən, Ermə
Xəbər verdiyimiz kimi, Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplom