“Telman Adıgözəlova “Nəsimi” filmindən sonra vurulmuşdum, ölən gününə qədər dost olduq...”
Şou-biznes 03 Apr 2023 12:21:00 276 0
"Həyatda heç nə hamar, düz olmur. Hansısa işə başlayanda mübarizə aparırsan, mücadilə verirsən. Özünü sübut etmək üçün ən çətin rolları oynamalısan. Bəsit rollar mənim üçün deyil. Mən bu gün də özümü təsdiq edirəm. Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov mənə deyirdi ki, "sən Azərbaycan teatr tarixində bəlkə də ən uzun monoloq söyləyən aktrisasan". Teatr mənim yaşam tərzimdir, evimdir, həyatımdır. Yeganə məkandır ki, orada tam xoşbəxtəm. Elə tamaşalar var ki, mən onlardan heç doymamışam. 5-6 il oynamışam, sonra repertuardan çıxarıblar".
Bu xəbəri də oxu: Xına mərasimi aparıcısı: "80 minə məclis danışmışıq"
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Bəsti Cəfərova deyib.
"İndiyə qədər elə gözəl tərəf müqabillərim olub ki. Allah dünyadan köçənlərə rəhmət, qalanlara can sağlığı versin. Onların hamısından razıyam. "Nişanlı qız" tamaşasında həm İlham Namiq Kamalla, həm də Rafael Dadaşovla tərəf müqabili olmuşam. Allah rəhmət etsin, Siyavuş Aslan mənə deyirdi ki, "sən necə aktrisasan ki, Rafaellə başqa, İlhamla tamam başqa cür oynayırsan?". Deyirdim axı, tamam müxtəlif insanlardır, belə də olmalıdır. Tərəf müqabillərim zəif olmayıb. Olubsa da belə, çalışmışam ki, onları da öz səviyyəmə qaldırım" deyə xalq artisti bildirib.
Xalq artisti bildirib ki, seriallarda çəkilməyə qrafiki imkan vermir.
"Mənə elə gəlir ki, gərgin qrafiklə seriallarda çəkilə bilmərəm, mənim üçün bu çətin olar. İllər öncə bir serialda çəkilirdim. İki seriyanı çəkib, şəkillərini yaydılar. Hind sujeti əsasında çəkilirdi. Mən razılıq vermişdim çəkilməyə, nə yaxşı ki, həmin serial alınmadı. Çünki qrafikim çox çətin idi. Universitetdə dərslərim, teatrda tamaşalarım var idi. Nə olursa yaxşılığa doğru olur. Son illərdə iki seriala dəvət almışdım, amma qəbul etmədim. Çünki komik rol idi. Mən teatrda tamaşalarda komik rol oynamışam, amma seriallarda oynamaq istəməzdim" deyə sənətkar bildirib.
Xalq artisti həmkarı, mərhum aktyor Telman Adıgözəlovla bağlı xatirələrini də danışıb.
Azərbaycanda həftəsonu, aprelin 1-də və 2-də baş verən yol qəzalarında
Azərbaycanın yaşıl enerji dəhlizinin yaradılması üzrə təşəbbüsünü
Kənd təsərrüfatı naziri İnam Kərimovun Ali Məhkəmə sədrliyinə namiz�
Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan İrəvanda döy
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya R
"Toyumun nə zaman olacağı haqda mənə icazə vermirlər danışmağa. B
ABŞ şirkətləri Azərbaycanın enerji layihələrində maraqlıdırlar.
İmtahan nəticələrinin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulu
3 yaşlı uşaq evinin yeniyetmə sakininin sözügedən müəssisə ilə bağl�
Naxçıvan Azərbaycandan Türkiyəyə və Avropaya təmiz enerjinin nəqli üç
Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəf
Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ "Yaşıl enerji" forumu ke