Ombudsman: 1991ci ildən indiyə qədər 3368 nəfər mina qurbanı olub


Siyasət 04 Apr 2023 11:48:00 283 0

Ombudsman: 1991ci ildən indiyə qədər 3368 nəfər mina qurbanı olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edib.

Ombudsman Aparatından verilən məlumata görə, çağırışda deyilir:

"Məlum olduğu kimi, BMT Baş Assambleyasının 2005-ci il 8 dekabr tarixli qətnaməsinə əsasən hər il 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur.

2023-cü il üzrə "Minatəmizləmə prosesi gözləyə bilməz" kampaniyası çərçivəsində keçirilən bu günün əsas məqsədi minalarla çirklənməyə məruz qalmış ərazilərə diqqət çəkməkdir.

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası 30 ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməyib, insanların həyat və sağlamlığına zərər vermək, məqsədilə həmin əraziləri kütləvi şəkildə minalayıb.

2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də mina terrorunun qurbanı olub.

Ermənistan tərəfi isə nəinki ötən dövr ərzində ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.

Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə Vətən müharibəsindən sonrakı dövr ərzində 289 nəfər vətəndaş mina və digər partlayıcı sursatların qurbanına çevrilib ki, onlardan 51 nəfəri həlak olmuş, 238 nəfər xəsarət almışdır. Ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3368 nəfər mina partlayışından həlak olmuş və ya xəsarət alıb.

Çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə ciddi maneə yaradır.

Uzun illərdir ki, Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış keçmiş məcburi köçkünlərimizin təhlükəsiz qayıdışının təmin olunması üçün ilk növbədə həmin ərazilər minalardan təmizlənməli, orada tamamilə məhv edilmiş infrastruktur bərpa edilməlidir.

Dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan məqsədli şəkildə minaladığı ərazilərin dəqiq xəritələrini hələ də ölkəmizə təqdim etməyib.

Ermənistan işğaldan azad edilmiş ərazilərimizi minalamaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini, xüsusilə də Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və I Əlavə Protokolunun tələblərini pozmuş və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Hesab edirik ki, bütün dünya ictimaiyyəti insanların yaşamaq, təhlükəsiz yaşamaq və sağlamlığın qorunması hüquqlarının müdafiəsi naminə mina terroruna qarşı mübarizədə həmrəy olmalıdır.

Bununla əlaqədar insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına ünvanlandığımız bəyanat və müraciətlərdə, habelə xüsusi hesabatımızda işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı faktlar təqdim olunaraq, onlardan mandatları çərçivəsində təcili tədbirlərin görülməsi tələb edilmişdir.

Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı bu günədək narahatlıq ifadə etməməsi və bununla bağlı təsirli tədbirlər görməyə maraq göstərməməsi təəssüf hissi doğurur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə müraciət edərək mövcud problemin aradan qaldırılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə və minatəmizləmə prosesinə dəstək verməyə çağırıram", - deyə qeyd edilib.

Xəstəlik vərəqələri elektron qaydada təqdim olunacaq like
  • 04 Apr 11:46  
Digərləri Xəstəlik vərəqələri elektron qaydada təqdim olunacaq

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşd�

arrow Ətraflı
İranda Azərbaycana qarşı daha bir təxribat  FOTO like
  • 04 Apr 11:44  
Digərləri İranda Azərbaycana qarşı daha bir təxribat FOTO

İranda Azərbaycana qarşı təxribatlar davam etdirilir.

arrow Ətraflı
Milli Məclisdə deputat Fazil Mustafaya qarşı silahlı hücum pislənilib like
  • 04 Apr 11:28  
Digərləri Milli Məclisdə deputat Fazil Mustafaya qarşı silahlı hücum pislənilib

Deputat Fazil Mustafaya qarşı silahlı hücum Milli Məclisdə pislənilib.

arrow Ətraflı
Kapital Bank sahibkarlar üçün cari hesabdan QR nağdlaşma xidmətini təqdim edir like
  • 04 Apr 11:26  
Digərləri Kapital Bank sahibkarlar üçün cari hesabdan QR nağdlaşma xidmətini təqdim edir

Kapital Bank ölkədə ilk dəfə olaraq hüquqi şəxslər və fərdi sahibkarl

arrow Ətraflı
AİBdən Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnoz like
  • 04 Apr 11:24  
Digərləri AİBdən Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnoz

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda orta illik inflyasiyanı 2023-cü il

arrow Ətraflı
Sosial şəbəkələrdə yayılan "məktub" saxtadır  FHN like
  • 04 Apr 11:14  
Digərləri Sosial şəbəkələrdə yayılan "məktub" saxtadır FHN

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi (FHN) D�

arrow Ətraflı
“Zaman səyyahı”ndan bugün üçün qorxulu xəbərdarlıq like
  • 04 Apr 11:12  
Dünya “Zaman səyyahı”ndan bugün üçün qorxulu xəbərdarlıq

Özünü "Zaman səyyahı" adlandıran və 2671-ci ilə aid olduğunu

arrow Ətraflı
"Onların yaratdığı nəhəng insan itkisinə son verməliyik" like
  • 04 Apr 11:10  
Siyasət "Onların yaratdığı nəhəng insan itkisinə son verməliyik"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Mina Maarifləndirilmə

arrow Ətraflı
Deputatlar 20 məsələni müzakirə edir like
  • 04 Apr 11:08  
Digərləri Deputatlar 20 məsələni müzakirə edir

Bu gün Milli Məclisin növbəti iclası keçirilir.

arrow Ətraflı
Azərbaycan Türk Dövlətləri Təşkilatını BÖYÜDÜR like
  • 04 Apr 11:02  
Digərləri Azərbaycan Türk Dövlətləri Təşkilatını BÖYÜDÜR

Azərbaycanın tək regionda deyil, müxtəli beynəlxalq təşkilatlarda nüfuz

arrow Ətraflı
Afaq əməliyyatdan sonra ilk dəfə...  FOTO like
  • 04 Apr 11:00  
Şou-biznes Afaq əməliyyatdan sonra ilk dəfə... FOTO

Aparıcı Afaq Gəncəli keçirdiyi əməliyyatdan sonra ilk dəfə instaqram he

arrow Ətraflı
Zəlzələ bölgəsinə velosipedlə yürüş edən azərbaycanlı  Biz iki dövlət, bir millətik  FOTO like
  • 04 Apr 10:48  
Digərləri Zəlzələ bölgəsinə velosipedlə yürüş edən azərbaycanlı Biz iki dövlət, bir millətik FOTO

Qardaş ölkədə zəlzələ bölgəsini ziyarət etmək üçün Azərbaycandan

arrow Ətraflı
Arvadının 12 yaşlı qardaşını hamamda baltaladı like
  • 04 Apr 10:36  
Digərləri Arvadının 12 yaşlı qardaşını hamamda baltaladı

Başqırdıstan Respublikasında 12 yaşlı yeniyetməni öldürməyə cəhddə

arrow Ətraflı
Məşhur müğənninin qardaşının küçədə ölməsinin yeni detalları like
  • 04 Apr 10:24  
Şou-biznes Məşhur müğənninin qardaşının küçədə ölməsinin yeni detalları

Amerikalı müğənni Madonna küçədə yaşayan qardaşı Entoni Cikkon tənə

arrow Ətraflı
Ziraat Bank Azərbaycan ilə arzusunda olduğunuz avtomobilə sahib olun! like
  • 04 Apr 10:15  
Digərləri Ziraat Bank Azərbaycan ilə arzusunda olduğunuz avtomobilə sahib olun!

Daim müştəri məmnuniyyətini önə çəkən Ziraat Bank Azərbaycan indi də

arrow Ətraflı