İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavinini qəbul edib
Siyasət 03 Apr 2023 11:48:00 246 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.
Bu xəbəri də oxu: Birləşmiş Ərəb Əmirliklərinin vitseprezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı və cari ilin əvvəlindən indiyədək, İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavininin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək, əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu dedi, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğuladı.
Dövlətimizin başçısı, eyni zamanda, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq, ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini dedi və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd etdi.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi haqqında məlumat verərək ölkəmizin İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış etdiyini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti Edmondo Çiriellinin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirdi.
Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən Edmondo Çirielli münasibətlərimizin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğuladı. Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən qonaq Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd etdi, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğuladı. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.
"Toyumun nə zaman olacağı haqda mənə icazə vermirlər danışmağa. B
ABŞ şirkətləri Azərbaycanın enerji layihələrində maraqlıdırlar.
İmtahan nəticələrinin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulu
3 yaşlı uşaq evinin yeniyetmə sakininin sözügedən müəssisə ilə bağl�
Naxçıvan Azərbaycandan Türkiyəyə və Avropaya təmiz enerjinin nəqli üç
Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəf
Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ "Yaşıl enerji" forumu ke
1 aprel tarixində Gənclər və İdman Nazirliyinin inzibati binasında "A
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və i
Naxçıvan Şəhər İcra Hakimiyyəti Nizami küçəsində olan Nəriman Nəri
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlük
Böyük Britaniyanın Lids şəhərində güclülər arasında Avropanın Ən G�
Efirlərdən uzaq gəzən müğənni Natavan Həbibi səssizliyini yeni fotosess
"5 il ət yemədim. Guya arıqlayacaqdım. Smetan, kəsmik yeyirdim. İndi