AZALın yeni təyyarələr alması Azərbaycanın xarici bazarlarda iştirakını genişləndirməyə imkan verəcək
Digərləri 06 Apr 2023 13:09:00 257 0
Yeni təyyarələrin satın alması Azərbaycan iqtisadiyyatının inkişafına səbəb olacaq.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Airbus" şirkəti arasında təyyarələrin satın alınması üzrə müqavilənin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, bu sövdələşmə AZAL-ın 2030-cu ilədək strategiyasının bir hissəsini təşkil edir.
"AZAL Azərbaycanda ildə təqribən bir milyard dollar gəlir əldə edən nadir şirkətlərdəndir. 12 yeni təyyarənin satın alınması Azərbaycanın xarici bazarlarda iştirakını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək", - o deyib.
Nazir AZAL-ın dünyada ən təhlükəsiz aviaşirkətlərdən biri olduğunu deyib.
"Beynəlxalq təşkilatlar AZAL tərəfindən sərnişin daşınmalarının təhlükəsizlyini 80 faizdən yüksək olaraq qiymətləndirirlər ki, bu da Avropanın bir sıra aviaşirkətlərinin göstəricilərini ötüb keçir", - deyə o qeyd edib.
R.Nəbiyev həmçinin aviaşirkətin effektiv fəaliyyətinin təmin olunması istiqamətində mühüm addımların atıldığını bildirib.
"Bu gün QSC doqquz müxtəlif tip təyyarələrdən ibarətdir. Artıq AZAL-ın 2030-cu ilədək strategiyası işlənib hazırlanıb və bu strategiya çərçivəsində şirkətin fəaliyyətinin yaxşılaşdırılması və aviaparkın genişləndirilməsi üzrə genişmiqyaslı işlər görüləcək", - deyə o əlavə edib.
Nazirin sözlərinə görə, 2022-ci ildə AZAL sərnişinlərini 26 müxtəlif istiqamətlərdə daşıyıb.
Son.az
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsull
Bakı-Azərbaycan milli aviadaşıyıcısı (AZAL) A320neo və A321neo laynerlə
Bakıda çay evindən oğurluq edilib.
Bir müddət öncə aktrisa Nərgiz Əliyevanın avtomobilinə hücum edən şə
Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti ə
Birinci Qarabağ müharibəsi dövründə erməni əsriliyində və girovluğund
Əməkdar artist Mətanət Əhmədovaya efirdə maddi yardım təklifi gəlib.
Ötən gün Salyan rayonunun Qızılağac kəndində intihar hadisəsi baş ver
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mə�
Bu yaxınlarda plastik əməliyyat etdirən Rusiyanın Xalq artisti Filipp Kir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərd�
"Həyatımda nə baş verdisə 2014-cü ildə oldu. "Avroviziya"y
İsraildə və ya digər ölkələrdə səfirlik açması Azərbaycan Respublika
Göyçayda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir ke