İran səfirinin açıqlaması Azərbaycanı diplomatik yolla təhdid etməkdir
Siyasət 05 Apr 2023 11:32:00 247 0
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin tvitter üzərindən açıqlaması Azərbaycanı diplomatik yolla təhdid etməkdir.
Bu xəbəri də oxu: İlham Əliyev Kəlbəcərin azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib
Son.az Trend-ə istinadən bildirir ki, bunu Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu səfirin "İranın maraqları və regionda milli təhlükəsizliyinin qırmızı xətləri" ilə bağlı tvitterdəki açıqlaması barədə "ARB24" telekanalında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İranın Azərbaycana qarşı siyasəti getdikcə daha da radikallaşır və terror ixrac etmə yönündə inkişaf edir:
"İran dövlətinin maraqları aydındır ki, heç bir halda xalqımızın nə bugününə, nə də gələcəyinə xidmət edən amillərdir. Bu baxımdan hesab edirəm ki, səfirin tvitterdəki bu cür açıqlaması Azərbaycanı diplomatik yolla təhdid etməkdir. Baxmayaraq ki, Azərbaycan və İran arasında münasibətlər uzun müddətdir gərgindir, lakin Azərbaycan İranla diplomatik münasibətlərin normallaşması isitqamətində müəyyən addımlar atıb. Ancaq təəssüflər olsun ki, İranın siyasətində Azərbaycana qarşı müsbət dəyişikliklər müşahidə edilmir. Getdikcə bu siyasət daha da radikallaşır və terror ixrac etmə yönündə inkişaf edir. Hədəf Azərbaycanda daxili stabilliyi pozmaqdır", - deyə R.Hafizoğlu bildirib.
Son.az
Xəbərə aid video
"5 mərtəbə" deyilən dairə yenidən "avtoş'' ların
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Ener
Rusiya prezidenti Vladimir Putinə bənzəyən şəxsin sərnişin avtobusundak�
Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Bi
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin ed
Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyi
Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Tacikistan Respubli
Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sult
Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xa
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına zərbələr endirib.
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəs
"Xankəndinə daxil olanda sevinc hissi keçirirdik".
2023-cü ilin mart ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbl