Düşmənlərin həsədlə izlədiyi GÜC MƏRKƏZİ
Siyasət 06 Apr 2023 17:56:00 227 0
Baş nazir vəzifəsinə gəldiyi ilk gündən bildirdi ki, müasir Türkiyənin dövlət quruculuğunun əsasını təşkil edən dünyəvi prinsiplərdən geri çəkilmək niyyətində deyil. Söhbət Türkiyə prezidenti R.T. Ərdoğandan gedir. Onun baş nazir vəzifəsində sonrakı fəaliyyəti isə onun nüfuzunu daha da artırdı. Məhz onun hökumətə başçılıq etdiyi dönəmdə (2004-2005-ci illər arasında) Türkiyədə pul islahatı aparıldı.
Bu xəbəri də oxu: Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb
İnflyasiyanın səviyyəsi aşağı düşməyə başladı, yeni sosial müəssisələrin, elektrik stansiyalarının tikintisi həyata keçirildi. Dövlətdə və cəmiyyətdə demokratik dəyərlər daha da möhkəmləndi. Bütün bunlar isə Türkiyə iqtisadiyyatında "səssiz inqilab" kimi dəyərləndirildi.
Xarici siyasətdə isə Rəcəb Tayyib Ərdoğan adı dünyada xüsusi çəkiyə, sambala sahibdir.
Dövlətin başına gəldiyi ilk günlərdən etibarən - 2003-cü ilin martında Ankaranın Amerika hərbi qüvvələrinin Türkiyə ərazisindən keçməklə İraqa daxil olmasına icazə verməməsi isə ölkənin Yaxın Şərq dövlətləri, o cümlədən İran və Suriya kimi qonşuları ilə münasibətlərini xeyli möhkəmləndirdi. Rəcəb Tayyib Ərdoğanın bu addımları ilk günlərdəncə bununla da Türkiyənin müstəqil, azad xarici siyasət yolu tutacağına çox böyük mesajlar idi.
Dediyi kimi də oldu...
Ərdoğan hökuməti ölkənin cənub-şərqində kürd probleminin həllindən tutmuş, onların yaşadığı zonaların iqtisadi vəziyyəti daha da yaxşılaşması məsələsinə kimi həssaslıq göstərdi. Ölkənin hərbi sənaye imkanlarını geridə qalan 20 il ərzində böyük sürətlə zirvələrə qaldırdı.
Vaxtı ilə ordusunun hərbçilərinin geyim dəstinin müxtəlif hissələrini fərqli ölkələrdən alan Türkiyə bu günlərdə artıq öz istehsalı olan yüksək sürət və nişan dəqiqliyi ilə seçilən hərbi təyyarəsini ("Kızılelma") təqdim etdi. Mən hələ 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun vuran əli, düşmənin qorxulu yuxusuna çevrilən Bayraktar PUA-ları barədə demirəm.
... Görünən dağa nə bələdçi
İndi Türkiyə NATO-nun ən böyük ordusuna malik iki ölkədən birinə sahibdir. Bu gün Ankara istər hərb, istər danışıq masasında sözünü, maraqlarını yetərincə yüksək səviyyədə diqtə edə və məqsədlərinə pillə-pillə nail olur. Bütün bunların məhz Ərdoğan dönəmində baş verməsi sıradan bir hadisə deyil. Çünki Rəcəb Tayyib Ərdoğan güclü bir Türkiyənin başına keçib, bu nəticələri əldə etmədi, Ərdoğan Türkiyəni yenidən yaratdı, qurdu, dünyaya siyasətin TÜRK modelini təqdim etdi.
Bu mövzu ilə bağlı ən ideal fikirləri bu yaxınlarda məhz R.T. Ərdoğanın "qardaş" deyə xitab etdiyi Prezident İlham Əliyevin dilindən eşitdik. Dövlət başçısı martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında Rəcəb Tayyib Ərdoğan Türkiyəsini qısa, lakin çox anlamlı təsvir etdi:
"Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.
"Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir".
Azərbaycan lideri Ərdoğan amilinin bu gün tək Türkiyə üçün yox, Türk Dünyası, onun yenidən bir çevrədə birləşməsi məsələsində də böyük rolunu yüksək qiymətləndirir. Məhz Türk Dövlətləri Təşkilatını birləşdirən hadisə kimi tarixə keçən 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən verdiyi dəstəyi ilə daim diqqət mərkəzində olan Ərdoğan hakimiyyəti, Azərbaycana qarşı artan təzyiqlərə verdiyi bəyanatlarla sipər gəldi, beləcə qardaş ölkəyə öz mənəvi dəstəyini bir an olsun savaşın son anına kimi əksik etmədi.
Türkiyə Cumhurbaşqanı yaxşı bilirdi ki, bu savaş tək Azərbaycanın yox, Türk Dünyasının savaşıdır - Haqq-ədalətin yenidən bərpa olunması istiqamətində...
44 günlük müharibədən qısa zaman sonra - 2021-ci ilin yanvar ayında Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə Qarabağla bağlı açıqlamalarını indiyə kimi xatərlayıram: "Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik. 30 ildir Minsk qrupunun həll edə bilmədiyi və oradakı azərbaycanlı soydaşlarımızın öz ərazilərindən qovulduğu, oradan sürgünə göndərildiyi bu insanların torpaqlarını yenidən qazanmasına yardımçı olduq. Minsk qrupunun 30 ildə edə bilmədiyini verdiyimiz dəstəklə Türkiyə 44 gündə gerçəkləşdirib".
Bu cümlələrdə sonluqlar da az əhəmiyyətli deyil: "təmin etdik", "yardımçı olduq", "verdiyimiz dəstəklə Türkiyə gerçəkləşdirib". Elə bütün bunlara görə Ərdoğan Türkiyəsi daim Azərbaycanın olduğu masada yer almalı, qardaş olaraq bir-birinə dayaq olub istənilən geosiyasi, qlobal miqyaslı məsələnin öhdəsindən birgə gələ bilər. Necə ki, bunu son 3 ildə Bakı və Ankara bir neçə dəfə isbatladı.
Türkiyədə 14 may seçkiləri, türklərin öz sözləri ilə desək, artıq "seçki olmaqdan" daha fərqli bir məna kəsb etməyə başlayıb. Seçki debatları, küçələrdə aparılan sorğular göstərir ki, bu, artıq AKP və Ərdoğanın ABŞ başda olmaqla, Qərblə mübarizəsidir. O Qərb ki, Ərdoğanın qarşısında durmağı bacarmır, əzilməkdə davam edir, TÜRKÜN HAQQ SƏSİni boğmaqda çətinlik çəkir. Türkiyənin biləyini bükmək istəyən qüvvələr yaxşı anlayırlar ki, bu yolda əsas maneə Ərdoğan amilidir.
O səbəbdən də fikirlərimi elə Türkiyə Cumhurbaşqanının qardaşı, Türk Dünyasının digər lideri, Prezident İlham Əliyevin sözləri ilə yekunlaşdırmaq istəyirəm:
"Tam əminəm ki, Türkiyə və Azərbaycan bundan sonra da iki qardaş ölkə kimi biryerdə irəliyə gedəcək, xalqlarımız daha da bir-birinə yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu iş birliyi edəcək və beləliklə, Türkiyə-Azərbaycan birgə gücü daha da təsirli olacaq".
Təhməz Əsədov Son.az
Müğənni Nadir Qafarzadə "Elgizlə izlə" verilişinin iştirakçı
Moskvadakı həbsxanaların birindən 62 yaşlı "Xovot" ləqəbli &qu
Ötən 20 il ərzində Türkiyənin dünyadakı həm siyasi, həm iqtisadi, həm
Həyat yoldaşı Nərgiz Mirbabayeva Xalq artisti Miri Yusif barədə paylaşım
Məşhur müğənni Cengiz Kurtoğlu aktyor Tolqa Yücenin ad günü məclisind�
Ermənistan və Avropa ölkələrindəki erməni diaspor təşkilatları ilə on
Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə v
Aprelin 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniy
Azərbaycan Dövlət Xalq Çalğı Alətləti Orkestrinin konserti təşkil olun
Azərbaycanda ən böyük körpünün inşasına başlanacaq.
Xezerxeber.az məlumat verir ki, son günlərdə Azərbaycanın vatsap istifadə
Rusiya ordusunun vəzifəsi Ukrayna Silahlı Qüvvələrini zərər verə bilmə
Daha bir yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yo
Sosial şəbəkələrdə maraqlı müzakirə başlayıb. "Dərviş" ba
Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi layihəsinin qiym�