Nurgül Yeşilçay barədə bunları BİLİRDİNİZ? Sevdiyi oğlanı qaçırıb... FOTO


Digərləri 06 Apr 2023 23:27:00 221 0

Nurgül Yeşilçay barədə bunları BİLİRDİNİZ?  Sevdiyi oğlanı qaçırıb...  FOTO

O, bu günlərdə "Veda məktubu" serialındakı Alanur obrazıyla qarşımıza çıxır. Bu Nurgül Yeşilçayın film və seriallardakı ilk uğurlu rolu deyil.

Son.az bildirir ki, lent.az "Göz önündə" rubrikasında "Türkiyənin ən yaxşı qadın aktrisası" mükafatını dəfələrlə almış yaşıl gözlü Nurgül Yeşilçaydan bəhs edəcək.

Nurgül 1976-cı il martın 26-da Türkiyənin Afyon şəhərində doğulub. 2001-ci ildə Eskişehirde Anadolu Universitetinin Teatr fakultəsindən məzun olub. İlk böyük rolu 2002-ci illərdə efirə çıxmış "Asmalı konak" serialındakı Bahar rolu olub. Elə o obrazla sevilib, tanınıb və müxtəlif rəngarəng obrazlara can verib. Universiteti bitirdikdən 4 il sonra, 2005-ci ildə ilk dəfə "Egretli gəlin" filmindəki qozbel Əminə roluna görə ən yaxşı qadın aktrisa mükafatına layiq görülüb. Biz onu gah törələrə qarşı çıxan fədakar ana Gülpəri rolunda gördük, gah Ezo gəlin oldu, gah polis komissarı Aydanur, gah da 7 ərli Hörmüz. Can verdiyi hər obrazı sevdirdi.

Son rollarından biri "Möhtəşəm yüz yıl" serialındakı Kösem sultan obrazı oldu. Nurgülün ifasında Kösem sultan o qədər canlı, inandırıcı alınmışdı ki, aktrisa bu roluyla hətta izləyicilərinin nifrətini qazandı. 

Nurgül Yeşilçay asi və komplekssiz xarakteri ilə seçilir. Bu onun yeniyetməlik dövründən qalan xarakteridir. Gözəl aktrisanın ömür yoluna baxınca gənclikdə başından keçmiş "Romeo və Cülyetta" hekayəsinə bənzər bir hekayə olduğunu görmək olar. 

Nurgül 16 yaşında ikən bir gəncə aşiq olur və üzünü ailəsinə tutub "onunla evlənəcəm" deyir. Oğlan da özü ilə yaşıd olunca, ailələr bu erkən evliliyə qarşı çıxırlar. Amma bu dəli qız eşidərdimi? Gənclər bir - birlərinə qoşulub qaçırlar. Daha doğrusu Nurgül təşkilatçılıq edir və oğlanı özü qaçırır. Lakin "qaçqınlıq" uzun çəkmir. Soyuq qış günündə oğlan vərəm xəstəliyinə tutulur deyə, gənclər geriyə ailələrinə dönməli olurlar.

Vərəm xəstəxanasında yatan sevgilisini görmək istəyən, lakin ailələrin etirazı ilə qarşılaşan Nurgül özünü vərəmə yoluxdurmaq üçün müxtəlif üsullara əl atır. Verdiyi müsahibədə bu barədə belə deyir: "Təsəvvür edirdim ki, iki üz-üzə otaqda bir-biri üçün vərəm olmuş iki aşiq, bütün gün romantik melodiyalar çaldıraraq ağlayır. Bütün ölkə bizdən danışır və ailələrimiz məcbur olub bizi evləndirir. Lakin belə olmadı".

O, çox şalışsa da, vərəmə yoluxa bilmir. Amma tibb bacısı paltarı geyib sevgilisinin otağına girə bilir.

Atası bu hadisədən sonra ilk dəfə qzına möhkəm bir şapalaq vurur. Sakitləşməyən, ipə - sapa yatmayan qızı ikinci dəfə də döyürlər. Amma bu sevgi macərası oğlanın ailəsi tərəfindən Amerikaya göndərilməsi və onu unutması ilə başa çatır.

2005-ci ildə aktyor, ssenarist və yazıçı Cem Özerlə evlənir.

Bu onun ilk, Cem Özerin dördünücü evliliyi idi. Nikahlarından Osman adlı bir oğlulları dünyaya gəlir. Lakin sevgi üzərində qurulmuş bu evliliyin ömrü 6 il çəkir. Cütlük səbəbini izah etmədən dost kimi ayrılır. Cem Özer ayrıldıqları gün səhərə qədər içib ağladığını, lakin sabahı gün heç nə olmamış kimi oyandığını deyir. "Görünür evlilik mənim üçün deyil. 4 dəfə sınadım. Evlilik mənim üçün əynimə 5 ölçü böyük şalvar kimi bir şeydir. Nurgül məndən də yaxşı bir insana rast gələcək, bilirəm" demişdi.

Nurgül həqiqətən ondan sonra yenidən sevməyi və xoşbəxt olmağı bacardı.

2020-ci ildə prodüsser Necati Kocabay ilə birlikdə olduğunu bəyan etdi. Cütlük bütün tədbirlərdə birlikdə görüntüləndi, Nurgül hətta onunla dodaq - dodağa şəkillərini paylaşdı. Necati Nurgülün oğlu Osman və keçmiş əri ilə də xoş münasibətlər qurmağı bacarıb. Onlar hərdən birlikdə yeməyə çıxır, paparazzilərə yaxalanırlar. Keçmiş əri heç bir xanımı ilə əlaqə saxlamasa da, oğluna görə Nurgüllə bir araya gəlir.

Nurgülün ikinci dəfə evlənəcəyinə dair xəbərlər tez-tez yayılsa da, hər dəfə yalan olur. Nurgül Yeşilçay özü bu məsələyə belə aydınlıq gətirir: "Evlənməyə ərinirik. Evlilik sevginin tənbəlləşmiş versiyasıdır. Özümüz tənbəlik, barı sevgimiz tənbəl olmasın".

Bu bürclərin ahı insanları mütləq tutur like
  • 06 Apr 23:22  
Digərləri Bu bürclərin ahı insanları mütləq tutur

Bir insanın xətrinə dəymək, ona pislik etmək əvəzsiz qalmır. Pislik hə

arrow Ətraflı
Fransada pensiya islahatına qarşı etirazlar zamanı 150dən çox polis yaralanıb  VİDEO like
  • 06 Apr 23:16  
Dünya Fransada pensiya islahatına qarşı etirazlar zamanı 150dən çox polis yaralanıb VİDEO

Fransada pensiya islahatına qarşı nümayişlər zamanı başlayan iğtişaşl

arrow Ətraflı
“Kiyev bunu “Zelenskinin siyasi qətli” hesab edir” like
  • 06 Apr 23:11  
Dünya “Kiyev bunu “Zelenskinin siyasi qətli” hesab edir”

"Prezident Zelenskinin siyasi öldürülməsini istəyən Donbass problemin

arrow Ətraflı
Azərbaycan İranın 4 diplomatını niyə ölkədən çıxarır? like
  • 06 Apr 22:55  
Siyasət Azərbaycan İranın 4 diplomatını niyə ölkədən çıxarır?

Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplomatik statusa uyğun olmay

arrow Ətraflı
Simonyan rəzil durumda: "Bütün vətəndaşlardan üzr istəyirəm, mənə dərs oldu" like
  • 06 Apr 22:48  
Dünya Simonyan rəzil durumda: "Bütün vətəndaşlardan üzr istəyirəm, mənə dərs oldu"

"Mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istə

arrow Ətraflı
Akar Ostinlə danışdı like
  • 06 Apr 22:43  
Dünya Akar Ostinlə danışdı

Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə n

arrow Ətraflı
Bakıda “Prius”la avtoxuliqanlıq edənlər saxlanıldı like
  • 06 Apr 22:31  
Kriminal Bakıda “Prius”la avtoxuliqanlıq edənlər saxlanıldı

Dünən Bakıda "Toyota Prius" markalı avtomobillərlə avtoxuliqanl�

arrow Ətraflı
Parisdə etirazda 50 mindən artıq insan iştirak edir  VİDEO like
  • 06 Apr 22:26  
Dünya Parisdə etirazda 50 mindən artıq insan iştirak edir VİDEO

Təxminən 57 min insan Fransada pensiya islahatına etirazını bildirmək üç

arrow Ətraflı
Rusiyada like
  • 06 Apr 22:15  
Dünya Rusiyada

Rusiyada dollar bu gün 1,54 rubl qalxaraq, 81,38 rubl olub.

arrow Ətraflı
"Qəzza və Livandan İsrailə raket atılmasını pisləyirik" like
  • 06 Apr 22:04  
Dünya "Qəzza və Livandan İsrailə raket atılmasını pisləyirik"

Vaşinqton İsrail ərazisinə raket hücumlarını pisləyir və onun təcavüz

arrow Ətraflı