Seçim azaddır: ya Azərbaycan pasportu, ya da Fransada erməni dövləti


Siyasət 06 Apr 2023 17:08:00 281 0

Seçim azaddır: ya Azərbaycan pasportu, ya da Fransada erməni dövləti

Ermənistan və Avropa ölkələrindəki erməni diaspor təşkilatları ilə onların maliyyə "dəstəyi" verdikləri siyasətçilər və deputatlarda yeni isteriya müşahidə olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, Ermənistanın hakimiyyət dairələrinin mənsubları, siyasətçilər, bloqerlər yeni kampaniyaya başlayıblar. Onların iddialarına görə, Ermənistandan Qarabağa, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətində olan ərazilərə, o cümlədən, Xankəndiyə yollanmaq istəyən ermənilərə Azərbaycan mane olur.

"BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi və Qaçqınlarla İş üzrə Ali Komissarlığı Laçın dəhlizi ilə hərəkət üçün Azərbaycanın bütün gərəkli tədbirləri görmək məcburiyyətində olduğunu vurğulayıb. Laçın dəhlizinə və Dağlıq Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsinə ehtiyac var", - Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi Arman Xaçatryan AŞ-nin Nazirlər Komitəsinin iclasında deyib.

Xankəndidəki separatçı rejimin "dövlət naziri" Qurgen Nersisyan isə həmişəki kimi, həyasızlıqda İrəvandakı həmcinslərinə nümunə olmaq qərarına gəlib.

"İndi Azərbaycan yeni tələblərlə çıxış edir. Ermənistandan Qarabağa qayıtmaq istəyən bütün ermənilərdən Azərbaycan vətəndaşlığını qəbul etmək tələb olunur", - Q.Nersisyan deyib.

Ermənilər və Ermənistandakı hakimiyyətin mənsubları, həmişə olduğu kimi, yalan danışırlar. Laçın yolunda indiyədək heç bir ermənidən Azərbaycan vətəndaşlığını qəbul etmək məcburi şəkildə tələb olunmayıb.

Lakin...

Ermənistandan Xankəndiyə istiqamətlənən Laçın yolunda dinc erməni sakinlərin hərəkəti, nəqliyyat və yük daşımaları ilə bağlı heç bir problem yoxdur. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin Laçın yolunda keçirdikləri aksiya da bəlli tələblərlə bağlıdır.

RSK-nın müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın təbii-mineral ehtiyatlarının vəhşicəsinə istismarına və qanunsuz mədən fəaliyyətinə son qoyulması, habelə, həmin ərazilərdəki faydalı qazıntı yataqlarında monitorinq keçirilməsi tələbi ilə keçirilən aksiya məqsədinə çatana qədər davam edəcək.

Həmin ərazilərdəki demoqrafik situasiyanı işğal illərində olduğu kimi, yenə də süni şəkildə dəyişməyə yönəlmiş istənilən prosesin qarşısı isə qətiyyətlə alınacaq.

Ölkəmizin ərazilərinin 20 faizinin işğalda olduğu 30 il ərzində Ermənistanın hakimiyyət dairələri dünyanın ən müxtəlif ölkələrindəki erməni icmaları arasında təşviqat və təbliğat kampaniyaları apararaq "Qarabağda məskunlaşma" adlı layihəsini reallaşdırırdı.

Həmin layihə çərçivəsində işğaldakı ərazilərdə minlərlə erməni məskunlaşmışdı. Məsələn, sadəcə, Kəlbəcər rayonunda Suriya, İraq və Livandan gətirilmiş 84 erməni ailəsi vardı.

Postsovet məkanı ölkələrindən də axın müşahidə olunurdu.

Ermənistan vətəndaşlarına gəldikdə isə rəsmi İrəvan işğaldakı Azərbaycan ərazilərində məskunlaşmağa qərar verən erməni ailələrinə 12 çeşiddə imtiyaz, orta hesabla 8 040 ABŞ dolları məbləğində birdəfəlik maliyyə yardımı, 5 il müddətində bütün vergilərdən azad edilməni və s. təklif edib. Aqrar sahədə çalışmaq və ya fermer təsərrüfatı yaratmaq istəyən "köçmə"lərə isə 9 200 dollar məbləğində yardım ünvanlanırdı.

Təbii, həmin yardımların hamısı "könüllü köçkün"lərə çatmırdı: aparılan araşdırmalar və rəsmi açıqlamalara görə, İrəvandakı məmurlarla Xankəndidəki separatçı rejimin "yüksəkçinli" mənsubları ayrılan maliyyə vəsaitinin minimum 43 faizini mənimsəyiblər.

Bəhs etdiyimiz mənhus prosesi indi də davam etdirməyə çalışan rəsmi İrəvan rusiyalı sülhməramlıların olduqları ərazidəki demoqrafik situasiyanı dəyişmək, "yerli əhali" sayılan ermənilərin sayını artırmaq istəyirlər.

Süni şəkildə aparılan prosedurlar, təbii ki, qanunsuzdur və onların qarşısı alınmalıdır.

Sözügedən ərazilərdə yalnız 1989-cu ilədək orada yaşamış ermənilər Azərbaycan vətəndaşlıq pasportu alandan və ölkəmizin qanunvericiliyinə əməl edəcəklərini bəyan edəndən sonra yaşamlarını davam etdirə bilərlər. Yalnız belə olan təqdirdə həmin şəxslərin konstitusion hüquqları təmin olunacaq.

Əks təqdirdə, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, həmin şəxslər Azərbaycanda qanunsuz yaşayan, vətəndaşlığı olmayan şəxslər sayılacaqlar və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, Ermənistana deportasiya olunmalıdırlar.

Rəsmi Bakı qarabağlı erməniləri deportasiya etmək, ölkədən çıxarmaq, qovmaq və ya onlara qarşı hər hansı formada repressiv addımlar atmaq, təqiblərə məruz qoymaq niyyətində deyil.

Tam əksinə, Bakının qarabağlı ermənilərin nümayəndələri ilə başladığı dialoqun məqsədi həmin şəxsləri onillərdən bəri davam edən miskin, yoxsul və perspektivsiz yaşam şərtlərindən qurtarmaq, Azərbaycana reinteqrasiya etməkdir.

Bununla bağlı müvafiq dövlət proqramı da hazırlanmaqdadır və proqram hazır olduqdan sonra qarabağlı ermənilər normal yaşam yolunu seçə bilərlər.

İnad edərək separatçılıq idefikslərindən əl çəkməyən, xüsusilə də əldə silah terrorçuluq və diversiya əməlləri fikrində olanların yolu birdir: Laçın yolu ilə Ermənistana.

Onlar Azərbaycanı tərk edəndən sonra milli müqəddəratlarını təyin edə bilərlər.

İstəsələr, Ermənistanda müstəqil dövlət qursunlar, istəsələr, Fransaya yollanıb oradakı bölgələrdən birini qədim, tarixi erməni ərazisi elan edə bilərlər.

Seçim imkanları məlum, yol isə açıqdır.

Bakı məktəbində vərəm aşkarlandı, şagirdlərə peyvənd vuruldu like
  • 06 Apr 17:02  
Digərləri Bakı məktəbində vərəm aşkarlandı, şagirdlərə peyvənd vuruldu

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə v

arrow Ətraflı
Sahib Paşazadə və Dövlət Kamera Orkestri konserti təşkil edilib like
  • 06 Apr 16:58  
Kriminal Sahib Paşazadə və Dövlət Kamera Orkestri konserti təşkil edilib

Aprelin 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniy

arrow Ətraflı
Azərbaycan Dövlət Xalq Çalğı Alətləti Orkestrinin konserti təşkil olunu like
  • 06 Apr 16:56  
Kriminal Azərbaycan Dövlət Xalq Çalğı Alətləti Orkestrinin konserti təşkil olunu

Azərbaycan Dövlət Xalq Çalğı Alətləti Orkestrinin konserti təşkil olun

arrow Ətraflı
Azərbaycanda ən böyük körpünün tikintisinə başlanacaq like
  • 06 Apr 15:52  
Digərləri Azərbaycanda ən böyük körpünün tikintisinə başlanacaq

Azərbaycanda ən böyük körpünün inşasına başlanacaq.

arrow Ətraflı
"Halal ay"da haram iş görənlərin qurbanı olmayın... VİDEO like
  • 06 Apr 15:49  
Digərləri "Halal ay"da haram iş görənlərin qurbanı olmayın... VİDEO

Xezerxeber.az məlumat verir ki, son günlərdə Azərbaycanın vatsap istifadə

arrow Ətraflı
Putin Rusiya ordusunun Ukraynada like
  • 06 Apr 15:42  
Dünya Putin Rusiya ordusunun Ukraynada

Rusiya ordusunun vəzifəsi Ukrayna Silahlı Qüvvələrini zərər verə bilmə

arrow Ətraflı
BakıŞamaxı yolunda sürət həddi endirildi like
  • 06 Apr 15:40  
Digərləri BakıŞamaxı yolunda sürət həddi endirildi

Daha bir yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yo

arrow Ətraflı
Daha bir köhnə mahnı rok stilində oxundu  "Şəlaləm mənim"  VİDEO like
  • 06 Apr 15:38  
Şou-biznes Daha bir köhnə mahnı rok stilində oxundu "Şəlaləm mənim" VİDEO

Sosial şəbəkələrdə maraqlı müzakirə başlayıb. "Dərviş" ba

arrow Ətraflı
"Həmin zona turizm zonası olduğu üçün yolun genişləndirilməsi vacibdir" like
  • 06 Apr 15:36  
Digərləri "Həmin zona turizm zonası olduğu üçün yolun genişləndirilməsi vacibdir"

Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi layihəsinin qiym�

arrow Ətraflı
Sakinlər bahalaşma haqqında nə deyir?  VİDEO like
  • 06 Apr 15:27  
Digərləri Sakinlər bahalaşma haqqında nə deyir? VİDEO

Son 1 ildə istehlak mallarının qiymətində müşahidə olunan bahalaşma və

arrow Ətraflı
Türkiyədə sürücü mikroavtobusu piyadaların üzərinə sürdü: Ölən və yaralılar var  FOTO like
  • 06 Apr 15:25  
Digərləri Türkiyədə sürücü mikroavtobusu piyadaların üzərinə sürdü: Ölən və yaralılar var FOTO

Türkiyənin Adana şəhərində sürücü mikroavtobusu piyadaların üzərin

arrow Ətraflı
Ukrayna əkshücum üçün 40 min döyüşçü hazırlayır like
  • 06 Apr 14:54  
Dünya Ukrayna əkshücum üçün 40 min döyüşçü hazırlayır

Ukrayna Daxili İşlər Nazirliyi 40 min nəfərə əks-hücuma hazırlıq üç�

arrow Ətraflı
Qadın avtomobilə hücum etdi like
  • 06 Apr 14:43  
Digərləri Qadın avtomobilə hücum etdi

Rusiyanın Vladivostok şəhərində əlində maçete olan qadın avtomobilə h�

arrow Ətraflı
Əlahiddə Ümumqoşun Orduda komandaqərargah təlimi keçirilib  VİDEO like
  • 06 Apr 14:32  
Digərləri Əlahiddə Ümumqoşun Orduda komandaqərargah təlimi keçirilib VİDEO

"Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı&q

arrow Ətraflı