ABŞ şirkətləri Azərbaycanın enerji layihələrində maraqlıdırlar
Digərləri 03 Apr 2023 11:31:00 309 0
ABŞ şirkətləri Azərbaycanın enerji layihələrində maraqlıdırlar.
Bu xəbəri də oxu: FHNnin həkim və xilasedicilərindən ibarət qrupu Aktaudadır
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda deyib.
Onun sözlərinə görə, ABŞ hökuməti və şirkətləri Azərbaycanın bu gün müxtəlif regionlara enerji resurslarının nəqli üçün qovşaq rolu oynadığını bilirlər.
"Bundan başqa, özəl sektorda, xüsusən nəqliyyat sektorunda əməkdaşlığı nəzərdən keçiririk. Prezident Bayden dünyada, o cümlədən ABŞ-da gedən dekarbonizasiya proseslərini müsbət qarşılayır. Mən də öz növbəmdə Azərbaycanın da bu istiqamətdə çalışdığından məmnunam, bu, bizim ölkəyə olan etimadımızı daha da yüksəldir", - o deyib.
Venkataraman ABŞ-ın Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu deyib.
"Yeni dayanıqlı bazarların yaradılmasını müsbət qarşılayırıq və Azərbaycanın enerji qovşağına və təmiz enerji bazarına çevriləcəyindən əminik. ABŞ və Avropadan olan investorlar ölkənin sabit iqtisadiyyatını və potensialını nəzərə alaraq öz investisiyalarını yatırırlar və biz bu əməkdaşlığı genişləndirməyə hazırıq", - o deyib.
ABŞ ticarət nazirinin köməkçisi həmçinin ABŞ şirkətlərinin Azərbaycanla konsultasiyalar və təlimlərin keçirilməsi sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını qeyd edib.
"ABŞ iqtisadiyyatın, sənayenin və istehsalatın demək olar ki, bütün sahələrində böyük potensiala malik bir ölkədir və biz öz təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq", - o əlavə edib.
Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ "Yaşıl enerji" forumu keçirilir.
Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.
Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, "yaşıl enerji"nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.
Son.az
İmtahan nəticələrinin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulu
3 yaşlı uşaq evinin yeniyetmə sakininin sözügedən müəssisə ilə bağl�
Naxçıvan Azərbaycandan Türkiyəyə və Avropaya təmiz enerjinin nəqli üç
Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəf
Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ "Yaşıl enerji" forumu ke
1 aprel tarixində Gənclər və İdman Nazirliyinin inzibati binasında "A
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və i
Naxçıvan Şəhər İcra Hakimiyyəti Nizami küçəsində olan Nəriman Nəri
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlük
Böyük Britaniyanın Lids şəhərində güclülər arasında Avropanın Ən G�
Efirlərdən uzaq gəzən müğənni Natavan Həbibi səssizliyini yeni fotosess
"5 il ət yemədim. Guya arıqlayacaqdım. Smetan, kəsmik yeyirdim. İndi
"All Fears Bo" filmində rol alan aktyor Xoakin Feniks səhnələrdən
Biləsuvarda keçirilən əməliyyatlar zamanı 18 kiloqram narkotik və silah-s