Baş prokurora yeni səlahiyyət verilir
Digərləri 04 Apr 2023 13:10:00 304 0
Azərbaycanda Baş prokurora yeni səlahiyyət verilir.
Bu xəbəri də oxu: Dünənki faciə dünya mediasında
Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Baş prokurorun səlahiyyətləri sırasına prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsi də daxil edilir.
Təqdim edilən Qanun layihəsinə görə xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin, Azərbaycan Respublikasının Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.
Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.
"Paytaxtın Nəsimi rayonunda özünü körpüdən atmaq istəyən şəxs x
İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə nami
Heydər Əliyevin 100 illiyi ilə bağlı yubiley medalı təsis ediləcək.
Sosial şəbəkədə qadının iki kişi ilə evləndiyi anların yer aldığı
Dünən Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu iki ölkə ar
Rusiya Federasiyasına qarşı Qərbin tətbiq etdiyi çox ağır sanksiyalar g�
Azərbaycanın müstəqil daxili və xarici siyasəti İranın xoşuna gəlmir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşd�
İranda Azərbaycana qarşı təxribatlar davam etdirilir.
Deputat Fazil Mustafaya qarşı silahlı hücum Milli Məclisdə pislənilib.
Kapital Bank ölkədə ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarl
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda orta illik inflyasiyanı 2023-cü il
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi (FHN) D�